< Süleymanin Məsəlləri 28 >

1 Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar.
悪しき者は追う人もないのに逃げる、正しい人はししのように勇ましい。
2 Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar.
国の罪によって、治める者は多くなり、さとく、また知識ある人によって、国はながく保つ。
3 Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər.
貧しい者をしえたげる貧しい人は、糧食を残さない激しい雨のようだ。
4 Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.
律法を捨てる者は悪しき者をほめる、律法を守る者はこれに敵対する。
5 Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir.
悪人は正しいことを悟らない、主を求める者はこれをことごとく悟る。
6 Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.
正しく歩む貧しい者は、曲った道を歩む富める者にまさる。
7 Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
律法を守る者は賢い子である、不品行な者と交わるものは、父をはずかしめる。
8 Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.
利息と高利とによってその富をます者は、貧しい者を恵む者のために、それをたくわえる。
9 Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir.
耳をそむけて律法を聞かない者は、その祈でさえも憎まれる。
10 Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar.
正しい者を悪い道に惑わす者は、みずから自分の穴に陥る、しかし誠実な人は幸福を継ぐ。
11 Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar.
富める人は自分の目に自らを知恵ある者と見る、しかし悟りのある貧しい者は彼を見やぶる。
12 Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər.
正しい者が勝つときは、大いなる栄えがある、悪しき者が起るときは、民は身をかくす。
13 Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.
その罪を隠す者は栄えることがない、言い表わしてこれを離れる者は、あわれみをうける。
14 Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər.
常に主を恐れる人はさいわいである、心をかたくなにする者は災に陥る。
15 Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.
貧しい民を治める悪いつかさは、ほえるしし、または飢えたくまのようだ。
16 Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar.
悟りのないつかさは残忍な圧制者である、不正の利を憎む者は長命を得る。
17 Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin.
人を殺してその血を身に負う者は死ぬまで、のがれびとである、だれもこれを助けてはならない。
18 Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
正しく歩む者は救を得、曲った道に歩む者は穴に陥る。
19 Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
自分の田地を耕す者は食糧に飽き、無益な事に従う者は貧乏に飽きる。
20 Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
忠実な人は多くの祝福を得る、急いで富を得ようとする者は罰を免れない。
21 Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.
人を片寄り見ることは良くない、人は一切れのパンのために、とがを犯すことがある。
22 Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
欲の深い人は急いで富を得ようとする、かえって欠乏が自分の所に来ることを知らない。
23 Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
人を戒める者は舌をもってへつらう者よりも、大いなる感謝をうける。
24 Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
父や母の物を盗んで「これは罪ではない」と言う者は、滅ぼす者の友である。
25 Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
むさぼる者は争いを起し、主に信頼する者は豊かになる。
26 Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.
自分の心を頼む者は愚かである、知恵をもって歩む者は救を得る。
27 Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır.
貧しい者に施す者は物に不足しない、目をおおって見ない人は多くののろいをうける。
28 Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar.
悪しき者が起るときは、民は身をかくす、その滅びるときは、正しい人が増す。

< Süleymanin Məsəlləri 28 >