< Saylar 2 >

1 Rəbb Musaya və Haruna dedi:
The Lord told Moses and Aaron,
2 «İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar.
“The Israelites are to set up their camp around the Tent of Meeting but some distance from it. Every member of each tribe will camp under their own flag and family banner.
3 Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.
The tribal division of Judah is to camp under their flag on the east side. Their leader is Nahshon, son of Amminadab,
4 Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı.
and he has 74,600 men.
5 Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun.
The tribe of Issachar will camp next to them. Their leader is Nethanel, son of Zuar,
6 Onun ordusundan 54 400 nəfər siyahıya alındı.
and he has 54,400 men.
7 Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun.
Next is the tribe of Zebulun. Their leader is Eliab, son of Helon,
8 Onun ordusundan 57 400 nəfər siyahıya alındı.
and he has 57,400 men.
9 Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər.
So the total number of men in the area of the camp of Judah is 186,400. When it's time to march out, they are the ones who will lead.
10 Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun.
The tribal division of Reuben is to camp under their flag on the south side. Their leader is Elizur, son of Shedeur,
11 Ruven ordusundan 46 500 nəfər siyahıya alındı.
and he has 46,500 men.
12 Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun.
The tribe of Simeon will camp next to them. Their leader is Shelumiel, son of Zurishaddai,
13 Onun ordusundan 59 300 nəfər siyahıya alındı.
and he has 59,300 men.
14 Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun.
Next is the tribe of Gad. Their leader is Eliasaph, son of Deuel,
15 Onun ordusundan 45 650 nəfər siyahıya alındı.
and he has 45,650 men.
16 Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər.
So the total number of men in the area of the camp of Reuben is 151,450. They shall march out in second place.
17 Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün.
The Tent of Meeting which is stands at the center of the camp is to accompany the Levites. They are to march out in the same order as they set up camp, each in their rightful place under their flag.
18 Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun.
The tribal division of Ephraim is to camp under their flag on the west side. Their leader is Elishama, son of Ammihud,
19 Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı.
and he has 40,500 men.
20 Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun.
The tribe of Manasseh will camp next to them. Their leader is Gamaliel, son of Pedahzur,
21 Onun ordusundan 32 200 nəfər siyahıya alındı.
and he has 32,200 men.
22 Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun.
Next is the tribe of Benjamin. Their leader is Abidan, son of Gideoni,
23 Onun ordusundan 35 400 nəfər siyahıya alındı.
and he has 35,400 men.
24 Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər.
So the total number of men in the area of the camp of Ephraim is 108,100. They shall march out in third place
25 Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun.
The tribal division of Dan is to camp under their flag on the north side. Their leader is Ahiezer, son of Ammishaddai,
26 Dan ordusundan 62 700 nəfər siyahıya alındı.
and he has 62,700 men.
27 Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun.
The tribe of Asher will camp next to them. Their leader is Pagiel, son of Ocran,
28 Onun ordusundan 41 500 nəfər siyahıya alındı.
and he has 41,500 men.
29 Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun.
Next is the tribe of Naphtali. Their leader is Ahira son of Enan,
30 Onun ordusundan 53 400 nəfər siyahıya alındı.
and he has 53,400 men.
31 Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər».
So the total number of men in the area of the camp of Dan is 157,600; They shall march out in last, with their flags.”
32 İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı.
This is sums up the registration of the Israelites, carried out by family. The final total of those counted in the camps by their tribal division was 603,550.
33 Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı.
However, the Levites were not counted among the other Israelites, following the Lord's instructions to Moses.
34 İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü.
The Israelites did everything the Lord had ordered Moses. They set up their camps under their flags in their assigned positions, and marched out in the same order, each with their own tribe and family.

< Saylar 2 >