< Saylar 33 >

1 Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır.
هَذَا هُوَ سِجِلُّ رِحْلاتِ بَنِي إِسْرَائِيلَ مُنْذُ خُرُوجِهِمْ مِنْ دِيَارِ مِصْرَ، بِقِيَادَةِ مُوسَى وَهَرُونَ.١
2 Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır:
فَقَدْ دَوَّنَ مُوسَى مَرَاحِلَ رِحْلاتِهِمْ، تَلْبِيَةً لأَمْرِ الرَّبِّ، حَسَبَ وُقُوعِهَا.٢
3 İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü.
فِي الْيَوْمِ الْخَامِسَ عَشَرَ مِنَ الشَّهْرِ الأَوَّلِ (الْعِبْرِيِّ)، فِي صَبَاحِ غَدِ الْفِصْحِ، ارْتَحَلَ الإِسْرَائِيلِيُّونَ مِنْ رَعَمْسِيسَ بِقُوَّةٍ أَمَامَ أَعْيُنِ جَمِيعِ الْمِصْرِيِّينَ،٣
4 O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.
الَّذِينَ كَانُوا يَدْفِنُونَ أَبْكَارَهُمُ الَّذِينَ أَهْلَكَهُمُ الرَّبُّ، وَبَعْدَ أَنْ أَنْزَلَ قَضَاءَهُ بِآلِهَتِهِمْ.٤
5 İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar.
وَتَوَجَّهَ بَنُو إِسْرَائِيلَ مِنْ رَعَمْسِيسَ وَخَيَّمُوا فِي سُكُّوتَ.٥
6 Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar.
ثُمَّ ارْتَحَلُوا مِنْ سُكُّوتَ وَحَلُّوا فِي إِيثَامَ الْمُجَاوِرَةِ لِطَرَفِ الصَّحْرَاءِ.٦
7 Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar.
ثُمَّ ارْتَدُّوا مِنْ إِيثَامَ إِلَى فَمِ الْحِيرُوثِ مُقَابِلَ بَعْلِ صَفُونَ، وَنَزَلُوا أَمَامَ مَجْدَلَ.٧
8 Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar.
بَعْدَ ذَلِكَ انْطَلَقُوا مِنْ أَمَامِ الْحِيرُوثِ وَاجْتَازُوا فِي وَسَطِ الْبَحْرِ إِلَى الصَّحْرَاءِ، وَتَقَدَّمُوا مَسِيرَةَ ثَلاثَةِ أَيَّامٍ فِي صَحْرَاءِ إِيثَامَ، وَأَقَامُوا فِي مَارَّةَ.٨
9 Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar.
ثُمَّ ارْتَحَلُوا مِنْ مَارَّةَ وَأَقْبَلُوا عَلَى إِيلِيمَ، حَيْثُ وَجَدُوا فِيهَا اثْنَتَيْ عَشْرَةَ عَيْنَ مَاءٍ وَسَبْعِينَ نَخْلَةً، فَخَيَّمُوا هُنَاكَ.٩
10 Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar.
وَمَا لَبِثُوا أَنْ مَضَوْا مِنْ إِيلِيمَ وَنَزَلُوا عِنْدَ الْبَحْرِ الأَحْمَرِ.١٠
11 Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar.
وَانْطَلَقُوا مِنْ جُوَارِ الْبَحْرِ الأَحْمَرِ وَحَطُّوا رِحَالَهُمْ فِي صَحْرَاءِ سِينَ.١١
12 Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar.
ثُمَّ تَوَجَّهُوا مِنْ صَحْرَاءِ سِينَ وَأَقَامُوا فِي دُفْقَةَ.١٢
13 Dofqanı tərk edib Aluşda düşərgə saldılar.
وَانْتَقَلُوا مِنْ دُفْقَةَ وَنَزَلُوا فِي أَلُوشَ.١٣
14 Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi.
وَتَقَدَّمُوا مِنْ أَلُوشَ وَنَصَبُوا خِيَامَهُمْ فِي رَفِيدِيمَ. وَلَمْ يَجِدِ الشَّعْبُ هُنَاكَ مَاءً لِيَشْرَبَ.١٤
15 Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.
ثُمَّ مَضَوْا مِنْ رَفِيدِيمَ وَأَقَامُوا فِي صَحْرَاءِ سِينَاءَ.١٥
16 Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar.
وَانْطَلَقُوا مِنْ صَحْرَاءِ سِينَاءَ وَخَيَّمُوا فِي قَبْرُوتَ هَتَّأَوَةَ.١٦
17 Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar.
وَغَادَرُوا قَبْروُتَ هَتَّأَوَةَ وَنَزَلُوا فِي حَضَيْرُوتَ١٧
18 Xaserotu tərk edib Ritmada düşərgə saldılar.
وَانْتَقَلُوا مِنْ حَضَيْرُوتَ وَحَطُّوا رِحَالَهُمْ فِي رِثْمَةَ.١٨
19 Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar.
