Aionian Verses

Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. (Sheol h7585)
(parallel missing)
Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz». (Sheol h7585)
(parallel missing)
Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. (Sheol h7585)
(parallel missing)
onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. (Sheol h7585)
(parallel missing)
Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». (Sheol h7585)
(parallel missing)
Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. (Sheol h7585)
(parallel missing)
Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. (Sheol h7585)
(parallel missing)
Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. (Sheol h7585)
(parallel missing)
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol h7585)
(parallel missing)
Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. (Sheol h7585)
(parallel missing)
İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər». (Sheol h7585)
(parallel missing)
Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. (Sheol h7585)
(parallel missing)
Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? (Sheol h7585)
(parallel missing)
Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın. (Sheol h7585)
(parallel missing)
Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, (Sheol h7585)
(parallel missing)
Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» (Sheol h7585)
(parallel missing)
Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər. (Sheol h7585)
(parallel missing)
Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. (Sheol h7585)
(parallel missing)
Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. (Sheol h7585)
(parallel missing)
Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? (Sheol h7585)
(parallel missing)
Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. (Sheol h7585)
(parallel missing)
Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. (Sheol h7585)
(parallel missing)
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol h7585)
(parallel missing)
Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. (Sheol h7585)
(parallel missing)
Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın. (Sheol h7585)
(parallel missing)
Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. (Sheol h7585)
(parallel missing)
Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. (Sela) (Sheol h7585)
(parallel missing)
Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. (Sheol h7585)
(parallel missing)
Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın. (Sheol h7585)
(parallel missing)
Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. (Sheol h7585)
(parallel missing)
İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? (Sela) (Sheol h7585)
(parallel missing)
Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. (Sheol h7585)
(parallel missing)
Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan. (Sheol h7585)
(parallel missing)
Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. (Sheol h7585)
(parallel missing)
Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər. (Sheol h7585)
(parallel missing)
Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. (Sheol h7585)
(parallel missing)
Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır. (Sheol h7585)
(parallel missing)
Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. (Sheol h7585)
(parallel missing)
Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. (Sheol h7585)
(parallel missing)
Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər. (Sheol h7585)
(parallel missing)
Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən. (Sheol h7585)
(parallel missing)
Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz. (Sheol h7585)
(parallel missing)
Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. (Sheol h7585)
(parallel missing)
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var. (Sheol h7585)
(parallel missing)
Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. (Sheol h7585)
(parallel missing)
Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək. (Sheol h7585)
(parallel missing)
Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». (Sheol h7585)
(parallel missing)
Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. (Sheol h7585)
(parallel missing)
Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. (Sheol h7585)
(parallel missing)
Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. (Sheol h7585)
(parallel missing)
Madam ki siz dediniz: «Ölümlə əhd bağladıq, Ölülər diyarı ilə razılığa gəldik, Ölkəyə böyük bəla gələndə Bizə zərər verməyəcək, Çünki yalanı özümüzə sığınacaq etdik, Hiylənin arxasında gizləndik», (Sheol h7585)
(parallel missing)
Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək. (Sheol h7585)
(parallel missing)
«Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. (Sheol h7585)
(parallel missing)
Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. (Sheol h7585)
(parallel missing)
Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. (Sheol h7585)
(parallel missing)
Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum. (Sheol h7585)
(parallel missing)
Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. (Sheol h7585)
(parallel missing)
Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi. (Sheol h7585)
(parallel missing)
Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. (Sheol h7585)
(parallel missing)
Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. (Sheol h7585)
(parallel missing)
Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. (Sheol h7585)
(parallel missing)
Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. (Sheol h7585)
(parallel missing)
«Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. (Sheol h7585)
(parallel missing)
Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. (Sheol h7585)
(parallel missing)
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. (Geenna g1067)
(parallel missing)
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. (Geenna g1067)
(parallel missing)
Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. (Geenna g1067)
(parallel missing)
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. (Geenna g1067)
