< Süleymanin Məsəlləri 31 >

1 Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.
דברי למואל מלך משא אשר יסרתו אמו׃
2 Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul?
מה ברי ומה בר בטני ומה בר נדרי׃
3 Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə.
אל תתן לנשים חילך ודרכיך למחות מלכין׃
4 Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
אל למלכים למואל אל למלכים שתו יין ולרוזנים או שכר׃
5 İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.
פן ישתה וישכח מחקק וישנה דין כל בני עני׃
6 Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin.
תנו שכר לאובד ויין למרי נפש׃
7 Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın.
ישתה וישכח רישו ועמלו לא יזכר עוד׃
8 Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru.
פתח פיך לאלם אל דין כל בני חלוף׃
9 Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
פתח פיך שפט צדק ודין עני ואביון׃
10 Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir.
אשת חיל מי ימצא ורחק מפנינים מכרה׃
11 Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır.
בטח בה לב בעלה ושלל לא יחסר׃
12 Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
גמלתהו טוב ולא רע כל ימי חייה׃
13 Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir.
דרשה צמר ופשתים ותעש בחפץ כפיה׃
14 Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir.
היתה כאניות סוחר ממרחק תביא לחמה׃
15 Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.
ותקם בעוד לילה ותתן טרף לביתה וחק לנערתיה׃
16 Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır.
זממה שדה ותקחהו מפרי כפיה נטע כרם׃
17 Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
חגרה בעוז מתניה ותאמץ זרעותיה׃
18 Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.
טעמה כי טוב סחרה לא יכבה בליל נרה׃
19 Əlləri ilə cəhrə əyirir, İyini bərkidir.
ידיה שלחה בכישור וכפיה תמכו פלך׃
20 Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur.
כפה פרשה לעני וידיה שלחה לאביון׃
21 Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
לא תירא לביתה משלג כי כל ביתה לבש שנים׃
22 Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
מרבדים עשתה לה שש וארגמן לבושה׃
23 Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
נודע בשערים בעלה בשבתו עם זקני ארץ׃
24 Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
סדין עשתה ותמכר וחגור נתנה לכנעני׃
25 Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
עז והדר לבושה ותשחק ליום אחרון׃
26 Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
פיה פתחה בחכמה ותורת חסד על לשונה׃
27 Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
צופיה הליכות ביתה ולחם עצלות לא תאכל׃
28 Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:
קמו בניה ויאשרוה בעלה ויהללה׃
29 «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur».
רבות בנות עשו חיל ואת עלית על כלנה׃
30 Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.
שקר החן והבל היפי אשה יראת יהוה היא תתהלל׃
31 Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.
תנו לה מפרי ידיה ויהללוה בשערים מעשיה׃

< Süleymanin Məsəlləri 31 >