< Mark 2 >
1 Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.
Коли ж Він по кількох днях прийшов знов до Капернау́му, то чутка пішла, що Він удома.
2 O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.
І зібралось багато, аж вони не вміщалися навіть при две́рях. А Він їм виголошував слово.
3 Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.
І прийшли ось до Нього, несучи розсла́бленого, якого не́сли четверо.
4 Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər.
А що через наро́д до Ньо́го набли́зитися не могли, то стелю розкри́ли, де Він був, і пробравши, звісили ложе, що на ньому лежав розсла́блений.
5 İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
А Ісус, віру їхню побачивши, каже розсла́бленому: „Відпускаються, сину, гріхи тобі!“
6 Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:
Там же сиділи дехто з книжників, і в серцях своїх ду́мали:
7 «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
„Чого Він говорить отак? Зневажає Він Бога. Хто може прощати гріхи, окрім Бога Само́го?“
8 İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?
І зараз Ісус відчув Духом Своїм, що вони так міркують собі, і сказав їм: „Що́ таке ви в серцях своїх ду́маєте?
9 Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?
Що́ легше: сказати розсла́бленому: „Гріхи відпускаються тобі“, чи сказати: „Уставай, візьми ложе своє та й ходи“?
10 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:
Але щоб ви знали, що Син Лю́дський має вла́ду прощати гріхи на землі“, — каже розсла́бленому:
11 «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»
„Тобі Я наказую: Уставай, візьми ложе своє, та й іди у свій дім!“
12 Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
І той устав, і негайно взяв ложе, — і вийшов перед усіма́, так що всі дивувались і сла́вили Бога, й казали: „Ніко́ли такого не бачили ми!“
13 İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.
І вийшов над море Він знов. А ввесь на́товп до Нього прихо́див, — і Він їх навчав.
14 Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
А коли Він прохо́див, то побачив Леві́я Алфі́євого, що сидів на ми́тниці, і каже йому: „Іди за Мною!“Той устав, і пішов услід за Ним.
15 İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.
Коли ж Він сидів при столі́ в його домі, то багато ми́тників і грішників сиділи з Ісусом та з у́чнями Його; бо було їх багато, і вони ходили за Ним.
16 Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»
Як побачили ж книжники та фарисеї, що Він їсть із грішниками та з ми́тниками, то сказали до учнів Його: „Чому́ то Він їсть із ми́тниками та з грішниками?“
17 İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
А Ісус, як почув, промовляє до них: „Лі́каря не потребують здорові, а слабі. Я не прийшов кликати праведних, але грішників (на покая́ння).“
18 Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?»
А учні Іванові та фарисейські по́стили. І приходять вони, та й говорять до Нього: „Чому́ учні Іванові та фарисейські по́стять, а учні Твої не по́стять?“
19 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar.
Ісус же промовив до них: „Хіба по́стити можуть гості весільні, поки з ними ще є молоди́й? Доки мають вони молодо́го з собою, то по́стити не можуть.
20 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
Але при́йдуть ті дні, коли заберуть молодо́го від них, — то й по́стити бу́дуть вони за тих днів.
21 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.
І не пришива́є ніхто до старої одежі ла́тки з сукна сирово́го, а як ні, то край ла́тки ново́ї оді́рветься там від старо́го, — і дірка стане ще гірша.
22 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
І ніхто не вливає вина молодого в старі бурдюки́, а то попрориває вино бурдюки, — і вино й бурдюки пропаду́ть, а вливають вино молоде до нови́х бурдюкі́в“.
23 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar.
І сталось, як Він перехо́див лана́ми в суботу, Його учні дорогою йшли, та й стали коло́сся зривати.
24 Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?»
Фарисеї ж казали Йому: Подивись, чому́ роблять у суботу вони, чого не годи́ться?“
25 İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı?
А Він їм відказав: „Чи ж ви не читали ніко́ли, що зробив був Давид, як потребу він мав та сам зголоднів був і ті, що були з ним?
26 O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».
Як він увійшов був до Божого дому — за первосвященика Авіята́ра, — і спожив хліби показні́, яких їсти не можна було́, — тільки священикам, — і дав він і тим, хто був із ним?“
27 Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.
І сказав Він до них: „Субота постала для чоловіка, а не чоловік для суботи,
28 Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».
а тому то Син Лю́дський Господь і суботі“.