(parallel missing)
Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. (Hadēs g86)
(parallel missing)
Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. (aiōn g165)
(parallel missing)
Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. (aiōn g165)
(parallel missing)
Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. (aiōn g165)
(parallel missing)
Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. (aiōn g165)
(parallel missing)
Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. (aiōn g165)
(parallel missing)
Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. (Hadēs g86)
(parallel missing)
Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. (aiōnios g166)
(parallel missing)
Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır. (Geenna g1067)
(parallel missing)
Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» (aiōnios g166)
(parallel missing)
Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. (aiōnios g166)
(parallel missing)
Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. (aiōn g165)
(parallel missing)
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. (Geenna g1067)
(parallel missing)
Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? (Geenna g1067)
(parallel missing)
İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» (aiōn g165)
(parallel missing)
O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! (aiōnios g166)
(parallel missing)
Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək». (aiōnios g166)
(parallel missing)
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». (aiōn g165)
(parallel missing)
Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq». (aiōn g165, aiōnios g166)
(parallel missing)
lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. (aiōn g165)
(parallel missing)
Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. (Geenna g1067)
(parallel missing)
Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. (Geenna g1067)
(parallel missing)
Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. (Geenna g1067)
(parallel missing)
İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios g166)
(parallel missing)
indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. (aiōn g165, aiōnios g166)
(parallel missing)
Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. (aiōn g165)
(parallel missing)
O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». (aiōn g165)
Agus bíaidh sé na righ ar thigh Iácob go bráth; agus ní bhía deireadh ar a ríoghachd. (aiōn g165)
Rəbb qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». (aiōn g165)
(parallel missing)
Luke 1:55 (Lúcás 1:55)
(parallel missing)
(Mar do labhair sé ré ar naith-reachuibh, Abraham, agus ré na shíol go bráth.) (aiōn g165)
Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi (aiōn g165)
Do réir mar do labhair sé tré bhéul a fháidheadh náomhtha féin, do bhí ann ó thús an domáin: (aiōn g165)
Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar. (Abyssos g12)
Agus diárradar air gan a chur dfiachaibh ortha dul ann sa dubhaigen. (Abyssos g12)
Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. (Hadēs g86)
Agus tusa, a Chapernáum, atá ar do thógbháil súas go neamh, teilgfidhthear siós go hifearnn thú. (Hadēs g86)
Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» (aiōnios g166)
Agus féuch, déirigh fear dlighe áirighe na sheasamh, ag cur chathaighthe airsion, agus ag rádh, A Mhaighhisdir, créd do dhéana mé ionnus go bhfuighinn an bheatha mharthannach doighreachd? (aiōnios g166)
Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! (Geenna g1067)
Achd foillséochaidh mé dháoibh cía ré a mbia bhur neagla: Bíodh eagla an ti úd oraibh, agá bhfuil cumhachda tair éis duine a mharbhadh a theilgean go hifrionn; a seadh, a deirim ribh, Biodh eagla so oraibh. (Geenna g1067)
Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. (aiōn g165)
Agus do mhol an tighearna sdíobhard na héugcóra, do bhrigh go ndearuidh sé ní glic: oír is glíoca clann an tsáoghailsi ná clann an tsolais iona gcinél féin. (aiōn g165)
Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. (aiōnios g166)
Agus a deirinsi ribh, Déanuidh cáirde dhibh féin lé sáidhbhreas na héagcóra; ionnus an tráth bhías uireasbhuibh oruibh, go nglacfuidh sibh ann a lóisdinibh siorruidhe. (aiōnios g166)
Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. (Hadēs g86)
Agus ar mbeith dhó a nifearn a bpíanuibh do thóg sé a shúile súas, agus do chunnairc sé Abraham a bhfád Uadh, agus Lasarus ann a uchd. (Hadēs g86)
Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios g166)
Agus a dfafruigh úachdarán áirighe dhe, ag rádh, A Mhaighisdir mhaith, créd do dhéana mé lé a sealbhócha mé an bheatha mharthanach? (aiōnios g166)
bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». (aiōn g165, aiōnios g166)
Nach nglacfa sé mórán ní sa mhó ann sa naimsirso, agus an bheatha mharthanach an sa tsáoghal atá ag teachd. (aiōn g165, aiōnios g166)
İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. (aiōn g165)
Agus ag freagra a dubhairt Iósa ríu, Pósaid clann an tsáoghailsi mná, agus do bheirthear dfearuibh íad: (aiōn g165)
Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. (aiōn g165)
Achd cheana an dream mheasfuidhthear gur fiú íad an sáoghal úd, agus eiséirghe ó na marbhuibh dfagháil, ni phósaid mná, agus ní thugthar dfearuibh íad: (aiōn g165)
Ona iman edən hər kəs əbədi həyata malik olsun». (aiōnios g166)
(parallel missing)
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. (aiōnios g166)
(parallel missing)
Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. (aiōnios g166)
(parallel missing)
amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». (aiōn g165, aiōnios g166)
(parallel missing)
Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. (aiōnios g166)
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. (aiōnios g166)
(parallel missing)
Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, (aiōnios g166)
(parallel missing)
Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». (aiōnios g166)
(parallel missing)
Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». (aiōnios g166)
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. (aiōnios g166)
