< Süleymanin Məsəlləri 26 >

1 Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi Axmağa da şərəf yaraşmaz.
미련한 자에게는 영예가 적당하지 아니하니 마치 여름에 눈오는 것과 추수 때에 비오는 것 같으니라
2 Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur.
까닭 없는 저주는 참새의 떠도는 것과 제비의 날아가는 것 같이 이르지 아니하느니라
3 Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır.
말에게는 채찍이요 나귀에게는 자갈이요 미련한 자의 등에는 막대기니라
4 Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən.
미련한 자의 어리석은 것을 따라 대답하지 말라 두렵건대 네가 그와 같을까 하노라
5 Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin.
미련한 자의 어리석은 것을 따라 그에게 대답하라 두렵건대 그가 스스로 지혜롭게 여길까 하노라
6 Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
미련한 자 편에 기별하는 것은 자기의 발을 베어 버림이라 해를 받느니라
7 Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir.
저는 자의 다리는 힘 없이 달렸나니 미련한 자의 입의 잠언도 그러하니라
8 Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir.
미련한 자에게 영예를 주는 것은 돌을 물매에 매는 것과 같으니라
9 Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.
미련한 자의 입의 잠언은 술 취한 자의 손에 든 가시나무 같으니라
10 Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir.
장인이 온갖 것을 만들지라도 미련한 자를 고용하는 것은 지나가는 자를 고용함과 같으니라
11 Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.
개가 그 토한 것을 도로 먹는 것 같이 미련한 자는 그 미련한 것을 거듭 행하느니라
12 Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var.
네가 스스로 지혜롭게 여기는 자를 보느냐 그보다 미련한 자에게 오히려 바랄 것이 있느니라
13 Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır».
게으른 자는 길에 사자가 있다 거리에 사자가 있다 하느니라
14 Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır.
문짝이 돌쩌귀를 따라서 도는 것 같이 게으른 자는 침상에서 구으느니라
15 Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər.
게으른 자는 그 손을 그릇에 넣고도 입으로 올리기를 괴로와하느니라
16 Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
게으른 자는 선히 대답하는 사람 일곱보다 자기를 지혜롭게 여기느니라
17 Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.
길로 지나다가 자기에게 상관없는 다툼을 간섭하는 자는 개 귀를 잡는 자와 같으니라
18 Odlu, öldürücü oxlar atan dəli necədirsə,
횃불을 던지며 살을 쏘아서 사람을 죽이는 미친 사람이 있나니
19 Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
자기 이웃을 속이고 말하기를 내가 희롱하였노라 하는 자도 그러하니라
20 Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər.
나무가 다하면 불이 꺼지고 말장이가 없어지면 다툼이 쉬느니라
21 Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar.
숯불 위에 숯을 더하는 것과 타는 불에 나무를 더하는 것 같이 다툼을 좋아하는 자는 시비를 일으키느니라
22 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
남의 말하기를 좋아하는 자의 말은 별식과 같아서 뱃 속 깊은 데로 내려가느니라
23 Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
온유한 입술에 악한 마음은 낮은 은을 입힌 토기니라
24 Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.
감정있는 자는 입술로는 꾸미고 속에는 궤휼을 품나니
25 Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.
그 말이 좋을지라도 믿지 말 것은 그 마음에 일곱 가지 가증한 것이 있음이라
26 Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.
궤휼로 그 감정을 감출지라도 그 악이 회중 앞에 드러나리라
27 Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr.
함정을 파는 자는 그것에 빠질 것이요 돌을 굴리는 자는 도리어 그것에 치이리라
28 Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.
거짓말하는 자는 자기의 해한 자를 미워하고 아첨하는 입은 패망을 일으키느니라

< Süleymanin Məsəlləri 26 >