< Nahum 1 >
1 Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.
ニネベに關る重き預言 エルコシ人ナホムの異象の書
2 Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir.
ヱホバは妬みかつ仇を報ゆる神 ヱホバは仇を報ゆる者また忿怒の主 ヱホバは己に逆らふ者に仇を報い己に敵する者にむかひて憤恨を含む者なり
3 Rəbb hədsiz səbirlidir, qüdrətlidir, Təqsirkarı əsla cəzasız qoymaz, Onun yolu qasırğadadır, fırtınadadır, Buludlar ayaqlarının tozudur,
ヱホバは怒ることの遲く能力の大なる者 また罰すべき者をば必ず赦すことを爲ざる者 ヱホバの道は旋風に在り 大風に在り 雲はその足の塵なり
4 Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.
彼海を指斥て之を乾かし河々をしてことごとく涸しむ バシヤン及びカルメルの草木は枯れレバノンの花は凋む
5 Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir.
彼の前には山々ゆるぎ嶺々溶く 彼の前には地墳上り世界およびその中に住む者皆ふきあげらる
6 Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.
誰かその憤恨に當ることを得ん 誰かその燃る忿怒に堪ることを得ん 其震怒のそそぐこと火のごとし 巖も之がために裂く
7 Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
ヱホバは善なる者にして患難の時の要害なり 彼は己に倚頼む者を善知たまふ
8 Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.
彼みなぎる洪水をもてその處を全く滅し己に敵する者を幽暗處に逐やりたまはん
9 Rəbbə qarşı nə qəsd etsələr, O hər şeyə son qoyacaq, Onlardan bir daha bəla çıxmaz.
汝らヱホバに對ひて何を謀るや 彼全く滅したまふべし 患難かさねて起らじ
10 Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar.
彼等むすびからまれる荊棘のごとくなるとも酒に浸りをるとも乾ける藁のごとくに焚つくさるべし
11 Ey Nineva, Rəbbə qarşı pislik düşünən Şər məsləhətçini sən yetirdin!
ヱホバに對ひて惡事を謀る者一人汝の中より出て邪曲なる事を勸む
12 Rəbb belə deyir: «Aşşurlular çox və güclü olsa da, Yenə məhv olub gedəcək. Ey xalqım İsrail, sənə çox əzab vermişəm, Səni bir daha incitmərəm.
ヱホバかく言たまふ 彼等全くしてその數夥多しかるとも必ず芟たふされて皆絶ん 我前にはなんじを苦めたれども重て汝を苦めじ
13 İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».
いま我かれが汝に負せし軛を碎き汝の縛を切はなすべし
14 Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan!
ヱホバ汝の事につきて命令を下す 汝の名を負ふ者再び播るること有じ 汝の神々の室より我雕像および鑄像を除き絶べし 我汝の墓を備へん 汝輕ければなり
15 Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu».
嘉音信を傳ふる者の脚山の上に見ゆ 彼平安を宣ぶ ユダよ汝の節筵を行ひ汝の誓願を果せ 邪曲なる者重て汝の中を通らざるべし 彼は全く絶る