< Süleymanin Məsəlləri 24 >

1 Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə.
你不要嫉妒惡人, 也不要起意與他們相處;
2 Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar.
因為,他們的心圖謀強暴, 他們的口談論奸惡。
3 Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər.
房屋因智慧建造, 又因聰明立穩;
4 Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar.
其中因知識充滿各樣美好寶貴的財物。
5 Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar.
智慧人大有能力; 有知識的人力上加力。
6 Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.
你去打仗,要憑智謀; 謀士眾多,人便得勝。
7 Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır.
智慧極高,非愚昧人所能及, 所以在城門內不敢開口。
8 Şər quran fitnəkar adlanar,
設計作惡的, 必稱為奸人。
9 Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar.
愚妄人的思念乃是罪惡; 褻慢者為人所憎惡。
10 Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
你在患難之日若膽怯, 你的力量就微小。
11 Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.
人被拉到死地,你要解救; 人將被殺,你須攔阻。
12 Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı?
你若說:這事我未曾知道, 那衡量人心的豈不明白嗎? 保守你命的豈不知道嗎? 他豈不按各人所行的報應各人嗎?
13 Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar.
我兒,你要吃蜜,因為是好的; 吃蜂房下滴的蜜便覺甘甜。
14 Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz.
你心得了智慧,也必覺得如此。 你若找着,至終必有善報; 你的指望也不致斷絕。
15 Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma.
你這惡人,不要埋伏攻擊義人的家; 不要毀壞他安居之所。
16 Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
因為,義人雖七次跌倒,仍必興起; 惡人卻被禍患傾倒。
17 Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
你仇敵跌倒,你不要歡喜; 他傾倒,你心不要快樂;
18 Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
恐怕耶和華看見就不喜悅, 將怒氣從仇敵身上轉過來。
19 Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
不要為作惡的心懷不平, 也不要嫉妒惡人;
20 Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
因為,惡人終不得善報; 惡人的燈也必熄滅。
21 Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
我兒,你要敬畏耶和華與君王, 不要與反覆無常的人結交,
22 Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
因為他們的災難必忽然而起。 耶和華與君王所施行的毀滅, 誰能知道呢?
23 Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
以下也是智慧人的箴言: 審判時看人情面是不好的。
24 Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
對惡人說「你是義人」的, 這人萬民必咒詛,列邦必憎惡。
25 Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.
責備惡人的,必得喜悅; 美好的福也必臨到他。
26 İnsana doğru cavab verən Sanki onun üzündən öpər.
應對正直的,猶如與人親嘴。
27 Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.
你要在外頭預備工料, 在田間辦理整齊, 然後建造房屋。
28 Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.
不可無故作見證陷害鄰舍, 也不可用嘴欺騙人。
29 Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm».
不可說:人怎樣待我,我也怎樣待他; 我必照他所行的報復他。
30 Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim.
我經過懶惰人的田地、 無知人的葡萄園,
31 Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub.
荊棘長滿了地皮, 刺草遮蓋了田面, 石牆也坍塌了。
32 Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm:
我看見就留心思想; 我看着就領了訓誨。
33 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
再睡片時,打盹片時, 抱着手躺臥片時,
34 Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər.
你的貧窮就必如強盜速來, 你的缺乏彷彿拿兵器的人來到。

< Süleymanin Məsəlləri 24 >