< Süleymanin Məsəlləri 14 >

1 Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar.
知恵はその家を建て、愚かさは自分の手でそれをこわす。
2 Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.
まっすぐに歩む者は主を恐れる、曲って歩む者は主を侮る。
3 Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar.
愚かな者の言葉は自分の背にむちを当てる、知恵ある者のくちびるはその身を守る。
4 Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar.
牛がなければ穀物はない、牛の力によって農作物は多くなる。
5 Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.
真実な証人はうそをいわない、偽りの証人はうそをつく。
6 Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
あざける者は知恵を求めても得られない、さとき者は知識を得ることがたやすい。
7 Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
愚かな者の前を離れ去れ、そこには知識の言葉がないからである。
8 Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
さとき者の知恵は自分の道をわきまえることにあり、愚かな者の愚かは、欺くことにある。
9 Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
神は悪しき者をあざけられる、正しい者は、その恵みを受ける。
10 Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
心の苦しみは心みずからが知る、その喜びには他人はあずからない。
11 Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
悪しき者の家は滅ぼされ、正しい者の幕屋は栄える。
12 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
人が見て自ら正しいとする道でも、その終りはついに死に至る道となるものがある。
13 Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
笑う時にも心に悲しみがあり、喜びのはてに憂いがある。
14 Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
心のもとれる者はそのしわざの実を刈り取り、善良な人もまたその行いの実を刈り取る。
15 Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
思慮のない者はすべてのことを信じる、さとき者は自分の歩みを慎む。
16 Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
知恵ある者は用心ぶかく、悪を離れる、愚かな者は高ぶって用心しない。
17 Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
怒りやすい者は愚かなことを行い、賢い者は忍耐強い。
18 Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.
思慮のない者は愚かなことを自分のものとする、さとき者は知識をもって冠とする。
19 Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.
悪人は善人の前にひれ伏し、悪しき者は正しい者の門にひれ伏す。
20 Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər.
貧しい者はその隣にさえも憎まれる、しかし富める者は多くの友をもつ。
21 Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
隣り人を卑しめる者は罪びとである、貧しい人をあわれむ者はさいわいである。
22 Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
悪を計る者はおのれを誤るではないか、善を計る者にはいつくしみと、まこととがある。
23 Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.
すべての勤労には利益がある、しかし口先だけの言葉は貧乏をきたらせるだけだ。
24 Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar.
知恵ある者の冠はその知恵である、愚かな者の花の冠はただ愚かさである。
25 Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar.
まことの証人は人の命を救う、偽りを吐く者は裏切者である。
26 Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
主を恐れることによって人は安心を得、その子らはのがれ場を得る。
27 Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
主を恐れることは命の泉である、人を死のわなからのがれさせる。
28 Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
王の栄えは民の多いことにあり、君の滅びは民を失うことにある。
29 Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
怒りをおそくする者は大いなる悟りがあり、気の短い者は愚かさをあらわす。
30 Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
穏やかな心は身の命である、しかし興奮は骨を腐らせる。
31 Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
貧しい者をしえたげる者はその造り主を侮る、乏しい者をあわれむ者は、主をうやまう。
32 Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
悪しき者はその悪しき行いによって滅ぼされ、正しい者はその正しきによって、のがれ場を得る。
33 Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
知恵はさとき者の心にとどまり、愚かな者の心に知られない。
34 Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.
正義は国を高くし、罪は民をはずかしめる。
35 Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.
賢いしもべは王の恵みをうけ、恥をきたらす者はその怒りにあう。

< Süleymanin Məsəlləri 14 >