< Mark 8 >
1 O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi:
ཏདཱ ཏཏྶམཱིཔཾ བཧཝོ ལོཀཱ ཨཱཡཱཏཱ ཨཏསྟེཥཱཾ བྷོཛྱདྲཝྱཱབྷཱཝཱད྄ ཡཱིཤུཿ ཤིཥྱཱནཱཧཱུཡ ཛགཱད, །
2 «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur.
ལོཀནིཝཧེ མམ ཀྲྀཔཱ ཛཱཡཏེ ཏེ དིནཏྲཡཾ མཡཱ སཱརྡྡྷཾ སནྟི ཏེཥཱཾ བྷོཛྱཾ ཀིམཔི ནཱསྟི།
3 Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».
ཏེཥཱཾ མདྷྱེ྅ནེཀེ དཱུརཱད྄ ཨཱགཏཱཿ, ཨབྷུཀྟེཥུ ཏེཥུ མཡཱ སྭགྲྀཧམབྷིཔྲཧིཏེཥུ ཏེ པཐི ཀླམིཥྱནྟི།
4 Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?»
ཤིཥྱཱ ཨཝཱདིཥུཿ, ཨེཏཱཝཏོ ལོཀཱན྄ ཏརྤཡིཏུམ྄ ཨཏྲ པྲནྟརེ པཱུཔཱན྄ པྲཱཔྟུཾ ཀེན ཤཀྱཏེ?
5 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».
ཏཏཿ ས ཏཱན྄ པཔྲཙྪ ཡུཥྨཱཀཾ ཀཏི པཱུཔཱཿ སནྟི? ཏེ྅ཀཐཡན྄ སཔྟ།
6 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı.
ཏཏཿ ས ཏཱལློཀཱན྄ བྷུཝི སམུཔཝེཥྚུམ྄ ཨཱདིཤྱ ཏཱན྄ སཔྟ པཱུཔཱན྄ དྷྲྀཏྭཱ ཨཱིཤྭརགུཎཱན྄ ཨནུཀཱིརྟྟཡཱམཱས, བྷཾཀྟྭཱ པརིཝེཥཡིཏུཾ ཤིཥྱཱན྄ པྲཏི དདཽ, ཏཏསྟེ ལོཀེབྷྱཿ པརིཝེཥཡཱམཱསུཿ།
7 Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi.
ཏཐཱ ཏེཥཱཾ སམཱིཔེ ཡེ ཀྵུདྲམཏྶྱཱ ཨཱསན྄ ཏཱནཔྱཱདཱཡ ཨཱིཤྭརགུཎཱན྄ སཾཀཱིརྟྱ པརིཝེཥཡིཏུམ྄ ཨཱདིཥྚཝཱན྄།
8 Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
ཏཏོ ལོཀཱ བྷུཀྟྭཱ ཏྲྀཔྟིཾ གཏཱ ཨཝཤིཥྚཁཱདྱཻཿ པཱུརྞཱཿ སཔྟཌལླཀཱ གྲྀཧཱིཏཱཤྩ།
9 Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.
ཨེཏེ བྷོཀྟཱརཿ པྲཱཡཤྩཏུཿ སཧསྲཔུརུཥཱ ཨཱསན྄ ཏཏཿ ས ཏཱན྄ ཝིསསརྫ།
10 O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.
ཨཐ ས ཤིཥྱཿ སཧ ནཱཝམཱརུཧྱ དལྨཱནཱུཐཱསཱིམཱམཱགཏཿ།
11 Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
ཏཏཿ པརཾ ཕིརཱུཤིན ཨཱགཏྱ ཏེན སཧ ཝིཝདམཱནཱསྟསྱ པརཱིཀྵཱརྠམ྄ ཨཱཀཱཤཱིཡཙིཧྣཾ དྲཥྚུཾ ཡཱཙིཏཝནྟཿ།
12 O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».
ཏདཱ སོ྅ནྟརྡཱིརྒྷཾ ནིཤྭསྱཱཀཐཡཏ྄, ཨེཏེ ཝིདྱམཱནནརཱཿ ཀུཏཤྩིནྷཾ མྲྀགཡནྟེ? ཡུཥྨཱནཧཾ ཡཐཱརྠཾ བྲཝཱིམི ལོཀཱནེཏཱན྄ ཀིམཔི ཙིཧྣཾ ན དརྴཡིཥྱཏེ།
13 Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
ཨཐ ཏཱན྄ ཧིཏྭཱ པུན རྣཱཝམ྄ ཨཱརུཧྱ པཱརམགཱཏ྄།
14 Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi.
ཨེཏརྷི ཤིཥྱཻཿ པཱུཔེཥུ ཝིསྨྲྀཏེཥུ ནཱཝི ཏེཥཱཾ སནྣིདྷཽ པཱུཔ ཨེཀཨེཝ སྠིཏཿ།
15 İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».
