< Saylar 29 >

1 Yeddinci ayda, ayın birində müqəddəs toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. O gün sizin üçün şeypur çalma günü olacaq.
Mensis etiam septimi prima dies venerabilis et sancta erit vobis. Omne opus servile non facietis in ea, quia dies clangoris est et tubarum.
2 Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla verin.
Offeretisque holocaustum in odorem suavissimum Domino, vitulum de armento unum, arietem unum, et agnos anniculos immaculatos septem:
3 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa,
et in sacrificiis eorum, similæ oleo conspersæ tres decimas per singulos vitulos, duas decimas per arietem,
4 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.
unam decimam per agnum, qui simul sunt agni septem:
5 Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə də təqdim edin.
et hircum pro peccato, qui offertur in expiationem populi,
6 Aylıq və gündəlik yandırma qurbanları ilə lazımi taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Bu, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
præter holocaustum calendarum cum sacrificiis suis, et holocaustum sempiternum cum libationibus solitis: eisdem cæremoniis offeretis in odorem suavissimum incensum Domino.
7 Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin.
Decima quoque dies mensis hujus septimi erit vobis sancta atque venerabilis, et affligetis animas vestras: omne opus servile non facietis in ea.
8 Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır.
Offeretisque holocaustum Domino in odorem suavissimum, vitulum de armento unum, arietem unum, agnos anniculos immaculatos septem:
9 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa,
et in sacrificiis eorum similæ oleo conspersæ tres decimas per singulos vitulos, duas decimas per arietem,
10 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.
decimam decimæ per agnos singulos, qui sunt simul agni septem:
11 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque his quæ offerri pro delicto solent in expiationem, et holocaustum sempiternum, cum sacrificio et libaminibus eorum.
12 Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin.
Quintadecima vero die mensis septimi, quæ vobis sancta erit atque venerabilis, omne opus servile non facietis in ea, sed celebrabitis solemnitatem Domino septem diebus.
13 Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır.
Offeretisque holocaustum in odorem suavissimum Domino, vitulos de armento tredecim, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
14 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa,
et in libamentis eorum, similæ oleo conspersæ tres decimas per vitulos singulos, qui sunt simul vituli tredecim, et duas decimas arieti uno, id est, simul arietibus duobus,
15 on dörd toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.
et decimam decimæ agnis singulis, qui sunt simul agni quatuordecim:
16 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, et sacrificio, et libamine ejus.
17 İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
In die altero offeretis vitulos de armento duodecim, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
18 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
19 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque et libamine ejus.
20 Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
Die tertio offeretis vitulos undecim, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
21 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
22 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque et libamine ejus.
23 Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
Die quarto offeretis vitulos decem, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
24 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
25 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque ejus et libamine.
26 Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
Die quinto offeretis vitulos novem, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
27 Buğa, qoç və toğluların sayına görə lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
28 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque ejus et libamine.
29 Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
Die sexto offeretis vitulos octo, arietes duos, agnos anniculos immaculatos quatuordecim:
30 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
31 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque ejus et libamine.
32 Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin.
Die septimo offeretis vitulos septem, et arietes duos, agnos anniculos immaculatos quatuordecim:
33 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
34 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque ejus et libamine.
35 Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin.
Die octavo, qui est celeberrimus, omne opus servile non facietis,
36 Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin.
offerentes holocaustum in odorem suavissimum Domino, vitulum unum, arietem unum, agnos anniculos immaculatos septem:
37 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin.
sacrificiaque et libamina singulorum, per vitulos, et arietes, et agnos rite celebrabitis:
38 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin.
et hircum pro peccato, absque holocausto sempiterno, sacrificioque ejus et libamine.
39 Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”».
Hæc offeretis Domino in solemnitatibus vestris: præter vota et oblationes spontaneas in holocausto, in sacrificio, in libamine, et in hostiis pacificis.
40 Musa Rəbbin ona əmr etdiyi hər şeyi İsrail övladlarına bildirdi.
Narravitque Moyses filiis Israël omnia quæ ei Dominus imperarat.

< Saylar 29 >