(parallel missing)
Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». (aiōn g165)
(parallel missing)
Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. (aiōnios g166)
(parallel missing)
Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». (aiōn g165)
(parallel missing)
Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. (aiōnios g166)
(parallel missing)
Kölə evdə daim qalmaz, oğulsa daim qalar. (aiōn g165)
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». (aiōn g165)
(parallel missing)
Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. (aiōn g165)
(parallel missing)
Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. (aiōn g165)
(parallel missing)
Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. (aiōn g165, aiōnios g166)
(parallel missing)
yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» (aiōn g165)
(parallel missing)
Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. (aiōnios g166)
(parallel missing)
Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» (aiōn g165)
(parallel missing)
Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». (aiōnios g166)
(parallel missing)
Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». (aiōn g165)
(parallel missing)
Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. (aiōn g165)
(parallel missing)
Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. (aiōnios g166)
(parallel missing)
Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. (aiōnios g166)
(parallel missing)
Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan. (Hadēs g86)
(parallel missing)
Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz. (Hadēs g86)
(parallel missing)
Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. (aiōn g165)
(parallel missing)
Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. (aiōnios g166)
(parallel missing)
Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. (aiōnios g166)
(parallel missing)
Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. (aiōn g165)
(parallel missing)
Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. (aïdios g126)
(parallel missing)
Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin. (aiōn g165)
(parallel missing)
dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, (aiōnios g166)
(parallel missing)
Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin. (aiōnios g166)
(parallel missing)
Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. (aiōnios g166)
(parallel missing)
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır. (aiōnios g166)
(parallel missing)
Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin. (aiōn g165)
(parallel missing)
ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» (Abyssos g12)
(parallel missing)
Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin. (eleēsē g1653)
(parallel missing)
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. (aiōn g165)
(parallel missing)
Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; (aiōnios g166)
(parallel missing)
bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; (aiōnios g166)
(parallel missing)
o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? (aiōn g165)
(parallel missing)
Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. (aiōn g165)
(parallel missing)
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. (aiōn g165)
(parallel missing)
Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. (aiōn g165)
(parallel missing)
Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. (aiōn g165)
(parallel missing)
Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin. (aiōn g165)
(parallel missing)
Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. (aiōn g165)
(parallel missing)
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» (Hadēs g86)
(parallel missing)
Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. (aiōn g165)
(parallel missing)
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. (aiōnios g166)
(parallel missing)
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. (aiōnios g166)
(parallel missing)
Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. (aiōnios g166)
(parallel missing)
Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar». (aiōn g165)
(parallel missing)
Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. (aiōn g165)
(parallel missing)
Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. (aiōn g165)
(parallel missing)
Allaha əbədi izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. (aiōnios g166)
(parallel missing)
və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. (aiōn g165)
(parallel missing)
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. (aiōn g165)
(parallel missing)
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. (aiōn g165)
(parallel missing)
və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. (aiōn g165)
(parallel missing)
Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. (aiōn g165)
(parallel missing)
imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin. (aiōn g165)
(parallel missing)
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. (aiōn g165)
(parallel missing)
Qoy Atamız Allaha əbədi izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. (aiōn g165)
(parallel missing)
Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. (aiōnios g166)
(parallel missing)
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah (aiōnios g166)
(parallel missing)
Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. (aiōnios g166)
(parallel missing)
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. (aiōnios g166)
(parallel missing)
Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin. (aiōnios g166)
(parallel missing)
Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. (aiōn g165)
(parallel missing)
Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, (aiōnios g166)
(parallel missing)
Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. (aiōnios g166)
(parallel missing)
Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. (aiōn g165)
(parallel missing)
Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. (aiōnios g166)
(parallel missing)
Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. (aiōn g165)
(parallel missing)
Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. (aiōnios g166)
(parallel missing)
Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, (aiōnios g166)
(parallel missing)
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. (aiōn g165)
(parallel missing)
Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. (aiōn g165)
(parallel missing)
Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». (aiōn g165)
(parallel missing)
Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu (aiōnios g166)
(parallel missing)
vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. (aiōnios g166)
(parallel missing)
Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda (aiōn g165)
(parallel missing)
İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. (aiōn g165)
(parallel missing)
Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən» deyə şəhadət olunur. (aiōn g165)
(parallel missing)
Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu. (aiōn g165)
(parallel missing)
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. (aiōn g165)
(parallel missing)
Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi. (aiōn g165)
(parallel missing)
təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. (aiōnios g166)
(parallel missing)
deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək! (aiōnios g166)
(parallel missing)
Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. (aiōnios g166)
(parallel missing)
Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. (aiōn g165)
(parallel missing)
İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi. (aiōn g165)
(parallel missing)
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. (aiōn g165)
(parallel missing)
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah (aiōnios g166)
(parallel missing)
sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. (Geenna g1067)
(parallel missing)
Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz. (aiōn g165)
(parallel missing)
Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur. (aiōn g165)
(parallel missing)
Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin! (aiōn g165)
(parallel missing)
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. (aiōnios g166)
(parallel missing)
Qüdrət əbədi olaraq Onun olsun! Amin. (aiōn g165)
(parallel missing)
Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. (aiōnios g166)
(parallel missing)
Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı. (Tartaroō g5020)
(parallel missing)
Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. (aiōnios g166)
(parallel missing)
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır. (aiōn g165)
(parallel missing)
Onun bizə verdiyi vəd budur: əbədi həyat! (aiōnios g166)
(parallel missing)
Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. (aiōnios g166)
(parallel missing)
Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. (aiōnios g166)
(parallel missing)
Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz. (aiōnios g166)
(parallel missing)
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. (aiōnios g166)
(parallel missing)
Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. (aiōn g165)
(parallel missing)
Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. (aïdios g126)
(parallel missing)
Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. (aiōnios g166)
(parallel missing)
Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. (aiōn g165)
(parallel missing)
Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. (aiōnios g166)
(parallel missing)
Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin. (aiōn g165)
(parallel missing)
bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. (aiōn g165)
(parallel missing)
Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. (aiōn g165, Hadēs g86)
(parallel missing)
Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə (aiōn g165)
(parallel missing)
iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: (aiōn g165)
(parallel missing)
Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!» (aiōn g165)
(parallel missing)
Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. (Hadēs g86)
(parallel missing)
«Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!» (aiōn g165)
(parallel missing)
Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. (Abyssos g12)
(parallel missing)
O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. (Abyssos g12)
(parallel missing)
Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. (Abyssos g12)
(parallel missing)
əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, (aiōn g165)
(parallel missing)
Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. (Abyssos g12)
(parallel missing)
Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!» (aiōn g165)
(parallel missing)
Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. (aiōnios g166)
(parallel missing)
Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». (aiōn g165)
(parallel missing)
Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. (aiōn g165)
(parallel missing)
Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. (Abyssos g12)
(parallel missing)
Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». (aiōn g165)
(parallel missing)
Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. (Limnē Pyr g3041 g4442)
(parallel missing)
Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. (Abyssos g12)
(parallel missing)
Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. (Abyssos g12)
(parallel missing)
Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. (aiōn g165, Limnē Pyr g3041 g4442)
(parallel missing)
Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. (Hadēs g86)
(parallel missing)
Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. (Hadēs g86, Limnē Pyr g3041 g4442)
(parallel missing)
Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. (Limnē Pyr g3041 g4442)
(parallel missing)
Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». (Limnē Pyr g3041 g4442)
(parallel missing)
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. (aiōn g165)
(parallel missing)

AZB > Aionian Verses: 264
IOM > Aionian Verses: 14