ཏདཱནཱིཾ ཡཱིཤུསྟཱན྄ ཨཱདིཥྚཝཱན྄ ཕིརཱུཤིནཱཾ ཧེརོདཤྩ ཀིཎྭཾ པྲཏི སཏརྐཱཿ སཱཝདྷཱནཱཤྩ བྷཝཏ།
16 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir».
ཏཏསྟེ྅ནྱོནྱཾ ཝིཝེཙནཾ ཀརྟུམ྄ ཨཱརེབྷིརེ, ཨསྨཱཀཾ སནྣིདྷཽ པཱུཔོ ནཱསྟཱིཏི ཧེཏོརིདཾ ཀཐཡཏི།
17 İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?
ཏད྄ བུདྭྭཱ ཡཱིཤུསྟེབྷྱོ྅ཀཐཡཏ྄ ཡུཥྨཱཀཾ སྠཱནེ པཱུཔཱབྷཱཝཱཏ྄ ཀུཏ ཨིཏྠཾ ཝིཏརྐཡཐ? ཡཱུཡཾ ཀིམདྱཱཔི ཀིམཔི ན ཛཱནཱིཐ? བོདྡྷུཉྩ ན ཤཀྣུཐ? ཡཱཝདདྱ ཀིཾ ཡུཥྨཱཀཾ མནཱཾསི ཀཋིནཱནི སནྟི?
18 Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?
སཏྶུ ནེཏྲེཥུ ཀིཾ ན པཤྱཐ? སཏྶུ ཀརྞེཥུ ཀིཾ ན ཤྲྀཎུཐ? ན སྨརཐ ཙ?
19 Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki».
ཡདཱཧཾ པཉྩཔཱུཔཱན྄ པཉྩསཧསྲཱཎཱཾ པུརུཥཱཎཱཾ མདྷྱེ བྷཾཀྟྭཱ དཏྟཝཱན྄ ཏདཱནཱིཾ ཡཱུཡམ྄ ཨཝཤིཥྚཔཱུཔཻཿ པཱུརྞཱན྄ ཀཏི ཌལླཀཱན྄ གྲྀཧཱིཏཝནྟཿ? ཏེ྅ཀཐཡན྄ དྭཱདཤཌལླཀཱན྄།
20 «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi».
ཨཔརཉྩ ཡདཱ ཙཏུཿསཧསྲཱཎཱཾ པུརུཥཱཎཱཾ མདྷྱེ པཱུཔཱན྄ བྷཾཀྟྭཱདདཱཾ ཏདཱ ཡཱུཡམ྄ ཨཏིརིཀྟཔཱུཔཱནཱཾ ཀཏི ཌལླཀཱན྄ གྲྀཧཱིཏཝནྟཿ? ཏེ ཀཐཡཱམཱསུཿ སཔྟཌལླཀཱན྄།
21 İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»
ཏདཱ ས ཀཐིཏཝཱན྄ ཏརྷི ཡཱུཡམ྄ ཨདྷུནཱཔི ཀུཏོ བོདྭྭུཾ ན ཤཀྣུཐ?
22 Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.
ཨནནྟརཾ ཏསྨིན྄ བཻཏྶཻདཱནགརེ པྲཱཔྟེ ལོཀཱ ཨནྡྷམེཀཾ ནརཾ ཏཏྶམཱིཔམཱནཱིཡ ཏཾ སྤྲཥྚུཾ ཏཾ པྲཱརྠཡཱཉྩཀྲིརེ།
23 İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»
ཏདཱ ཏསྱཱནྡྷསྱ ཀརཽ གྲྀཧཱིཏྭཱ ནགརཱད྄ བཧིརྡེཤཾ ཏཾ ནཱིཏཝཱན྄; ཏནྣེཏྲེ ནིཥྛཱིཝཾ དཏྟྭཱ ཏདྒཱཏྲེ ཧསྟཱཝརྤཡིཏྭཱ ཏཾ པཔྲཙྪ, ཀིམཔི པཤྱསི?
24 Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».
ས ནེཏྲེ ཨུནྨཱིལྱ ཛགཱད, ཝྲྀཀྵཝཏ྄ མནུཛཱན྄ གཙྪཏོ ནིརཱིཀྵེ།
25 Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.
ཏཏོ ཡཱིཤུཿ པུནསྟསྱ ནཡནཡོ རྷསྟཱཝརྤཡིཏྭཱ ཏསྱ ནེཏྲེ ཨུནྨཱིལཡཱམཱས; ཏསྨཱཏ྄ ས སྭསྠོ བྷཱུཏྭཱ སྤཥྚརཱུཔཾ སཪྻྭལོཀཱན྄ དདརྴ།
26 İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».
ཏཏཿ པརཾ ཏྭཾ གྲཱམཾ མཱ གཙྪ གྲཱམསྠཾ ཀམཔི ཙ ཀིམཔྱནུཀྟྭཱ ནིཛགྲྀཧཾ ཡཱཧཱིཏྱཱདིཤྱ ཡཱིཤུསྟཾ ནིཛགྲྀཧཾ པྲཧིཏཝཱན྄།
27 İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»
ཨནནྟརཾ ཤིཥྱཻཿ སཧིཏོ ཡཱིཤུཿ ཀཻསརཱིཡཱཕིལིཔིཔུརཾ ཛགཱམ, པཐི གཙྪན྄ ཏཱནཔྲྀཙྪཏ྄ ཀོ྅ཧམ྄ ཨཏྲ ལོཀཱཿ ཀིཾ ཝདནྟི?
