< Süleymanin Məsəlləri 18 >

1 Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir.
Selfish people only please themselves, they attack anything that makes good sense.
2 Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir.
Stupid people have no interest in trying to understand, they only want to express their opinions.
3 Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr.
With wickedness comes contempt; with dishonor comes disgrace.
4 Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar.
People's words can be profound like deep waters, a gushing stream that is the source of wisdom.
5 Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.
It's not right to show favoritism to the guilty and rob the innocent of justice.
6 Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.
What stupid people say gets them into fights, as if they're asking for a beating.
7 Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar.
Stupid people are caught out by what they say; their own words trap them.
8 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
Listening to gossip is like gulping down bites of your favorite food—they go deep down inside you.
9 Ləng işləyən dağıdıcıya yoldaşdır.
Laziness and destruction are brothers.
10 Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
The Lord is a protective tower that good people can run to and be safe.
11 Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir.
Rich people see their wealth as a fortified town—it's like a high wall in their imagination.
12 Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr.
Pride leads to destruction; humility goes before honor.
13 Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır.
Replying before hearing is stupidity and shame.
14 Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?
With a brave spirit you can put up with sickness, but if it's crushed, you can't bear it.
15 Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar.
An intelligent mind acquires knowledge; the wise are ready to hear knowledge.
16 İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.
A gift opens doors for you, and gets you into the presence of important people.
17 İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər.
The first person to plead a case sounds right until someone comes to cross-examine them.
18 Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar.
Casting lots can end disputes and decide between powerful people.
19 İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir, Belə davalar qapısı cəftəli qala kimidir.
A brother you've offended is harder to win back than a fortified town. Arguments keep people apart like bars on the doors of a fortress.
20 İnsanın qarnı ağzının bəhəri ilə, Dilinin səmərəsi ilə doyar.
Make sure you're satisfied with what you say—you have to live with your words.
21 Ölüm və həyat dilin əlindədir, Onu sevənlər barından yeyir.
What you say has the power to bring life or to kill; those who love talking will have to deal with the consequences.
22 Arvad alan uğur qazanar, Rəbbin razılığını alar.
If you find a wife, that's great, and you'll be blessed by the Lord.
23 Yoxsul rəhm istəyər, Zəngin isə sərt cavab verər.
The poor beg for mercy, but the rich reply harshly.
24 Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost da var.
Some friends give up on you, but there's a friend who stays closer to you than a brother.

< Süleymanin Məsəlləri 18 >