< Nehemya 7 >

1 Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu.
And it came to pass, when the wall was built, and I had set up the doors, and the porters and the singers and the Levites were appointed,
2 Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi.
that I gave charge to Ananias my brother, and Ananias the ruler of the palace, over Jerusalem: for he was a true man, and one that feared God beyond many.
3 Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».
And I said to them, The gates of Jerusalem shall not be opened till sunrise; and while they are still watching, let the doors be shut, and bolted; and set watches of them that dwell in Jerusalem, [every] man at his post, and [every] man over against his house.
4 Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.
Now the city [was] wide and large; and the people [were] few in it, and the houses were not built.
5 Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:
And God put [it] into my heart, and I gathered the nobles, and the rulers, and the people, into companies: and I found a register of the company that came up first, and I found written in it as follows:
6 Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı.
Now these [are] the children of the country, that came up from captivity, of the number which Nabuchodonosor king of Babylon carried away, and they returned to Jerusalem and to Juda, [every] man to his city;
7 Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı:
with Zorobabel, and Jesus, and Neemia, Azaria, and Reelma, Naemani, Mardochaeus, Balsan, Maspharath, Esdra, Boguia, Inaum, Baana, Masphar, men of the people of Israel.
8 Paroş övladları – 2172 nəfər;
The children of Phoros, two thousand one hundred and seventy-two.
9 Şefatya övladları – 372 nəfər;
The children of Saphatia, three hundred and seventy-two.
10 Arah övladları – 652 nəfər;
The children of Era, six hundred and fifty-two.
11 Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;
The children of Phaath Moab, with the children of Jesus and Joab, two thousand six hundred and eighteen.
12 Elam övladları – 1254 nəfər;
The children of Aelam, a thousand two hundred and fifty-four.
13 Zattu övladları – 845 nəfər;
The children of Zathuia, eight hundred and forty-five.
14 Zakkay övladları – 760 nəfər;
The children of Zacchu, seven hundred and sixty.
15 Binnuy övladları – 648 nəfər;
The children of Banui, six hundred and forty-eight.
16 Bevay övladları – 628 nəfər;
The children of Bebi, six hundred and twenty-eight.
17 Azqad övladları – 2322 nəfər;
The children of Asgad, two thousand three hundred and twenty-two.
18 Adoniqam övladları – 667 nəfər;
The children of Adonicam, six hundred and sixty-seven.
19 Biqvay övladları – 2067 nəfər;
The children of Bagoi, two thousand and sixty-seven.
20 Adin övladları – 655 nəfər;
The children of Edin, six hundred and fifty-five.
21 Ater, yəni Xizqiya övladları – 98 nəfər;
The children of Ater, [the son] of Ezekias, ninety-eight.
22 Xaşum övladları – 328 nəfər;
The children of Esam, three hundred and twenty-eight.
23 Besay övladları – 324 nəfər;
The children of Besei, three hundred and twenty-four.
24 Xarif övladları – 112 nəfər;
The children of Ariph, a hundred and twelve: the children of Asen, two hundred and twenty-three.
25 Giveon övladları – 95 nəfər;
The children of Gabaon, ninety-five.
26 Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;
The children of Baethalem, a hundred and twenty-three: the children of Atopha, fifty-six.
27 Anatot sakinləri – 128 nəfər;
The children of Anathoth, a hundred and twenty-eight.
28 Bet-Azmavet sakinləri – 42 nəfər;
The men of Bethasmoth, forty-two.
29 Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;
The men of Cariatharim, Caphira, and Beroth, seven hundred and forty-three.
30 Rama və Geva sakinləri – 621 nəfər;
The men of Arama and Gabaa, six hundred and twenty.
31 Mikmas sakinləri – 122 nəfər;
The men of Machemas, a hundred and twenty-two.
32 Bet-El və Ay sakinləri – 123 nəfər;
The men of Baethel and Ai, a hundred and twenty-three.
33 Digər Nevo sakinləri – 52 nəfər;
The men of Nabia, a hundred an fifty-two.
34 Digər Elam övladları – 1254 nəfər;
The men of Elamaar, one thousand two hundred and fifty-two.
35 Xarim övladları – 320 nəfər;
The children of Eram, three hundred and twenty.
36 Yerixo övladları – 345 nəfər;
The children of Jericho, three hundred and forty-five.
37 Lod, Xadid və Ono övladları – 721 nəfər;
The children of Lodadid and Ono, seven hundred and twenty-one.
