< Saylar 23 >
1 Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla».
巴郎對巴拉克說:「請伓在這裏給我建造七座祭壇,給我準備七頭公牛犢和七隻公綿羊」。
2 Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər.
巴拉克就照巴郎說的做了;巴拉克和巴郎在每座祭壇上奉獻了一頭公牛犢和一隻公綿羊。
3 Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
然後巴郎對巴拉克說:「你留在你的全燔祭旁,我要前去,或許上主會使我遇見衪;衪指示我什麼,我都告訴你」。
4 Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim».
他就上了一座荒邱。天主遇到了巴郎,巴郎遂對天主說:「我建造了七座祭壇,在每座祭壇上,奉獻了頭公牛犢和一隻公綿羊」。
5 Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de».
上主遂把巴郎要說的話放在他口中,然後對他說:「你回到巴拉克那裏就這樣說」。
6 Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar.
他回到巴拉克那裏,看見他和所有的縉紳,仍站在全燔祭旁;
7 Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.
於是吟詩說:「巴拉克將我由阿蘭召來,摩阿布王叫我由東方的山嶺前來:你來替我咒罵雅各伯,你來詛咒以色列!
8 Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
我豈能咒罵天主所不咒罵的﹖我豈能詛咒上主所不詛咒的﹖
9 Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm.
我由嚴峰向他們觀看,我由高丘向他們眺望:這是一個獨居,而不應與眾民眾同列的民族。
10 Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!»
誰能盡數雅各伯的塵埃,誰能算清以色列的塵灰沙﹖惟願我的死有如義人的死,我的結局相似他的結局」。
11 Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!»
巴拉克對巴郎說:「你對我做的是什麼事﹖我叫你來是為咒罵我的仇敵,你反而祝福! 」
12 Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»
他回答說:「我豈不該謹慎說出上主叫我說的話嗎﹖」
13 Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».
巴拉克對他說:「諘你同我到另一地方去,從那裏可看到他們;這裏只看到一部分,不能看到全部;從那裏替我咒罵他們」。
14 Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi.
於是領他到了丕斯加山頂的瞭望台。在那裏建造了七座,在每座祭壇上,奉獻了一頭公牛犢和頭公綿羊。
15 Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur».
巴郎對巴拉克說:「你在這裏,站在你的全燔祭旁,我到那裏去會見上主。
16 Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de».
上主就顯現給巴郎,把衪要說的話放在他口內,然後說:「你回巴拉克那裏,就這樣說」。
17 Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»
他來到巴拉克那裏,看見他還站在全燔祭旁,摩阿布的縉紳仍同他在一起;巴拉克便問他說:「上主說了什麼﹖」
18 Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as.
他於是吟詩說:「巴拉克起來靜聽! 漆頗爾的兒子,傾耳聽我!
19 Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
天主不像人能食言,不像人子能返悔。衪說了豈能不行﹖
20 Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm.
我受命是為祝福,我不能變更。
21 Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar.
在雅各伯中不見罪惡,在以色列中不睹災禍;上主他們的天主與他們同在,歡呼之聲,常在他們中間。
22 Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır.
領他們由埃及出來的天主,為他們有如野牛的角。
23 Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!”
其實雅各伯不需要巫術,以色列不需要占卜;時候一到,自會啟示與雅各伯和以色列::天主要做什麼。
24 Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq».
這民族起來有如母獅,挺身像雄獅,不吞下獵物;不喝疲殺的血,決不臥下」。
25 Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».
巴拉克對巴郎說:「你不咒罵他們,但也不該祝福啊! 」
26 Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»
巴郎回答巴拉克說:「我不是對你說過:我應做上主所吩咐的一切嗎﹖」
27 Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».
巴拉克對巴郎說:「來,我領你到另一個地方去,或者天主喜歡你在那裏替我咒罵他們」。
28 Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı.
巴拉克於是領巴郎到俯視曠野的培敖爾山頂。
29 Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla».
巴郎對巴拉克說:「你在這裏給我建造七座祭壇,給我預備七頭公牛犢和七隻公綿羊」。
30 Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.
巴拉克就照巴郎說的做了,在每座祭壇上奉獻了頭公牛和一隻公綿羊。