< Saylar 28 >

1 Rəbb Musaya dedi:
וידבר יהוה אל משה לאמר׃
2 «İsrail övladlarına əmr edib de: “Diqqət edin ki, Mənə təqdim olunan payı – yandırma təqdimini, Mənim xoşuma gələn ətri öz vaxtında verəsiniz”.
צו את בני ישראל ואמרת אלהם את קרבני לחמי לאשי ריח ניחחי תשמרו להקריב לי במועדו׃
3 Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu.
ואמרת להם זה האשה אשר תקריבו ליהוה כבשים בני שנה תמימם שנים ליום עלה תמיד׃
4 Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin.
את הכבש אחד תעשה בבקר ואת הכבש השני תעשה בין הערבים׃
5 Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin.
ועשירית האיפה סלת למנחה בלולה בשמן כתית רביעת ההין׃
6 Bu, daimi yandırma qurbanı, Sina dağında buyurulan, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
עלת תמיד העשיה בהר סיני לריח ניחח אשה ליהוה׃
7 Hər toğlu ilə birlikdə içmə təqdimi olaraq dörddə bir hin kefləndirici içkini Rəbbin adına müqəddəs yerdə tökün.
ונסכו רביעת ההין לכבש האחד בקדש הסך נסך שכר ליהוה׃
8 O biri toğlunu axşamçağı təqdim edin. Səhərki kimi taxıl təqdimi və içmə təqdimi ilə birlikdə onu təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
ואת הכבש השני תעשה בין הערבים כמנחת הבקר וכנסכו תעשה אשה ריח ניחח ליהוה׃
9 Şənbə günündə iki birillik qüsursuz erkək toğlu və taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un və onun içmə təqdimini təqdim edin.
וביום השבת שני כבשים בני שנה תמימם ושני עשרנים סלת מנחה בלולה בשמן ונסכו׃
10 Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur.
עלת שבת בשבתו על עלת התמיד ונסכה׃
11 Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin.
ובראשי חדשיכם תקריבו עלה ליהוה פרים בני בקר שנים ואיל אחד כבשים בני שנה שבעה תמימם׃
12 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un,
ושלשה עשרנים סלת מנחה בלולה בשמן לפר האחד ושני עשרנים סלת מנחה בלולה בשמן לאיל האחד׃
13 hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir.
ועשרן עשרון סלת מנחה בלולה בשמן לכבש האחד עלה ריח ניחח אשה ליהוה׃
14 Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur.
ונסכיהם חצי ההין יהיה לפר ושלישת ההין לאיל ורביעת ההין לכבש יין זאת עלת חדש בחדשו לחדשי השנה׃
15 Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin.
ושעיר עזים אחד לחטאת ליהוה על עלת התמיד יעשה ונסכו׃
16 Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır.
ובחדש הראשון בארבעה עשר יום לחדש פסח ליהוה׃
17 Bu ayın on beşinci günü bayram olsun, yeddi gün mayasız çörək yeyilsin.
ובחמשה עשר יום לחדש הזה חג שבעת ימים מצות יאכל׃
18 Birinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
ביום הראשון מקרא קדש כל מלאכת עבדה לא תעשו׃
19 Rəbbə yandırma qurbanı, yandırma təqdimi olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin; hamısı qüsursuz olsun.
והקרבתם אשה עלה ליהוה פרים בני בקר שנים ואיל אחד ושבעה כבשים בני שנה תמימם יהיו לכם׃
20 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki,
ומנחתם סלת בלולה בשמן שלשה עשרנים לפר ושני עשרנים לאיל תעשו׃
21 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin.
עשרון עשרון תעשה לכבש האחד לשבעת הכבשים׃
22 Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə təqdim edin.
ושעיר חטאת אחד לכפר עליכם׃
23 Hər səhər təqdim edəcəyiniz daimi yandırma qurbanına əlavə olaraq bunları da təqdim edin.
מלבד עלת הבקר אשר לעלת התמיד תעשו את אלה׃
24 Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin.
כאלה תעשו ליום שבעת ימים לחם אשה ריח ניחח ליהוה על עולת התמיד יעשה ונסכו׃
25 Yeddinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
וביום השביעי מקרא קדש יהיה לכם כל מלאכת עבדה לא תעשו׃
26 Nübarın təqdim edilməsi günü Həftələr bayramında Rəbbə təzə taxıl təqdimi gətirəndə müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin.
וביום הבכורים בהקריבכם מנחה חדשה ליהוה בשבעתיכם מקרא קדש יהיה לכם כל מלאכת עבדה לא תעשו׃
27 Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi iki buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla təqdim edin.
והקרבתם עולה לריח ניחח ליהוה פרים בני בקר שנים איל אחד שבעה כבשים בני שנה׃
28 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, tək qoç üçün onda iki efa,
ומנחתם סלת בלולה בשמן שלשה עשרנים לפר האחד שני עשרנים לאיל האחד׃
29 yeddi toğludan hər toğlu üçün isə onda bir efa narın un təqdim edin.
עשרון עשרון לכבש האחד לשבעת הכבשים׃
30 Özünüzü kəffarə etmək üçün bir təkə də təqdim edin.
שעיר עזים אחד לכפר עליכם׃
31 Daimi yandırma qurbanı taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Qurban etdiyiniz heyvanlar qüsursuz olmalıdır.
מלבד עלת התמיד ומנחתו תעשו תמימם יהיו לכם ונסכיהם׃

< Saylar 28 >