ثُمَّ ارْتَحَلُوا مِنْ رِثْمَةَ وَتَوَقَّفُوا فِي رِمُّونَ فَارَصَ.١٩
20 Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar.
وَمَضَوْا مِنْ رِمُّونَ فَارَصَ وَخَيَّمُوا فِي لِبْنَةَ.٢٠
21 Livnanı tərk edib Rissada düşərgə saldılar.
وَتَقَدَّمُوا مِنْ لِبْنَةَ وَأَقَامُوا فِي رِسَّةَ.٢١
22 Rissanı tərk edib Qehelatda düşərgə saldılar.
ثُمَّ انْطَلَقُوا مِنْ رِسَّةَ وَنَصَبُوا خِيَامَهُمْ فِي قُهَيْلاتَةَ.٢٢
23 Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar.
وَتَوَجَّهُوا مِنْ قُهَيْلاتَةَ وَنَزَلُوا فِي جَبَلِ شَافَرَ.٢٣
24 Şefer dağını tərk edib Xaradada düşərgə saldılar.
وَانْتَقَلُوا مِنْ جَبَلِ شَافَرَ وَحَطُّوا رِحَالَهُمْ فِي حَرَادَةَ.٢٤
25 Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar.
ثُمَّ ارْتَحَلُوا مِنْ حَرَادَةَ وَتَوَقَّفُوا فِي مَقْهَيْلُوتَ.٢٥
26 Maqhelotu tərk edib Taxatda düşərgə saldılar.
وَسَافَرُوا مِنْ مَقْهَيْلُوتَ وَخَيَّمُوا فِي تَاحَتَ.٢٦
27 Taxatdan ayrılıb Terahda düşərgə saldılar.
وَمَضَوْا مِنْ تَاحَتَ وَأَقَامُوا فِي تَارَحَ.٢٧
28 Terahı tərk edib Mitqada düşərgə saldılar.
وَانْطَلَقُوا مِنْ تَارَحَ وَنَزَلُوا فِي مِثْقَةَ.٢٨
29 Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar.
وَتَوَجَّهُوا مِنْ مِثْقَةَ وَنَصَبُوا خِيَامَهُمْ فِي حَشْمُونَةَ.٢٩
30 Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar.
ثُمَّ انْتَقَلُوا مِنْ حَشْمُونَةَ وَتَوَقَّفُوا فِي مُسِيرُوتَ.٣٠
31 Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar.
وَتَقَدَّمُوا مِنْ مُسِيرُوتَ وَحَطُّوا رِحَالَهُمْ فِي بَنِي يَعْقَانَ.٣١
32 Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar.
وَغَادَرُوا بَنِي يَعْقَانَ وَخَيَّمُوا فِي حُورِ الْجِدْجَادِ.٣٢
33 Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar.
وَسَافَرُوا مِنْ حُورِ الْجِدْجَادِ وَأَقَامُوا فِي يُطْبَاتَ.٣٣
34 Yotvatanı tərk edib Avronada düşərgə saldılar.
وَمَضَوْا مِنْ يُطْبَاتَ وَنَزَلُوا فِي عَبْرُونَةَ.٣٤
35 Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar.
وَانْطَلَقُوا مِنْ عَبْرُونَةَ وَنَصَبُوا خِيَامَهُمْ فِي عِصْيُونَ جَابَرَ.٣٥
36 Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar.
ثُمَّ تَوَجَّهُوا مِنْ عِصْيُونَ جَابَرَ وَتَوَقَّفُوا فِي صَحْرَاءِ صِينَ، وَهِيَ قَادِشُ.٣٦
37 Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar.
وَانْتَقَلُوا مِنْ قَادَشَ وَحَطُّوا رِحَالَهُمْ فِي جَبَلِ هُورٍ فِي طَرَفِ أَرْضِ أَدُومَ.٣٧
38 Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü.
وَفِي الْيَوْمِ الأَوَّلِ مِنَ الشَّهْرِ الْخَامِسِ مِنَ السَّنَةِ الأَرْبَعِينَ لِخُرُوجِ بَنِي إِسْرَائِيلَ مِنْ دِيَارِ مِصْرَ، صَعِدَ هَرُونُ الْكَاهِنُ إِلَى جَبَلِ هُورٍ حَسَبَ أَمْرِ الرَّبِّ وَمَاتَ هُنَاكَ.٣٨
39 Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi.
وَكَانَ عُمْرُ هَرُونَ حِينَ مَاتَ فِي جَبَلِ هُورٍ مِئَةً وَثَلاثاً وَعِشْرِينَ سَنَةً.٣٩
40 Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib.
وَسَمِعَ آنَئِذٍ مَلِكُ عِرَادَ الْكَنْعَانِيُّ الْمُقِيمُ فِي جَنُوبِيِّ أَرْضِ كَنْعَانَ، بِزَحْفِ الإِسْرَائِيلِيِّينَ.٤٠
41 İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar.
