< Saylar 22 >

1 İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.
And the children of Israel set forward, and encamped in the plains of Moab, on this side of the Jordan, opposite Jericho.
2 İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.
And Balak the son of Zippor saw all that Israel had done to the Emorites.
3 Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü.
And Moab was greatly afraid of the people, because it was numerous; and Moab was horrified because of the children of Israel.
4 Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.
And Moab said unto the elders of Midian, Now will this assemblage devour all that is round about us, as the ox devoureth the grass of the field; and Balak the son of Zippor was king of Moab at that time.
5 Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir.
And he sent messengers unto Bil'am the son of Beor to Pethor, which is by the river, in the land of the children of his people, to have him called; saying, Behold, there is a people come out from Egypt; behold, it covereth the surface of the earth, and it is abiding opposite to me:
6 Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm».
And now do but come, curse me this people; for it is too mighty for me; peradventure I may be able to smite it, that I may drive it out of the land; for I know that he whom thou blessest is blessed, and he whom thou cursest is cursed.
7 Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər.
And the elders of Moab and the elders of Midian departed with the rewards of divination in their hand; and they came unto Bil'am, and spoke unto him the words of Balak.
8 Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.
And he said unto them, Remain you here this night, and I will bring you word again, as the Lord may speak unto me; and the princes of Moab abode with Bil'am.
9 Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?»
And God came unto Bil'am, and said, Who are these men with thee?
10 Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi:
And Bil'am said unto God, Balak the son of Zippor, the king of Moab, hath sent unto me, [saying, ]
11 “Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”».
Behold, there is the people that is come out of Egypt, and covereth the face of the earth: now come, denounce it for me; peradventure I shall be able to fight against it, and drive it away.
12 Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».
And God said unto Bil'am, Thou shalt not go with them: thou shalt not curse the people; for it is blessed.
13 Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir».
And Bil'am rose up in the morning, and said unto the princes of Balak, Go back to your land; for the Lord refuseth to give me leave to go with you.
14 Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi».
And the princes of Moab rose up, and they went unto Balak, and said, Bil'am refuseth to come with us.
15 Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi.
And Balak sent yet again princes, more in number, and more honorable than those.
16 Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə.
And they came to Bil'am, and said to him, Thus hath said Balak the son of Zippor, Do not suffer thyself, I pray thee, to be prevented from coming unto me;
17 Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”».
For I will honor thee greatly, and whatsoever thou mayest say unto me will I do: and only come, I pray thee, denounce me this people.
18 Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm.
And Bil'am answered and said unto the servants of Balak, If Balak would give me his house full of silver and gold, I could not transgress the order of the Lord my God, to do a small or a great thing.
19 İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək».
And now, I pray you, tarry ye also here this night, that I may know what the Lord will farther speak with me.
20 O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et».
And God came unto Bil'am at night, and said unto him, If to call thee the men have come, rise up, go with them; but only the word which I shall speak unto thee, that shalt thou do.
21 Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi.
And Bil'am rose up in the morning, and saddled his ass, and went with the princes of Moab.
22 O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı.
And the anger of God was kindled, because he went; and an angel of the Lord placed himself in the way to be a hindrance to him; and he was riding upon his ass, and his two servants were with him.
23 Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu.
And the ass saw the angel of the Lord standing in the way, with his sword drawn in his hand; and the ass turned aside out of the way, and went into the field: and Bil'am smote the ass, to make her turn into the way.
24 Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi.
But the angel of the Lord stepped into a path between the vineyards, [with] a wall on this side, and a wall on that side.
25 Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı.
And when the ass saw the angel of the Lord, she forced herself against the wall, and pressed Bil'am's foot against the wall: and he smote her again.
26 Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu.
And the angel of the Lord went yet farther, and stood in a narrow place, where there was no way to turn either to the right or to the left.
27 Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu.
And when the ass saw the angel of the Lord, she lay down under Bil'am: whereupon Bil'am's anger was kindled, and he smote the ass with a stick.
28 Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?»
And the Lord opened the mouth of the ass, and she said unto Bil'am, What have I done unto thee, that thou hast smitten me these three times?
29 Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim».
And Bil'am said unto the ass, Because thou hast mocked me: had I but a sword in my hand, I would assuredly have now killed thee.
30 Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr».
And the ass said unto Bil'am, Am not I thy ass, upon which thou hast ridden from thy commencement unto this day? was I ever wont to do so unto thee? and he said, No.
31 Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi.
Then the Lord opened the eyes of Bil'am, and he saw the angel of the Lord standing in the way, with his sword drawn in his hand: and he bowed down his head and prostrated himself on his face.
32 Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir.
And the angel of the Lord said unto him, Wherefore hast thou smitten thy ass these three times? behold, I went out to be a hindrance; because the journey which is odious to me was too quickly begun.
33 Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım».
And the ass saw me, and turned aside before me these three times; if she had not turned aside from me, I would surely now not only have slain thee, but saved her alive.
34 Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım».
And Bil'am said unto the angel of the Lord, I have sinned; for I knew not that thou wast standing against me in the way; but now, if it be evil in thy eyes, I will return home again.
35 Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi.
And the angel of the Lord said unto Bil'am, Go with the men; however, only the word which I will speak unto thee, that shalt thou speak: and Bil'am went with the princes of Balak.
36 Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.
And when Balak heard that Bil'am was come, he went out to meet him unto 'Ir-Moab, which is on the border of Arnon, which is at the outmost end of the boundary.
37 Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»
And Balak said unto Bil'am, Did I not earnestly send unto thee to have thee called? wherefore camest thou not unto me? in truth, am I not able to honor thee?
38 Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm».
And Bil'am said unto Balak, Lo, I am come unto thee; have I now any power whatever to speak the least? the word that God may put in my mouth, that alone must I speak.
39 Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.
And Bil'am went with Balak, and they came unto Kiryath-chuzoth.
40 Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.
And Balak slew oxen and sheep, and sent to Bil'am and to the princes that were with him.
41 Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.
And it came to pass in the morning, that Balak took Bil'am, and brought him up into the high places of Baal, and he saw thence a portion of the people.

< Saylar 22 >