< Avdiya 1 >

1 Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.
俄巴底亚得了耶和华的默示。 论以东说: 我从耶和华那里听见信息, 并有使者被差往列国去, 说:起来吧, 一同起来与以东争战!
2 «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq.
我使你—以东在列国中为最小的, 被人大大藐视。
3 Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
住在山穴中、居所在高处的啊, 你因狂傲自欺, 心里说:谁能将我拉下地去呢?
4 Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir.
你虽如大鹰高飞, 在星宿之间搭窝, 我必从那里拉下你来。 这是耶和华说的。
5 «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir!
盗贼若来在你那里, 或强盗夜间而来— 你何竟被剪除— 岂不偷窃直到够了呢? 摘葡萄的若来到你那里, 岂不剩下些葡萄呢?
6 Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq.
以扫的隐密处何竟被搜寻? 他隐藏的宝物何竟被查出?
7 Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək».
与你结盟的都送你上路,直到交界; 与你和好的欺骗你,且胜过你; 与你一同吃饭的设下网罗陷害你; 在你心里毫无聪明。
8 Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm.
耶和华说:到那日, 我岂不从以东除灭智慧人? 从以扫山除灭聪明人?
9 Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.
提幔哪, 你的勇士必惊惶, 甚至以扫山的人都被杀戮剪除。
10 Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan.
因你向兄弟雅各行强暴, 羞愧必遮盖你, 你也必永远断绝。
11 Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın.
当外人掳掠雅各的财物, 外邦人进入他的城门, 为耶路撒冷拈阄的日子, 你竟站在一旁,像与他们同伙。
12 Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin,
你兄弟遭难的日子, 你不当瞪眼看着; 犹大人被灭的日子, 你不当因此欢乐; 他们遭难的日子, 你不当说狂傲的话。
13 Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın!
我民遭灾的日子, 你不当进他们的城门; 他们遭灾的日子, 你不当瞪眼看着他们受苦; 他们遭灾的日子, 你不当伸手抢他们的财物;
14 Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin!
你不当站在岔路口剪除他们中间逃脱的; 他们遭难的日子, 你不当将他们剩下的人交付仇敌。
15 Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək!
耶和华降罚的日子临近万国。 你怎样行,他也必照样向你行; 你的报应必归到你头上。
16 Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi.
你们犹大人在我圣山怎样喝了苦杯, 万国也必照样常常地喝; 且喝且咽,他们就归于无有。
17 Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq!
在锡安山必有逃脱的人, 那山也必成圣; 雅各家必得原有的产业。
18 Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi.
雅各家必成为大火; 约瑟家必为火焰; 以扫家必如碎秸; 火必将他烧着吞灭。 以扫家必无余剩的。 这是耶和华说的。
19 Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək.
南地的人必得以扫山; 高原的人必得非利士地, 也得以法莲地和撒马利亚地; 便雅悯人必得基列。
20 Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək.
在迦南人中被掳的以色列众人 必得地直到撒勒法; 在西法拉中被掳的耶路撒冷人 必得南地的城邑。
21 Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək».
必有拯救者上到锡安山,审判以扫山; 国度就归耶和华了。

< Avdiya 1 >