< Nahum 3 >

1 Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir!
祸哉!这流人血的城, 充满谎诈和强暴— 抢夺的事总不止息。
2 Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
鞭声响亮,车轮轰轰, 马匹踢跳,车辆奔腾,
3 Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır!
马兵争先,刀剑发光, 枪矛闪烁,被杀的甚多, 尸首成了大堆, 尸骸无数,人碰着而跌倒,
4 Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi.
都因那美貌的妓女多有淫行, 惯行邪术,借淫行诱惑列国, 用邪术诱惑多族。
5 Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.
万军之耶和华说:我与你为敌; 我必揭起你的衣襟,蒙在你脸上, 使列国看见你的赤体, 使列邦观看你的丑陋。
6 Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam!
我必将可憎污秽之物抛在你身上, 辱没你,为众目所观。
7 Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»
凡看见你的,都必逃跑离开你, 说:尼尼微荒凉了!有谁为你悲伤呢? 我何处寻得安慰你的人呢?
8 Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi.
你岂比挪亚们强呢? 挪亚们坐落在众河之间,周围有水; 海作她的濠沟, 又作她的城墙。
9 Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi.
古实和埃及是她无穷的力量; 弗人和路比族是她的帮手。
10 Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar.
但她被迁移,被掳去; 她的婴孩在各市口上也被摔死。 人为她的尊贵人拈阄; 她所有的大人都被链子锁着。
11 Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan.
你也必喝醉,必被埋藏, 并因仇敌的缘故寻求避难所。
12 Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür.
你一切保障必像无花果树上初熟的无花果, 若一摇撼就落在想吃之人的口中。
13 Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
你地上的人民如同妇女; 你国中的关口向仇敌敞开; 你的门闩被火焚烧。
14 Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!
你要打水预备受困; 要坚固你的保障, 踹土和泥,修补砖窑。
15 Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
在那里,火必烧灭你; 刀必杀戮你, 吞灭你如同蝻子。 任你加增人数多如蝻子, 多如蝗虫吧!
16 Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq.
你增添商贾,多过天上的星; 蝻子吃尽而去。
17 Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir.
你的首领多如蝗虫; 你的军长仿佛成群的蚂蚱, 天凉的时候齐落在篱笆上, 日头一出便都飞去, 人不知道落在何处。
18 Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur.
亚述王啊,你的牧人睡觉; 你的贵胄安歇; 你的人民散在山间,无人招聚。
19 Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?
你的损伤无法医治; 你的伤痕极其重大。 凡听你信息的必都因此向你拍掌。 你所行的恶谁没有时常遭遇呢?

< Nahum 3 >