< Saylar 12 >

1 Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı.
ותדבר מרים ואהרן במשה על אדות האשה הכשית אשר לקח כי אשה כשית לקח׃
2 Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.
ויאמרו הרק אך במשה דבר יהוה הלא גם בנו דבר וישמע יהוה׃
3 Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
והאיש משה ענו מאד מכל האדם אשר על פני האדמה׃
4 Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər.
ויאמר יהוה פתאם אל משה ואל אהרן ואל מרים צאו שלשתכם אל אהל מועד ויצאו שלשתם׃
5 O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda
וירד יהוה בעמוד ענן ויעמד פתח האהל ויקרא אהרן ומרים ויצאו שניהם׃
6 Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram.
ויאמר שמעו נא דברי אם יהיה נביאכם יהוה במראה אליו אתודע בחלום אדבר בו׃
7 Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir.
לא כן עבדי משה בכל ביתי נאמן הוא׃
8 Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»
פה אל פה אדבר בו ומראה ולא בחידת ותמנת יהוה יביט ומדוע לא יראתם לדבר בעבדי במשה׃
9 Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.
ויחר אף יהוה בם וילך׃
10 Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.
והענן סר מעל האהל והנה מרים מצרעת כשלג ויפן אהרן אל מרים והנה מצרעת׃
11 Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma.
ויאמר אהרן אל משה בי אדני אל נא תשת עלינו חטאת אשר נואלנו ואשר חטאנו׃
12 Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin».
אל נא תהי כמת אשר בצאתו מרחם אמו ויאכל חצי בשרו׃
13 Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»
ויצעק משה אל יהוה לאמר אל נא רפא נא לה׃
14 Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»
ויאמר יהוה אל משה ואביה ירק ירק בפניה הלא תכלם שבעת ימים תסגר שבעת ימים מחוץ למחנה ואחר תאסף׃
15 Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.
ותסגר מרים מחוץ למחנה שבעת ימים והעם לא נסע עד האסף מרים׃
16 Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.
ואחר נסעו העם מחצרות ויחנו במדבר פארן׃

< Saylar 12 >