< Süleymanin Məsəlləri 2 >

1 Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan,
בְּנִי אִם־תִּקַּח אֲמָרָי וּמִצְוֺתַי תִּצְפֹּן אִתָּֽךְ׃
2 Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
לְהַקְשִׁיב לַֽחָכְמָה אָזְנֶךָ תַּטֶּה לִבְּךָ לַתְּבוּנָֽה׃
3 Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
כִּי אִם לַבִּינָה תִקְרָא לַתְּבוּנָה תִּתֵּן קוֹלֶֽךָ׃
4 Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
אִם־תְּבַקְשֶׁנָּה כַכָּסֶף וְֽכַמַּטְמוֹנִים תַּחְפְּשֶֽׂנָּה׃
5 Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
אָז תָּבִין יִרְאַת יְהוָה וְדַעַת אֱלֹהִים תִּמְצָֽא׃
6 Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
כִּֽי־יְהוָה יִתֵּן חָכְמָה מִפִּיו דַּעַת וּתְבוּנָֽה׃
7 O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
וצפן יִצְפֹּן לַיְשָׁרִים תּוּשִׁיָּה מָגֵן לְהֹלְכֵי תֹֽם׃
8 O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
לִנְצֹר אָרְחוֹת מִשְׁפָּט וְדֶרֶךְ חסידו חֲסִידָיו יִשְׁמֹֽר׃
9 Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
אָז תָּבִין צֶדֶק וּמִשְׁפָּט וּמֵישָׁרִים כָּל־מַעְגַּל־טֽוֹב׃
10 Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
כִּֽי־תָבוֹא חָכְמָה בְלִבֶּךָ וְדַעַת לְֽנַפְשְׁךָ יִנְעָֽם׃
11 İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
מְזִמָּה תִּשְׁמֹר עָלֶיךָ תְּבוּנָה תִנְצְרֶֽכָּה׃
12 Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
לְהַצִּילְךָ מִדֶּרֶךְ רָע מֵאִישׁ מְדַבֵּר תַּהְפֻּכֽוֹת׃
13 Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
הַעֹזְבִים אָרְחוֹת יֹשֶׁר לָלֶכֶת בְּדַרְכֵי־חֹֽשֶׁךְ׃
14 Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
הַשְּׂמֵחִים לַעֲשׂוֹת רָע יָגִילוּ בְּֽתַהְפֻּכוֹת רָֽע׃
15 Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
אֲשֶׁר אָרְחֹתֵיהֶם עִקְּשִׁים וּנְלוֹזִים בְּמַעְגְּלוֹתָֽם׃
16 Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar.
לְהַצִּילְךָ מֵאִשָּׁה זָרָה מִנָּכְרִיָּה אֲמָרֶיהָ הֶחֱלִֽיקָה׃
17 Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub.
הַעֹזֶבֶת אַלּוּף נְעוּרֶיהָ וְאֶת־בְּרִית אֱלֹהֶיהָ שָׁכֵֽחָה׃
18 Onun evi ölümə, Yolları qəbiristanlığa aparar.
כִּי שָׁחָה אֶל־מָוֶת בֵּיתָהּ וְאֶל־רְפָאִים מַעְגְּלֹתֶֽיהָ׃
19 Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz.
כָּל־בָּאֶיהָ לֹא יְשׁוּבוּן וְלֹֽא־יַשִּׂיגוּ אָרְחוֹת חַיִּֽים׃
20 Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan.
לְמַעַן תֵּלֵךְ בְּדֶרֶךְ טוֹבִים וְאָרְחוֹת צַדִּיקִים תִּשְׁמֹֽר׃
21 Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq.
כִּֽי־יְשָׁרִים יִשְׁכְּנוּ אָרֶץ וּתְמִימִים יִוָּתְרוּ בָֽהּ׃
22 Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.
וּרְשָׁעִים מֵאֶרֶץ יִכָּרֵתוּ וּבוֹגְדִים יִסְּחוּ מִמֶּֽנָּה׃

< Süleymanin Məsəlləri 2 >