< Süleymanin Məsəlləri 19 >

1 Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır.
טוב רש הולך בתמו מעקש שפתיו והוא כסיל׃
2 Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər.
גם בלא דעת נפש לא טוב ואץ ברגלים חוטא׃
3 İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
אולת אדם תסלף דרכו ועל יהוה יזעף לבו׃
4 Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
הון יסיף רעים רבים ודל מרעהו יפרד׃
5 Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
עד שקרים לא ינקה ויפיח כזבים לא ימלט׃
6 Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
רבים יחלו פני נדיב וכל הרע לאיש מתן׃
7 Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
כל אחי רש שנאהו אף כי מרעהו רחקו ממנו מרדף אמרים לא המה׃
8 Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
קנה לב אהב נפשו שמר תבונה למצא טוב׃
9 Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
עד שקרים לא ינקה ויפיח כזבים יאבד׃
10 Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
לא נאוה לכסיל תענוג אף כי לעבד משל בשרים׃
11 İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
שכל אדם האריך אפו ותפארתו עבר על פשע׃
12 Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
נהם ככפיר זעף מלך וכטל על עשב רצונו׃
13 Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
הות לאביו בן כסיל ודלף טרד מדיני אשה׃
14 İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
בית והון נחלת אבות ומיהוה אשה משכלת׃
15 Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
עצלה תפיל תרדמה ונפש רמיה תרעב׃
16 Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
שמר מצוה שמר נפשו בוזה דרכיו יומת׃
17 Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
מלוה יהוה חונן דל וגמלו ישלם לו׃
18 Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
יסר בנך כי יש תקוה ואל המיתו אל תשא נפשך׃
19 Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
גרל חמה נשא ענש כי אם תציל ועוד תוסף׃
20 Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
שמע עצה וקבל מוסר למען תחכם באחריתך׃
21 İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
רבות מחשבות בלב איש ועצת יהוה היא תקום׃
22 İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
תאות אדם חסדו וטוב רש מאיש כזב׃
23 Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
יראת יהוה לחיים ושבע ילין בל יפקד רע׃
24 Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
טמן עצל ידו בצלחת גם אל פיהו לא ישיבנה׃
25 Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
לץ תכה ופתי יערם והוכיח לנבון יבין דעת׃
26 Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
משדד אב יבריח אם בן מביש ומחפיר׃
27 Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
חדל בני לשמע מוסר לשגות מאמרי דעת׃
28 Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.
עד בליעל יליץ משפט ופי רשעים יבלע און׃
29 Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.
נכונו ללצים שפטים ומהלמות לגו כסילים׃

< Süleymanin Məsəlləri 19 >