< Mark 15 >

1 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.
अथ प्रभाते सति प्रधानयाजकाः प्राञ्च उपाध्यायाः सर्व्वे मन्त्रिणश्च सभां कृत्वा यीशुृं बन्धयित्व पीलाताख्यस्य देशाधिपतेः सविधं नीत्वा समर्पयामासुः।
2 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
तदा पीलातस्तं पृष्टवान् त्वं किं यिहूदीयलोकानां राजा? ततः स प्रत्युक्तवान् सत्यं वदसि।
3 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.
अपरं प्रधानयाजकास्तस्य बहुषु वाक्येषु दोषमारोपयाञ्चक्रुः किन्तु स किमपि न प्रत्युवाच।
4 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»
तदानीं पीलातस्तं पुनः पप्रच्छ त्वं किं नोत्तरयसि? पश्यैते त्वद्विरुद्धं कतिषु साध्येषु साक्षं ददति।
5 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.
कन्तु यीशुस्तदापि नोत्तरं ददौ ततः पीलात आश्चर्य्यं जगाम।
6 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.
अपरञ्च काराबद्धे कस्तिंश्चित् जने तन्महोत्सवकाले लोकै र्याचिते देशाधिपतिस्तं मोचयति।
7 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.
ये च पूर्व्वमुपप्लवमकार्षुरुपप्लवे वधमपि कृतवन्तस्तेषां मध्ये तदानों बरब्बानामक एको बद्ध आसीत्।
8 Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.
अतो हेतोः पूर्व्वापरीयां रीतिकथां कथयित्वा लोका उच्चैरुवन्तः पीलातस्य समक्षं निवेदयामासुः।
9 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»
तदा पीलातस्तानाचख्यौ तर्हि किं यिहूदीयानां राजानं मोचयिष्यामि? युष्माभिः किमिष्यते?
10 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi.
यतः प्रधानयाजका ईर्ष्यात एव यीशुं समार्पयन्निति स विवेद।
11 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.
किन्तु यथा बरब्बां मोचयति तथा प्रार्थयितुं प्रधानयाजका लोकान् प्रवर्त्तयामासुः।
12 Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?»
अथ पीलातः पुनः पृष्टवान् तर्हि यं यिहूदीयानां राजेति वदथ तस्य किं करिष्यामि युष्माभिः किमिष्यते?
13 «Onu çarmıxa çək!» deyə yenə bağırdılar.
तदा ते पुनरपि प्रोच्चैः प्रोचुस्तं क्रुशे वेधय।
14 Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.
तस्मात् पीलातः कथितवान् कुतः? स किं कुकर्म्म कृतवान्? किन्तु ते पुनश्च रुवन्तो व्याजह्रुस्तं क्रुशे वेधय।
15 Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
तदा पीलातः सर्व्वाल्लोकान् तोषयितुमिच्छन् बरब्बां मोचयित्वा यीशुं कशाभिः प्रहृत्य क्रुशे वेद्धुं तं समर्पयाम्बभूव।
16 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.
अनन्तरं सैन्यगणोऽट्टालिकाम् अर्थाद् अधिपते र्गृहं यीशुं नीत्वा सेनानिवहं समाहुयत्।
17 Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.
पश्चात् ते तं धूमलवर्णवस्त्रं परिधाप्य कण्टकमुकुटं रचयित्वा शिरसि समारोप्य
18 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.
हे यिहूदीयानां राजन् नमस्कार इत्युक्त्वा तं नमस्कर्त्तामारेभिरे।
19 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar.
तस्योत्तमाङ्गे वेत्राघातं चक्रुस्तद्गात्रे निष्ठीवञ्च निचिक्षिपुः, तथा तस्य सम्मुखे जानुपातं प्रणोमुः
20 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.
इत्थमुपहस्य धूम्रवर्णवस्त्रम् उत्तार्य्य तस्य वस्त्रं तं पर्य्यधापयन् क्रुशे वेद्धुं बहिर्निन्युश्च।
21 O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
ततः परं सेकन्दरस्य रुफस्य च पिता शिमोन्नामा कुरीणीयलोक एकः कुतश्चिद् ग्रामादेत्य पथि याति तं ते यीशोः क्रुशं वोढुं बलाद् दध्नुः।
22 İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.
अथ गुल्गल्ता अर्थात् शिरःकपालनामकं स्थानं यीशुमानीय
23 Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi.
ते गन्धरसमिश्रितं द्राक्षारसं पातुं तस्मै ददुः किन्तु स न जग्राह।
24 İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.
