< Süleymanin Məsəlləri 29 >

1 Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.
איש תוכחות מקשה ערף פתע ישבר ואין מרפא׃
2 Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.
ברבות צדיקים ישמח העם ובמשל רשע יאנח עם׃
3 Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.
איש אהב חכמה ישמח אביו ורעה זונות יאבד הון׃
4 Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.
מלך במשפט יעמיד ארץ ואיש תרומות יהרסנה׃
5 Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
גבר מחליק על רעהו רשת פורש על פעמיו׃
6 Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
בפשע איש רע מוקש וצדיק ירון ושמח׃
7 Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
ידע צדיק דין דלים רשע לא יבין דעת׃
8 Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
אנשי לצון יפיחו קריה וחכמים ישיבו אף׃
9 Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
איש חכם נשפט את איש אויל ורגז ושחק ואין נחת׃
10 Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
אנשי דמים ישנאו תם וישרים יבקשו נפשו׃
11 Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
כל רוחו יוציא כסיל וחכם באחור ישבחנה׃
12 Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
משל מקשיב על דבר שקר כל משרתיו רשעים׃
13 Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
רש ואיש תככים נפגשו מאיר עיני שניהם יהוה׃
14 Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
מלך שופט באמת דלים כסאו לעד יכון׃
15 Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
שבט ותוכחת יתן חכמה ונער משלח מביש אמו׃
16 Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
ברבות רשעים ירבה פשע וצדיקים במפלתם יראו׃
17 Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
יסר בנך ויניחך ויתן מעדנים לנפשך׃
18 İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
באין חזון יפרע עם ושמר תורה אשרהו׃
19 Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
בדברים לא יוסר עבד כי יבין ואין מענה׃
20 Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
חזית איש אץ בדבריו תקוה לכסיל ממנו׃
21 Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
מפנק מנער עבדו ואחריתו יהיה מנון׃
22 Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.
איש אף יגרה מדון ובעל חמה רב פשע׃
23 İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.
גאות אדם תשפילנו ושפל רוח יתמך כבוד׃
24 Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz.
חולק עם גנב שונא נפשו אלה ישמע ולא יגיד׃
25 İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar.
חרדת אדם יתן מוקש ובוטח ביהוה ישגב׃
26 Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar.
רבים מבקשים פני מושל ומיהוה משפט איש׃
27 Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər.
תועבת צדיקים איש עול ותועבת רשע ישר דרך׃

< Süleymanin Məsəlləri 29 >