38 Senaa övladları – 3930 nəfər.
The children of Sanana, three thousand nine hundred and thirty.
39 Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;
The priests; the sons of Jodae, [pertaining] to the house of Jesus, nine hundred and seventy-three.
40 İmmer övladları – 1052 nəfər;
The children of Emmer, one thousand and fifty-two.
41 Paşxur övladları – 1247 nəfər;
The children of Phaseur, one thousand two hundred and forty-seven.
42 Xarim övladları – 1017 nəfər.
The children of Eram, a thousand and seventeen.
43 Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.
The Levites; the children of Jesus the son of Cadmiel, with the children of Uduia, seventy-four.
44 İlahiçilər: Asəf övladları – 148 nəfər.
The singers; the children of Asaph, a hundred and forty-eight.
45 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.
The porters; the children of Salum, the children of Ater, the children of Telmon, the children of Acub, the children of Atita, the children of Sabi, a hundred and thirty-eight.
46 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları,
The Nathinim; the children of Sea, the children of Aspha, the children of Tabaoth,
47 Qeros övladları, Siya övladları, Padon övladları,
the children of Kiras, the children of Asuia, the children of Phadon,
48 Levana övladları, Xaqava övladları, Şalmay övladları,
the children of Labana, the children of Agaba, the children of Selmei,
49 Xanan övladları, Giddel övladları, Qaxar övladları,
the children of Anan, the children of Gadel, the children of Gaar,
50 Reaya övladları, Resin övladları, Neqoda övladları,
the children of Raaia, the children of Rasson, the children of Necoda,
51 Qazzam övladları, Uzza övladları, Paseah övladları,
the children of Gezam, the children of Ozi, the children of Phese,
52 Besay övladları, Meunim övladları, Nefuşsim övladları,
the children of Besi, the children of Meinon, the children of Nephosasi,
53 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları,
the children of Bacbuc, the children of Achipha, the children of Arur,
54 Baslit övladları, Mexida övladları, Xarşa övladları,
the children of Basaloth, the children of Mida, the children of Adasan,
55 Barqos övladları, Sisra övladları, Tamax övladları,
the children of Barcue, the children of Sisarath, the children of Thema,
56 Nesiah övladları, Xatifa övladları.
the children of Nisia, the children of Atipha.
57 Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları,
The children of the servants of Solomon; the children of Sutei, the children of Sapharat, the children of Pherida,
58 Yaala övladları, Darqon övladları, Giddel övladları,
the children of Jelel, the children of Dorcon, the children of Gadael,
59 Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları.
the children of Saphatia, the children of Ettel, the children of Phacarath, the children of Sabaim, the children of Emim.
60 Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.
All the Nathinim, and children of the servants of Solomon, [were] three hundred and ninety-two.
61 Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır:
And these went up from Thelmeleth, Thelaresa, Charub, Eron, Jemer: but they could not declare the houses of their families, or their seed, whether they were of Israel.
62 Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.
The children of Dalaia, the children of Tobia, the children of Necoda, six hundred and forty-two.
63 Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.
And of the priests; the children of Ebia, the children of Acos, the children of Berzelli, for they took wives of the daughters of Berzelli the Galaadite, and they were called by their name.
64 Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar.
These sought the pedigree of their company, and it was not found, and they were removed [as polluted] from the priesthood.
65 Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».
And the Athersastha said, that they should not eat of the most holy things, until a priest should stand up to give light.
66 7337 nəfər kölə və kənizlərdən başqa,
And all the congregation was about forty-two thousand three hundred and sixty,
67 bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi.
besides their men-servants and their maid-servants: these were seven thousand three hundred and thirty seven: and the singing-men and singing-women, two hundred and forty-five.
68 Bu adamların 736 atı və 245 qatırı,
69 435 dəvəsi, 6720 eşşəyi var idi.
Two thousand seven hundred asses.
70 Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi.
And part of the heads of families gave into the treasury to Neemias for the work a thousand pieces of gold, fifty bowls, and thirty priests' [garments].
71 Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər.
And [some] of the heads of families gave into the treasuries of the work, twenty thousand pieces of gold, and two thousand three hundred pounds of silver.
72 Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.
And the rest of the people gave twenty thousand pieces of gold, and two thousand two hundred pounds of silver, and sixty-seven priests' [garments].
73 Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.
And the priests, and Levites, and porters, and singers, and [some] of the people, and the Nathinim, and all Israel, dwelt in their cities.

< Nehemya 7 >