< Mark 13 >

1 İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»
و چون او از هیکل بیرون می‌رفت، یکی از شاگردانش بدو گفت: «ای استادملاحظه فرما چه نوع سنگها و چه عمارت ها است!»۱
2 İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
عیسی در جواب وی گفت: «آیا این عمارت های عظیمه را می‌نگری؟ بدان که سنگی بر سنگی گذارده نخواهد شد، مگر آنکه به زیرافکنده شود!»۲
3 İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:
و چون او بر کوه زیتون، مقابل هیکل نشسته بود، پطرس و یعقوب و یوحنا و اندریاس سر ازوی پرسیدند:۳
4 «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»
«ما را خبر بده که این امور کی واقع می‌شود و علامت نزدیک شدن این امورچیست؟»۴
5 İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.
آنگاه عیسی در جواب ایشان سخن آغازکرد که «زنهار کسی شما را گمراه نکند!۵
6 Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.
زیرا که بسیاری به نام من آمده، خواهند گفت که من هستم و بسیاری را گمراه خواهند نمود.۶
7 Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
اما چون جنگها و اخبار جنگها را بشنوید، مضطرب مشوید زیرا که وقوع این حوادث ضروری است لیکن انتها هنوز نیست.۷
8 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
زیرا که امتی بر امتی ومملکتی بر مملکتی خواهند برخاست و زلزله هادر جایها حادث خواهد شد و قحطی‌ها واغتشاش‌ها پدید می‌آید؛ و اینها ابتدای دردهای زه می‌باشد.۸
9 Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.
«لیکن شما از برای خود احتیاط کنید زیرا که شما را به شوراها خواهند سپرد و در کنایس تازیانه‌ها خواهند زد و شما را پیش حکام وپادشاهان بخاطر من حاضر خواهند کرد تا برایشان شهادتی شود.۹
10 Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.
و لازم است که انجیل اول بر تمامی امتها موعظه شود.۱۰
11 Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.
و چون شما راگرفته، تسلیم کنند، میندیشید که چه بگویید ومتفکر مباشید بلکه آنچه در آن ساعت به شما عطاشود، آن را گویید زیرا گوینده شما نیستید بلکه روح‌القدس است.۱۱
12 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.
آنگاه برادر، برادر را و پدر، فرزند را به هلاکت خواهند سپرد و فرزندان بروالدین خود برخاسته، ایشان را به قتل خواهندرسانید.۱۲
13 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
و تمام خلق بجهت اسم من شما رادشمن خواهند داشت. اما هر‌که تا به آخر صبرکند، همان نجات یابد.۱۳
14 Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.
«پس چون مکروه ویرانی را که به زبان دانیال نبی گفته شده است، در جایی که نمی بایدبرپا بینید - آنکه می‌خواند بفهمد - آنگاه آنانی که در یهودیه می‌باشند، به کوهستان فرار کنند،۱۴
15 Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.
و هر‌که بر بام باشد، به زیر نیاید و به خانه داخل نشود تا چیزی از آن ببرد،۱۵
16 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.
و آنکه در مزرعه است، برنگردد تا رخت خود را بردارد.۱۶
17 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!
اما وای بر آبستنان و شیر دهندگان در آن ایام.۱۷
18 Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.
و دعاکنید که فرار شما در زمستان نشود،۱۸
19 Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.
زیرا که درآن ایام، چنان مصیبتی خواهد شد که از ابتدای خلقتی که خدا آفرید تاکنون نشده و نخواهد شد.۱۹
20 Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.
و اگر خداوند آن روزها را کوتاه نکردی، هیچ بشری نجات نیافتی. لیکن بجهت برگزیدگانی که انتخاب نموده است، آن ایام را کوتاه ساخت.۲۰
21 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.
«پس هرگاه کسی به شما گوید اینک مسیح در اینجاست یا اینک در آنجا، باور مکنید.۲۱
22 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
زانرو که مسیحان دروغ و انبیای کذبه ظاهرشده، آیات و معجزات از ایشان صادر خواهدشد، بقسمی که اگر ممکن بودی، برگزیدگان را هم گمراه نمودندی.۲۲
23 Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.
لیکن شما برحذر باشید!۲۳
24 Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq,
و درآن روزهای بعد از آن مصیبت خورشید تاریک گردد و ماه نور خود را بازگیرد،۲۴
25 Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
و ستارگان ازآسمان فرو ریزند و قوای افلاک متزلزل خواهدگشت.۲۵
26 O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.
آنگاه پسر انسان را بینند که با قوت وجلال عظیم بر ابرها می‌آید.۲۶
27 Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.
در آن وقت، فرشتگان خود را از جهات اربعه از انتهای زمین تابه اقصای فلک فراهم خواهد آورد.۲۷
28 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.
«الحال از درخت انجیر مثلش را فراگیریدکه چون شاخه‌اش نازک شده، برگ می‌آوردمی دانید که تابستان نزدیک است.۲۸
29 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
همچنین شما نیز چون این چیزها را واقع بینید، بدانید که نزدیک بلکه بر در است.۲۹
30 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
هرآینه به شمامی گویم تا جمیع این حوادث واقع نشود، این فرقه نخواهند گذشت.۳۰
31 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
آسمان و زمین زایل می‌شود، لیکن کلمات من هرگز زایل نشود.۳۱
32 Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
ولی از آن روز و ساعت غیر از پدرهیچ‌کس اطلاع ندارد، نه فرشتگان در آسمان و نه پسر هم.۳۲
33 Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
«پس برحذر و بیدار شده، دعا کنیدزیرا نمی دانید که آن وقت کی می‌شود.۳۳
34 Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.
مثل کسی‌که عازم سفر شده، خانه خود را واگذارد وخادمان خود را قدرت داده، هر یکی را به شغلی خاص مقرر نماید و دربان را امر فرماید که بیداربماند.۳۴
35 Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.
پس بیدار باشید زیرا نمی دانید که در چه وقت صاحب‌خانه می‌آید، در شام یا نصف شب یا بانگ خروس یا صبح.۳۵
36 Qoy o qəfil gəlib sizi yatan görməsin.
مبادا ناگهان آمده شما را خفته یابد.۳۶
37 Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
اما آنچه به شما می‌گویم، به همه می‌گویم: بیدار باشید!»۳۷

< Mark 13 >