तस्मिन् क्रुशे विद्धे सति तेषामेकैकशः किं प्राप्स्यतीति निर्णयाय
25 Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər.
तस्य परिधेयानां विभागार्थं गुटिकापातं चक्रुः।
26 Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı».
अपरम् एष यिहूदीयानां राजेति लिखितं दोषपत्रं तस्य शिरऊर्द्व्वम् आरोपयाञ्चक्रुः।
27 Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər.
तस्य वामदक्षिणयो र्द्वौ चौरौ क्रुशयो र्विविधाते।
तेनैव "अपराधिजनैः सार्द्धं स गणितो भविष्यति," इति शास्त्रोक्तं वचनं सिद्धमभूत।
29 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən!
अनन्तरं मार्गे ये ये लोका गमनागमने चक्रुस्ते सर्व्व एव शिरांस्यान्दोल्य निन्दन्तो जगदुः, रे मन्दिरनाशक रे दिनत्रयमध्ये तन्निर्म्मायक,
30 İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.
अधुनात्मानम् अवित्वा क्रुशादवरोह।
31 Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!
किञ्च प्रधानयाजका अध्यापकाश्च तद्वत् तिरस्कृत्य परस्परं चचक्षिरे एष परानावत् किन्तु स्वमवितुं न शक्नोति।
32 İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.
यदीस्रायेलो राजाभिषिक्तस्त्राता भवति तर्ह्यधुनैन क्रुशादवरोहतु वयं तद् दृष्ट्वा विश्वसिष्यामः; किञ्च यौ लोकौ तेन सार्द्धं क्रुशे ऽविध्येतां तावपि तं निर्भर्त्सयामासतुः।
33 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
अथ द्वितीययामात् तृतीययामं यावत् सर्व्वो देशः सान्धकारोभूत्।
34 Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
ततस्तृतीयप्रहरे यीशुरुच्चैरवदत् एली एली लामा शिवक्तनी अर्थाद् "हे मदीश मदीश त्वं पर्य्यत्याक्षीः कुतो हि मां?"
35 Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır».
तदा समीपस्थलोकानां केचित् तद्वाक्यं निशम्याचख्युः पश्यैष एलियम् आहूयति।
36 Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?»
तत एको जनो धावित्वागत्य स्पञ्जे ऽम्लरसं पूरयित्वा तं नडाग्रे निधाय पातुं तस्मै दत्त्वावदत् तिष्ठ एलिय एनमवरोहयितुम् एति न वेति पश्यामि।
37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.
अथ यीशुरुच्चैः समाहूय प्राणान् जहौ।
38 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
तदा मन्दिरस्य जवनिकोर्द्व्वादधःर्य्यन्ता विदीर्णा द्विखण्डाभूत्।
39 İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.
किञ्च इत्थमुच्चैराहूय प्राणान् त्यजन्तं तं दृष्द्वा तद्रक्षणाय नियुक्तो यः सेनापतिरासीत् सोवदत् नरोयम् ईश्वरपुत्र इति सत्यम्।
40 Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi.
तदानीं मग्दलीनी मरिसम् कनिष्ठयाकूबो योसेश्च मातान्यमरियम् शालोमी च याः स्त्रियो
41 İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.
गालील्प्रदेशे यीशुं सेवित्वा तदनुगामिन्यो जाता इमास्तदन्याश्च या अनेका नार्यो यीशुना सार्द्धं यिरूशालममायातास्ताश्च दूरात् तानि ददृशुः।
42 O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə
अथासादनदिनस्यार्थाद् विश्रामवारात् पूर्व्वदिनस्य सायंकाल आगत
43 Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi.
ईश्वरराज्यापेक्ष्यरिमथीययूषफनामा मान्यमन्त्री समेत्य पीलातसविधं निर्भयो गत्वा यीशोर्देहं ययाचे।
44 Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?»
किन्तु स इदानीं मृतः पीलात इत्यसम्भवं मत्वा शतसेनापतिमाहूय स कदा मृत इति पप्रच्छ।
45 Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi.
शतसेमनापतिमुखात् तज्ज्ञात्वा यूषफे यीशोर्देहं ददौ।
46 Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı.
पश्चात् स सूक्ष्मं वासः क्रीत्वा यीशोः कायमवरोह्य तेन वाससा वेष्टायित्वा गिरौ खातश्मशाने स्थापितवान् पाषाणं लोठयित्वा द्वारि निदधे।
47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.
किन्तु यत्र सोस्थाप्यत तत मग्दलीनी मरियम् योसिमातृमरियम् च ददृशतृः।

< Mark 15 >