< Süleymanin Məsəlləri 1 >

1 İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
משלי שלמה בן דוד מלך ישראל׃
2 Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün,
לדעת חכמה ומוסר להבין אמרי בינה׃
3 Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün,
לקחת מוסר השכל צדק ומשפט ומישרים׃
4 Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün;
לתת לפתאים ערמה לנער דעת ומזמה׃
5 Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
ישמע חכם ויוסף לקח ונבון תחבלות יקנה׃
6 Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
להבין משל ומליצה דברי חכמים וחידתם׃
7 Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
יראת יהוה ראשית דעת חכמה ומוסר אוילים בזו׃
8 Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
שמע בני מוסר אביך ואל תטש תורת אמך׃
9 Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
כי לוית חן הם לראשך וענקים לגרגרתיך׃
10 Oğlum, qoyma səni günahkarlar azdırsın.
בני אם יפתוך חטאים אל תבא׃
11 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
אם יאמרו לכה אתנו נארבה לדם נצפנה לנקי חנם׃
12 Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər. (Sheol h7585)
נבלעם כשאול חיים ותמימים כיורדי בור׃ (Sheol h7585)
13 Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
כל הון יקר נמצא נמלא בתינו שלל׃
14 Bizə qoşul, Qoy kisəmiz bir olsun»,
גורלך תפיל בתוכנו כיס אחד יהיה לכלנו׃
15 Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.
בני אל תלך בדרך אתם מנע רגלך מנתיבתם׃
16 Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
כי רגליהם לרע ירוצו וימהרו לשפך דם׃
17 Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
כי חנם מזרה הרשת בעיני כל בעל כנף׃
18 Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
והם לדמם יארבו יצפנו לנפשתם׃
19 Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
כן ארחות כל בצע בצע את נפש בעליו יקח׃
20 Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
חכמות בחוץ תרנה ברחבות תתן קולה׃
21 O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
בראש המיות תקרא בפתחי שערים בעיר אמריה תאמר׃
22 «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
עד מתי פתים תאהבו פתי ולצים לצון חמדו להם וכסילים ישנאו דעת׃
23 Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
תשובו לתוכחתי הנה אביעה לכם רוחי אודיעה דברי אתכם׃
24 Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
יען קראתי ותמאנו נטיתי ידי ואין מקשיב׃
25 Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.
ותפרעו כל עצתי ותוכחתי לא אביתם׃
26 Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə,
גם אני באידכם אשחק אלעג בבא פחדכם׃
27 Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm.
בבא כשאוה פחדכם ואידכם כסופה יאתה בבא עליכם צרה וצוקה׃
28 O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
אז יקראנני ולא אענה ישחרנני ולא ימצאנני׃
29 Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər,
תחת כי שנאו דעת ויראת יהוה לא בחרו׃
30 Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər.
לא אבו לעצתי נאצו כל תוכחתי׃
31 Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar.
ויאכלו מפרי דרכם וממעצתיהם ישבעו׃
32 Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək.
כי משובת פתים תהרגם ושלות כסילים תאבדם׃
33 Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».
ושמע לי ישכן בטח ושאנן מפחד רעה׃

< Süleymanin Məsəlləri 1 >