< Süleymanin Məsəlləri 6 >

1 Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub,
בני אם ערבת לרעך תקעת לזר כפיך׃
2 Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə,
נוקשת באמרי פיך נלכדת באמרי פיך׃
3 Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar.
עשה זאת אפוא בני והנצל כי באת בכף רעך לך התרפס ורהב רעיך׃
4 Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın.
אל תתן שנה לעיניך ותנומה לעפעפיך׃
5 Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar.
הנצל כצבי מיד וכצפור מיד יקוש׃
6 Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür.
לך אל נמלה עצל ראה דרכיה וחכם׃
7 Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları.
אשר אין לה קצין שטר ומשל׃
8 Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar.
תכין בקיץ לחמה אגרה בקציר מאכלה׃
9 Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?
עד מתי עצל תשכב מתי תקום משנתך׃
10 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
מעט שנות מעט תנומות מעט חבק ידים לשכב׃
11 Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər.
ובא כמהלך ראשך ומחסרך כאיש מגן׃
12 Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
אדם בליעל איש און הולך עקשות פה׃
13 Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
קרץ בעינו מלל ברגלו מרה באצבעתיו׃
14 Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
תהפכות בלבו חרש רע בכל עת מדנים ישלח׃
15 Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
על כן פתאם יבוא אידו פתע ישבר ואין מרפא׃
16 Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
שש הנה שנא יהוה ושבע תועבות נפשו׃
17 Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;
עינים רמות לשון שקר וידים שפכות דם נקי׃
18 Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;
לב חרש מחשבות און רגלים ממהרות לרוץ לרעה׃
19 Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.
יפיח כזבים עד שקר ומשלח מדנים בין אחים׃
20 Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma.
נצר בני מצות אביך ואל תטש תורת אמך׃
21 Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
קשרם על לבך תמיד ענדם על גרגרתך׃
22 Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.
בהתהלכך תנחה אתך בשכבך תשמר עליך והקיצות היא תשיחך׃
23 Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
כי נר מצוה ותורה אור ודרך חיים תוכחות מוסר׃
24 Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
לשמרך מאשת רע מחלקת לשון נכריה׃
25 Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
אל תחמד יפיה בלבבך ואל תקחך בעפעפיה׃
26 Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
כי בעד אשה זונה עד ככר לחם ואשת איש נפש יקרה תצוד׃
27 Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
היחתה איש אש בחיקו ובגדיו לא תשרפנה׃
28 Köz üzərində gəzənin Ayaqları bişməzmi?
אם יהלך איש על הגחלים ורגליו לא תכוינה׃
29 Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər.
כן הבא אל אשת רעהו לא ינקה כל הנגע בה׃
30 Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz.
לא יבוזו לגנב כי יגנוב למלא נפשו כי ירעב׃
31 Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.
ונמצא ישלם שבעתים את כל הון ביתו יתן׃
32 Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər.
נאף אשה חסר לב משחית נפשו הוא יעשנה׃
33 Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən silinməz.
נגע וקלון ימצא וחרפתו לא תמחה׃
34 Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar.
כי קנאה חמת גבר ולא יחמול ביום נקם׃
35 Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz.
לא ישא פני כל כפר ולא יאבה כי תרבה שחד׃

< Süleymanin Məsəlləri 6 >