ثُمَّ تَقَدَّمَ الإِسْرَائِيلِيُّونَ مِنْ جَبَلِ هُورٍ وَعَسْكَرُوا فِي صَلْمُونَةَ.٤١
42 Salmonanı tərk edib Punonda düşərgə saldılar.
وَغَادَرُوا صَلْمُونَةَ وَخَيَّمُوا فِي فُونُونَ.٤٢
43 Punonu tərk edib Ovotda düşərgə saldılar.
وَسَافَرُوا مِنْ فُونُونَ وَأَقَامُوا فِي أُوبُوتَ،٤٣
44 Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar.
وَارْتَحَلُوا مِنْ أُوبُوتَ وَنَزَلُوا فِي عَيِّيِ عَبَارِيمَ عَلَى حُدُودِ مُوآبَ.٤٤
45 İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar.
وَانْطَلَقُوا مِنْ عَيِّيمَ وَنَصَبُوا خِيَامَهُمْ فِي دِيبُونَ جَادٍ.٤٥
46 Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar.
ثُمَّ تَوَجَّهُوا مِنْ دِيبُونَ جَادٍ وَتَوَقَّفُوا فِي عَلْمُونَ دِبْلاتَايِمَ.٤٦
47 Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar.
وَانْتَقَلُوا مِنْ عَلْمُونَ دِبْلاتَايِمَ وَحَطُّوا رِحَالَهُمْ فِي جِبَالِ عَبَارِيمَ مُقَابِلَ نَبُو،٤٧
48 Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar.
ثُمَّ ارْتَحَلُوا مِنْ جِبَالِ عَبَارِيمَ وَنَزَلُوا فِي سُهُولِ مُوآبَ بِالْقُرْبِ مِنْ نَهْرِ الأُرْدُنِّ مُقَابِلَ أَرِيحَا.٤٨
49 İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar.
وَنَصَبُوا خِيَامَهُمْ فِي سُهُولِ مُوآبَ عَلَى مُحَاذَاةِ نَهْرِ الأُرْدُنِّ، مِنْ بَيْتِ يَشِيمُوتَ إِلَى أَبَلِ شِطِّيمَ.٤٩
50 Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi:
وَقَالَ الرَّبُّ لِمُوسَى فِي سُهُولِ مُوآبَ بِالْقُرْبِ مِنْ نَهْرِ الأُرْدُنِّ مُقَابِلَ أَرِيحَا:٥٠
51 «İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə
«أَوْصِ بَنِي إِسْرَائِيلَ وَقُلْ لَهُمْ: إِنَّكُمْ لابُدَّ عَابِرُونَ نَهْرَ الأُرْدُنِّ نَحْوَ أَرْضِ كَنْعَانَ،٥١
52 ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın.
فَاطْرُدُوا جَميِعَ أَهْلِ الأَرْضِ مِنْ أَمَامِكُمْ، وَدَمِّرُوا تَمَاثِيلَهُمُ الْمَنْحُوتَةَ، وَأَبِيدُوا أَصْنَامَهُمُ الْمَسْبُوكَةَ، وَاهْدِمُوا كُلَّ مُرْتَفَعَاتِهِمْ.٥٢
53 Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim.
وَامْلِكُوا الأَرْضَ وَاسْتَوْطِنُوا فِيهَا، لأَنِّي قَدْ وَهَبْتُكُمُ الأَرْضَ لِكَيْ تَرِثُوهَا.٥٣
54 Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın.
اقْتَسِمُوا الأَرْضَ بِالْقُرْعَةِ حَسَبَ أَسْبَاطِكُمْ، فَالسِّبْطُ الْكَبِيرُ يَأْخُذُ نَصِيباً أَكْبَرَ، وَالسِّبْطُ الصَّغِيرُ يَنَالُ نَصِيباً أَقَلَّ. وَكُلٌّ يُقِيمُ حَيْثُ يَخْرُجُ لَهُ بِالْقُرْعَةِ، وَاقْتَسِمُوا الأَرْضَ حَسَبَ أَسْبَاطِكُمْ.٥٤
55 Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək.
وَلَكِنْ إِنْ لَمْ تَطْرُدُوا أَهْلَ الأَرْضِ مِنْ أَمَامِكُمْ، يُصْبِحُ الْبَاقُونَ مِنْهُمْ أَشْوَاكاً فِي عُيُونِكُمْ، وَمَنَاخِسَ فِي جَوَانِبِكُمْ، ويُضَايِقُونَكُمْ فِي الأَرْضِ الَّتِي أَنْتُمْ مُقِيمُونَ فِيهَا،٥٥
56 Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”».
عِنْدَئِذٍ أُنْزِلُ بِكُمْ مَا أَنَا مُزْمِعٌ أَنْ أُنْزِلَهُ بِهِمْ».٥٦

< Saylar 33 >