< Süleymanin Məsəlləri 22 >

1 Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
美名勝過大財; 恩寵強如金銀。
2 Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir.
富戶窮人在世相遇, 都為耶和華所造。
3 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
通達人見禍藏躲; 愚蒙人前往受害。
4 İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.
敬畏耶和華心存謙卑, 就得富有、尊榮、生命為賞賜。
5 Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar.
乖僻人的路上有荊棘和網羅; 保守自己生命的,必要遠離。
6 Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
教養孩童,使他走當行的道, 就是到老他也不偏離。
7 Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
富戶管轄窮人; 欠債的是債主的僕人。
8 Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
撒罪孽的,必收災禍; 他逞怒的杖也必廢掉。
9 Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
眼目慈善的,就必蒙福, 因他將食物分給窮人。
10 Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
趕出褻慢人,爭端就消除; 紛爭和羞辱也必止息。
11 Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
喜愛清心的人因他嘴上的恩言, 王必與他為友。
12 Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar.
耶和華的眼目眷顧聰明人, 卻傾敗奸詐人的言語。
13 Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
懶惰人說:外頭有獅子; 我在街上就必被殺。
14 Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
淫婦的口為深坑; 耶和華所憎惡的,必陷在其中。
15 Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
愚蒙迷住孩童的心, 用管教的杖可以遠遠趕除。
16 Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
欺壓貧窮為要利己的, 並送禮與富戶的,都必缺乏。
17 Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
你須側耳聽受智慧人的言語, 留心領會我的知識。
18 Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
你若心中存記, 嘴上咬定,這便為美。
19 Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
我今日以此特特指教你, 為要使你倚靠耶和華。
20 Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
謀略和知識的美事, 我豈沒有寫給你嗎?
21 Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
要使你知道真言的實理, 你好將真言回覆那打發你來的人。
22 Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
貧窮人,你不可因他貧窮就搶奪他的物, 也不可在城門口欺壓困苦人;
23 Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
因耶和華必為他辨屈; 搶奪他的,耶和華必奪取那人的命。
24 Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.
好生氣的人,不可與他結交; 暴怒的人,不可與他來往;
25 Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.
恐怕你效法他的行為, 自己就陷在網羅裏。
26 Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin.
不要與人擊掌, 不要為欠債的作保。
27 Ödəməyə pulun olmasa, Altından yatağını apararlar.
你若沒有甚麼償還, 何必使人奪去你睡臥的床呢?
28 Ata-babalarından qalan Qədim sərhəd daşının yerini dəyişmə.
你先祖所立的地界, 你不可挪移。
29 İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.
你看見辦事殷勤的人嗎? 他必站在君王面前, 必不站在下賤人面前。

< Süleymanin Məsəlləri 22 >