< Filipililərə 3 >

1 Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar.
Muvusililo, vanyalukolo vango muhovokaghe palikimo nu Mutwa. Nanikatala pikuvalembela kange amasio ghalaghala. isi silikuvapela ulutengano.
2 Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun.
muvisaghe maso ni mbua. muvisaghe maso na vavomba mbombo avavi.
3 Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik.
muvisaghe maso navanovikujitema amavili ghave. lwakuva usue twesue valasivua usue twesue tukumfunya UNguluve kulutangilo lwa Mhepo. tukwighinia mwa Kilisite Yesu, twevano tusila lukang'anisio lwam'bili.
4 Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm.
Nambe kweasava umunhu ughwa kukughuhuvilila umb'ili ughu, une naleniwesia kuvomba uluo kukila.
5 Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim.
nikavalasivue ikighono kya lekelakuoni nikaholilue muukikolo kya Waslaeli. Nilimukikolo kya Benjamini. nilimwebrania ghwa va Ebrania kukwesia ilweli ja ndaghililo ja Moose nikale Mfarisayi
6 Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim.
Mungufu sango nikapumwisie itembile. kwakwitikila ikyang'ani ja ndaghililo, nanikale ni
7 Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam.
Neke lino kusoni sinonikasaghile kuti silinulivumbulilo kulyune, nikavalile hene makakala mulwakuntanganisia uKilisite.
8 Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb
mulweli, nikusivaalila imbombo sooni kuva hasara kuhumila nuvunofu vya kukumanya uKilisite Mutwa ghwango. kwaajili jake nisilekile soni nikughavavili hene makakala neke mum'pate uKilisite.
9 Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
nakuvoneka mun'kate jake. nisila kyang'ani jango nemwene kuhuma mundaghilo, looli nilinajo ikyang'ani jila jinojipatikana mu lwitiko mwa Kilisite, lunoluhuma kwa Nguluve, ulunya n'singi mu lwitiko.
10 Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki,
lino nilonda kukumanya umwene ni ngufu ja vufufue vyake nulukong'ano lwa lupumuko lwake. nilonda kubadilisivua nu Kilisite mukihwani/kiling'anikisio kya vufue vyake.
11 nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum.
nambe padebe niwesie kuva nuluhuvisio muvufufue vwa vafue.
12 Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
Nalweli kuti tayale nisipatile imbombo isio, au kuva nilimwimike mu aghuo. pe nikujitanga neke niwesie kupata kila kinokikapatikine nu Yesu Kilisite.
13 Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm
vanyalukolo vango, nanisagha kuti nipatile imbombo isi. neke nivomba imbombo jimo: nishemua agha mun'sana nikughalolelea agha kuvulongolo.
14 və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
nikujitanga kufikila ili nipate ilitekelo ilikome lya lukemelo lwa Nguluve mwa Kilisite Yesu
15 Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq.
twevoni twevano tukulile muvuvangi, tuvaghile kusagha enendikio. kange ujunge nave kya isagha fivi kuhusu imbombo jojoni, Unguluve ghwope kyailifikula ilio kulyumue,
16 Ancaq çatdığımız səviyyəyə uyğun həyat sürək.
nambe lino tughenele muluvelo uluo.
17 Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın.
vanyalukolo vango, munyighaghe une. muvalolaghe vunofu vano uluvelo lwave lulindavule ikihwani ikitu.
18 Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür.
vinga vanovasindamile vevano kekinga nivavulile, na linolino nikuvavua nulusosi vinga vikukala hene valugu va kikovekano kya Kilisite.
19 Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər.
Uvusililo vwave vwe vunangifu. lwa kuva unguluve ghwave ghwe lileme, na matupa ghave ghali mu soni save. visagha isapaisi.
20 Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Neke ilikaja litu lilikukyanya, kuno tukumuvila umpoki ghwitu uYesu kilisite.
21 O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
alatwandula amavili ghitu amavotevote kuva hene mbili ghwake ughwa vwimike mungufu silasila nakusighilila ifinu fyoni.

< Filipililərə 3 >