< Süleymanin Məsəlləri 23 >
1 Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax.
Kad sjedneš blagovati s moćnikom. dobro pazi što je pred tobom;
2 İştahan çox olsa da, boğazına sərhəd qoy.
stavljaš nož sebi pod grlo ako si proždrljivac;
3 Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar.
ne poželi slastica njegovih jer su jelo prijevarno.
4 Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç.
Ne trudi se stjecati bogatstvo; okani se takve misli;
5 Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
usmjeriš li oči prema njemu, njega već nema jer načini sebi krila kao orao i odleti u nebo.
6 Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
Ne jedi jela zavidnikova, ne čezni za slasticama njegovim,
7 O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
jer on je onakav kako u sebi misli: “Jedi i pij”, veli ti, ali mu srce nije s tobom.
8 Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
Zalogaj koji si pojeo izbljuvat ćeš, uzalud ćeš prosut' svoje ljupke riječi.
9 Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
Pred bezumnikom nemoj govoriti jer prezire tvoje umne riječi.
10 Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
Ne pomiči prastare međe i ne prodiri u polje siročadi,
11 Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
jer je moćan njihov osvetnik: branit će njihovo pravo protiv tebe.
12 Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
Obrati pouci srce svoje i uho svoje riječima mudrim.
13 Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
Ne uskraćuj djetetu opomene, jer, udariš li ga šibom, neće umrijeti:
14 Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən. (Sheol )
biješ ga šibom, ali mu dušu iz Podzemlja izbavljaš. (Sheol )
15 Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
Sine moj, kad ti je mudro srce, i ja se od srca veselim;
16 Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
i kliče sva nutrina moja kad ti usne govore što je pravo.
17 Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
Neka ti srce ne zavidi grešnicima, nego neka ti uvijek bude u strahu Gospodnjem,
18 Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
jer imat ćeš budućnost i tvoja nada neće propasti.
19 Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
Slušaj, sine moj, i mudar budi i ravnim putem vodi srce svoje.
20 Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
Ne druži se s vinopijama ni sa žderačima mesa,
21 Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
jer pijanica i izjelica osiromaše i pospanac se oblači u krpe.
22 Doğma atana qulaq as, Qoca anana xor baxma.
Slušaj svoga oca, svoga roditelja, i ne prezri majku kad ostari.
23 Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
Pribavi istinu i ne prodaji je, steci mudrost, pouku i razbor.
24 Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
Radovat će se otac pravednikov, i roditelj će se mudroga veseliti.
25 Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
Neka se veseli otac tvoj i majka tvoja, i neka se raduje roditeljka tvoja.
26 Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
Daj mi, sine moj, srce svoje, i neka oči tvoje raduju putovi moji.
27 Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
Jer bludnica je jama duboka i tuđinka tijesan zdenac.
28 Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
Ona i vreba u zasjedi kao lupež i uvećava broj bezbožnika među ljudima.
29 Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
Komu: ah? komu: jao? komu: svađe? komu: uzdasi? komu: rane nizašto? komu: zamućene oči?
30 Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
Onima što kasno sjede kod vina, koji su došli kušati vino začinjeno.
31 Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
Ne gledaj na vino kad rujno iskri, kad se u čaši svjetlucavo prelijeva: pije se tako glatko,
32 Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər.
a na kraju ujeda kao zmija i žaca kao guja ljutica.
33 Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr.
Oči će ti gledati tlapnje i srce govoriti ludosti.
34 Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan.
I bit će ti kao da ležiš na pučini morskoj ili kao da ležiš navrh jarbola.
35 Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?»
“Izbiše me, ali me ne zabolje; istukoše me, ali ne osjetih; kad se otrijeznim, još ću tražiti.”