< Saylar 27 >
1 Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa.
Alors s'approchèrent les filles de Salphaad, fils de Hépher, fils de Galaad, fils de Machir, fils de Manassé, des familles de Manassé, le fils de Joseph; leurs noms étaient Maala, Noa, Hégla, Melcha et Thersa.
2 Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər:
Elles se présentèrent devant Moïse, devant le prêtre Eléazar, et devant les princes de toute l'assemblée, à l'entrée de la tente de réunion, et elles dirent:
3 «Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı.
« Notre père est mort dans le désert; il n'était pas au milieu de la troupe de ceux qui se liguèrent contre Yahweh, de la troupe de Coré, mais il est mort pour son péché, et il n'avait point de fils.
4 Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin».
Pourquoi le nom de notre père serait-il retranché du milieu de sa famille, parce qu'il n'a pas eu de fils? Donne-nous une propriété parmi les frères de notre père. »
5 Musa onların işini Rəbbin önünə qoydu.
Moïse porta leur cause devant Yahweh;
7 «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir.
« Les filles de Salphaad ont dit une chose juste. Tu leur donneras en héritage une propriété parmi les frères de leur père, et tu leur feras passer l'héritage de leur père.
8 İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir.
Tu parleras aux enfants d'Israël, en disant: Si un homme meurt sans avoir de fils, vous ferez passer son héritage à sa fille;
9 Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver.
et s'il n'a point de fille, vous donnerez son héritage à ses frères.
10 Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver.
S'il n'a point de frères, vous donnerez son héritage aux frères de son père;
11 Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun».
et s'il n'y a point de frères de son père, vous donnerez son héritage au parent le plus proche dans sa famille, et c'est lui qui le possédera. Ce sera pour les enfants d'Israël une règle de droit, comme Yahweh l'a ordonné à Moïse. »
12 Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör.
Yahweh dit à Moïse: « Monte sur cette montagne d'Abarim, et vois le pays que je donne aux enfants d'Israël.
13 Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan.
Tu le verras, et toi aussi tu seras recueilli auprès de ton peuple, comme Aaron, ton frère, a été recueilli,
14 Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır.
parce que dans le désert de Sin, lors de la contestation de l'assemblée, vous avez été tous deux rebelles à l'ordre que j'avais donné de me sanctifier devant eux à l'occasion des eaux. Ce sont les eaux de Mériba, à Cadès, dans le désert de Sin. »
Moïse parla à Yahweh, en disant:
16 «Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin,
« Que Yahweh, le Dieu des esprits de toute chair, établisse sur l'assemblée un homme
17 o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın».
qui sorte devant eux et qui entre devant eux, qui les fasse sortir et qui les fasse entrer, afin que l'assemblée de Yahweh ne soit pas comme des brebis qui n'ont point de berger. »
18 Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan.
Yahweh dit à Moïse: « Prends Josué, fils de Nun, homme en qui réside l'Esprit, et tu poseras ta main sur lui.
19 Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır.
Tu le placeras devant Eléazar, le prêtre, et devant toute l'assemblée, et tu l'installeras sous leurs yeux.
20 Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin.
Tu mettras sur lui une part de ton autorité, afin que toute l'assemblée des enfants d'Israël lui obéisse.
21 O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».
Il se présentera devant le prêtre Eléazar, qui consultera pour lui le jugement de l'Urim devant Yahweh; c'est sur son ordre que sortiront, sur son ordre qu'entreront, lui, Josué, tous les enfants d'Israël avec lui et toute l'assemblée. »
22 Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı.
Moïse fit ce que Yahweh lui avait ordonné. Il prit Josué, et il le plaça devant Eléazar, le prêtre, et devant toute l'assemblée.
23 Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı.
Et ayant posé ses mains sur lui, il l'installa, comme Yahweh l'avait dit par Moïse.