28 Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».
ཏེ པྲཏྱཱུཙུཿ ཏྭཱཾ ཡོཧནཾ མཛྫཀཾ ཝདནྟི ཀིནྟུ ཀེཔི ཀེཔི ཨེལིཡཾ ཝདནྟི; ཨཔརེ ཀེཔི ཀེཔི བྷཝིཥྱདྭཱདིནཱམ྄ ཨེཀོ ཛན ཨིཏི ཝདནྟི།
29 İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».
ཨཐ ས ཏཱནཔྲྀཙྪཏ྄ ཀིནྟུ ཀོཧམ྄? ཨིཏྱཏྲ ཡཱུཡཾ ཀིཾ ཝདཐ? ཏདཱ པིཏརཿ པྲཏྱཝདཏ྄ བྷཝཱན྄ ཨབྷིཥིཀྟསྟྲཱཏཱ།
30 İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
ཏཏཿ ས ཏཱན྄ གཱཌྷམཱདིཤད྄ ཡཱུཡཾ མམ ཀཐཱ ཀསྨཻཙིདཔི མཱ ཀཐཡཏ།
31 İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».
མནུཥྱཔུཏྲེཎཱཝཤྱཾ བཧཝོ ཡཱཏནཱ བྷོཀྟཝྱཱཿ པྲཱཙཱིནལོཀཻཿ པྲདྷཱནཡཱཛཀཻརདྷྱཱཔཀཻཤྩ ས ནིནྡིཏཿ སན྄ གྷཱཏཡིཥྱཏེ ཏྲྀཏཱིཡདིནེ ཨུཏྠཱསྱཏི ཙ, ཡཱིཤུཿ ཤིཥྱཱནུཔདེཥྚུམཱརབྷྱ ཀཐཱམིམཱཾ སྤཥྚམཱཙཥྚ།
32 İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.
ཏསྨཱཏ྄ པིཏརསྟསྱ ཧསྟཽ དྷྲྀཏྭཱ ཏཾ ཏརྫྫིཏཝཱན྄།
33 Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
ཀིནྟུ ས མུཁཾ པརཱཝརྟྱ ཤིཥྱགཎཾ ནིརཱིཀྵྱ པིཏརཾ ཏརྫཡིཏྭཱཝཱདཱིད྄ དཱུརཱིབྷཝ ཝིགྷྣཀཱརིན྄ ཨཱིཤྭརཱིཡཀཱཪྻྱཱདཔི མནུཥྱཀཱཪྻྱཾ ཏུབྷྱཾ རོཙཏཏརཱཾ།
34 İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
ཨཐ ས ལོཀཱན྄ ཤིཥྱཱཾཤྩཱཧཱུཡ ཛགཱད ཡཿ ཀཤྩིན྄ མཱམནུགནྟུམ྄ ཨིཙྪཏི ས ཨཱཏྨཱནཾ དཱམྱཏུ, སྭཀྲུཤཾ གྲྀཧཱིཏྭཱ མཏྤཤྩཱད྄ ཨཱཡཱཏུ།
35 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.
ཡཏོ ཡཿ ཀཤྩིཏ྄ སྭཔྲཱཎཾ རཀྵིཏུམིཙྪཏི ས ཏཾ ཧཱརཡིཥྱཏི, ཀིནྟུ ཡཿ ཀཤྩིན྄ མདརྠཾ སུསཾཝཱདཱརྠཉྩ པྲཱཎཾ ཧཱརཡཏི ས ཏཾ རཀྵིཥྱཏི།
36 İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?
ཨཔརཉྩ མནུཛཿ སཪྻྭཾ ཛགཏ྄ པྲཱཔྱ ཡདི སྭཔྲཱཎཾ ཧཱརཡཏི ཏརྷི ཏསྱ ཀོ ལཱབྷཿ?
37 İnsan öz canının əvəzinə nə verə bilər?
ནརཿ སྭཔྲཱཎཝིནིམཡེན ཀིཾ དཱཏུཾ ཤཀྣོཏི?
38 Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».
ཨེཏེཥཱཾ ཝྱབྷིཙཱརིཎཱཾ པཱཔིནཱཉྩ ལོཀཱནཱཾ སཱཀྵཱད྄ ཡདི ཀོཔི མཱཾ མཏྐཐཱཉྩ ལཛྫཱསྤདཾ ཛཱནཱཏི ཏརྷི མནུཛཔུཏྲོ ཡདཱ དྷརྨྨདཱུཏཻཿ སཧ པིཏུཿ པྲབྷཱཝེཎཱགམིཥྱཏི ཏདཱ སོཔི ཏཾ ལཛྫཱསྤདཾ ཛྙཱསྱཏི།