< Saylar 35 >

1 İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi:
И сказал Господь Моисею на равнинах Моавитских у Иордана против Иерихона, говоря:
2 «İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver.
повели сынам Израилевым, чтоб они из уделов владения своего дали левитам города для жительства, и поля при городах со всех сторон дайте левитам:
3 Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun.
города будут им для жительства, а поля будут для скота их и для имения их и для всех житейских потребностей их;
4 Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq.
поля при городах, которые вы должны дать левитам, от стены города должны простираться на две тысячи локтей, во все стороны;
5 Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.
и отмерьте за городом к восточной стороне две тысячи локтей, и к южной стороне две тысячи локтей, и к западу две тысячи локтей, и к северной стороне две тысячи локтей, а посредине город: таковы будут у них поля при городах.
6 Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin.
Из городов, которые вы дадите левитам, будут шесть городов для убежища, в которые вы позволите убегать убийце; и сверх их дайте сорок два города:
7 Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin.
всех городов, которые вы должны дать левитам, будет сорок восемь городов, с полями при них.
8 Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».
И когда будете давать города из владения сынов Израилевых, тогда из большего дайте более, из меньшего менее; каждое колено, смотря по уделу, какой получит, должно дать из городов своих левитам.
9 Sonra Rəbb Musaya dedi:
И сказал Господь Моисею, говоря:
10 «İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə
объяви сынам Израилевым и скажи им: когда вы перейдете чрез Иордан в землю Ханаанскую,
11 sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın.
выберите себе города, которые были бы у вас городами для убежища, куда мог бы убежать убийца, убивший человека неумышленно;
12 Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin.
и будут у вас города сии убежищем от мстителя за кровь, чтобы не был умерщвлен убивший, прежде нежели он предстанет пред общество на суд.
13 Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun.
Городов же, которые должны вы дать, городов для убежища, должно быть у вас шесть:
14 İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun.
три города дайте по эту сторону Иордана и три города дайте в земле Ханаанской; городами убежища должны быть они;
15 Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.
для сынов Израилевых и для пришельца и для поселенца между вами будут сии шесть городов убежищем, чтобы убегать туда всякому, убившему человека неумышленно.
16 Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.
Если кто ударит кого железным орудием так, что тот умрет, то он убийца: убийцу должно предать смерти;
17 Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir.
и если кто ударит кого из руки камнем, от которого можно умереть, так что тот умрет, то он убийца: убийцу должно предать смерти;
18 Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.
или если деревянным орудием, от которого можно умереть, ударит из руки так, что тот умрет, то он убийца: убийцу должно предать смерти;
19 Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün.
мститель за кровь сам может умертвить убийцу: лишь только встретит его, сам может умертвить его;
20 Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə
если кто толкнет кого по ненависти, или с умыслом бросит на него что-нибудь так, что тот умрет,
21 ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.
или по вражде ударит его рукою так, что тот умрет, то ударившего должно предать смерти: он убийца; мститель за кровь может умертвить убийцу, лишь только встретит его.
22 Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa
Если же он толкнет его нечаянно, без вражды, или бросит на него что-нибудь без умысла,
23 və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən
или какой-нибудь камень, от которого можно умереть, не видя уронит на него так, что тот умрет, но он не был врагом его и не желал ему зла,
24 adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq.
то общество должно рассудить между убийцею и мстителем за кровь по сим постановлениям;
25 İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq.
и должно общество спасти убийцу от руки мстителя за кровь, и должно возвратить его общество в город убежища его, куда он убежал, чтоб он жил там до смерти великого священника, который помазан священным елеем;
26 Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə,
если же убийца выйдет за предел города убежища, в который он убежал,
27 tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq.
и найдет его мститель за кровь вне пределов города убежища его, и убьет убийцу сего мститель за кровь, то не будет на нем вины кровопролития,
28 Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər.
ибо тот должен был жить в городе убежища своего до смерти великого священника, а по смерти великого священника должен был возвратиться убийца в землю владения своего.
29 Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.
Да будет это у вас постановлением законным в роды ваши, во всех жилищах ваших.
30 Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin.
Если кто убьет человека, то убийцу должно убить по словам свидетелей; но одного свидетеля недостаточно, чтобы осудить на смерть.
31 Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir.
И не берите выкупа за душу убийцы, который повинен смерти, но его должно предать смерти;
32 Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın.
и не берите выкупа за убежавшего в город убежища, чтоб ему позволить жить в земле своей прежде смерти великого священника.
33 Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər.
Не оскверняйте земли, на которой вы будете жить; ибо кровь оскверняет землю, и земля не иначе очищается от пролитой на ней крови, как кровью пролившего ее.
34 Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».
Не должно осквернять землю, на которой вы живете, среди которой обитаю Я; ибо Я Господь обитаю среди сынов Израилевых.

< Saylar 35 >