< Matta 16 >
1 Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin.
І підійшли фарисеї та саддукеї, і, випробо́вуючи, просили Його показати ознаку їм із неба.
2 Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”,
А Він відповів і промовив до них: „Ви зве́чора кажете: „Буде пого́да, — червоні́є бо небо“.
3 səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz?
А ра́нком: „Сьогодні него́да, — червоніє бо небо похмуре“. Розпізна́ти небесне обличчя ви вмієте, ознак ча́су ж не можете!
4 Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.
Рід лукавий і перелю́бний шукає озна́ки, та ознаки йому не дадуть, окрім озна́ки пророка Йони“. І, їх полишивши, Він відійшов.
5 Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar.
А учні Його, перейшовши на то́й бік, забули взяти хліба.
6 İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
Ісус же промовив до них: „Стережіться ува́жливо фарисе́йської та саддуке́йської ро́зчини“!
7 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir».
Вони ж міркува́ли собі й говорили: „Ми ж хлібі́в не взяли́“.
8 İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?
А Ісус, знавши те, запита́в: „Чого між собою міркуєте ви, маловірні, що хлібі́в не взяли́?
9 Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
Чи ж ви ще́ не розумієте й не пам'ятаєте про п'ять хлібів на п'ять тисяч, — і скільки коші́в ви зібрали?
10 Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı?
Ані про сім хлібів на чотири тисячі, — і скільки кошиків ви назбирали?
11 Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
Як ви не розумієте, що Я не про хліб вам сказав? Стережіться но ро́зчини фарисейської та саддукейської!“
12 O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.
Тоді зрозуміли вони, що Він не казав стерегтися їм ро́зчини хлібної, але фарисе́йської та саддуке́йської науки.
13 İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?»
Прийшовши ж Ісус до землі Кесарі́ї Пили́пової, питав Своїх учнів і казав: „За ко́го наро́д уважає Мене́, Сина Лю́дського?“
14 Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir».
Вони ж відповіли́: „Одні за Івана Христителя, одні за Іллю́, інші ж за Єремі́ю або за одного з пророків“.
15 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?»
Він каже до них: „А ви за ко́го Мене маєте?“
16 Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».
А Си́мон Петро відповів і сказав: „Ти — Христос, Син Бога Живого!“
17 İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.
А Ісус відповів і до ньо́го промовив: „Блаженний ти, Си́моне, сину Йо́нин, бо не тіло і кров тобі оце ви́явили, але Мій Небесний Отець.
18 Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. (Hadēs )
I кажу Я тобі, що Петро ти, і на скелі оцій побудую Я Церкву Свою, — і сили а́дові не переможуть її. (Hadēs )
19 Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq».
І ключі тобі дам від Царства Небесного, і що́ на землі ти зв'яжеш, те зв'язане буде на небі, а що́ на землі ти розв'яжеш, те розв'язане буде на небі“!
20 Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.
Тоді наказав Своїм учням, щоб ніко́му не казали, що Він — Христо́с.
21 Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.
Із того ча́су Ісус став виказувати Своїм у́чням, що Він мусить іти до Єрусалиму, і постраждати багато від старших, і первосвящеників, і книжників, і вбитому бути, — і воскреснути третього дня.
22 Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!»
І, на́бік відвівши Його, Петро став Йому́ докоря́ти й казати: „Змилуйся, Господи, — такого Тобі хай не бу́де!“
23 Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
А Він обернувся й промовив Петрові: „Відступися від Мене, сатано́, — ти спокуса Мені, бо ду́маєш не про Боже, а про лю́дське!“
24 Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
Промовив тоді Ісус у́чням Своїм: „Коли хоче хто йти вслід за Мною, — хай зречеться самого себе, і хай ві́зьме свого хреста, та й іде вслід за Мною.
25 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq.
Бо хто хоче спасти́ свою душу, той погубить її, хто ж за Мене свою душу погубить, той зна́йде її.
26 İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?
Яка ж ко́ристь люди́ні, що здобуде ввесь світ, але душу свою занапа́стить? Або що́ дасть люди́на взамін за душу свою?
27 Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.
Бо при́йде Син Лю́дський у славі Свого Отця з ангола́ми Своїми, і тоді „віддасть кожному згідно з діла́ми його“.
28 Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».
Поправді кажу́ вам, що деякі з тут-о прия́вних не скушту́ють смерти, аж поки не побачать Сина Лю́дського, що йде в Царстві Своїм“.