< Malaki 4 >

1 Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.
萬軍之耶和華說:「那日臨近,勢如燒着的火爐,凡狂傲的和行惡的必如碎稭,在那日必被燒盡,根本枝條一無存留。
2 Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız.
但向你們敬畏我名的人必有公義的日頭出現,其光線有醫治之能。你們必出來跳躍如圈裏的肥犢。
3 Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın altında kül olacaq» deyir Ordular Rəbbi.
你們必踐踏惡人;在我所定的日子,他們必如灰塵在你們腳掌之下。這是萬軍之耶和華說的。
4 «Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın.
「你們當記念我僕人摩西的律法,就是我在何烈山為以色列眾人所吩咐他的律例典章。
5 Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm.
「看哪,耶和華大而可畏之日未到以前,我必差遣先知以利亞到你們那裏去。
6 O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».
他必使父親的心轉向兒女,兒女的心轉向父親,免得我來咒詛遍地。」

< Malaki 4 >