< Malaki 3 >
1 «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi.
Hwɛ! Mɛsoma me bɔfo a obesiesie kwan ama me. Afei mpofirim, Awurade a morehwehwɛ no no bɛba nʼasɔredan mu. Na apam no ho bɔfo a mopɛ no no bɛba, sɛnea Asafo Awurade se ni.
2 «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq.
Na hena na obetumi agyina ne da a ɔbɛba no ano? Sɛ opue a, hena na obetumi agyina? Ɔbɛyɛ sɛ ogya a wɔde nan dade anaa ntamahorofo samina.
3 O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər.
Ɔbɛtena ase sɛ obi a ɔhoa dwetɛ ho. Ɔbɛtew Lewifo no ho na wɔayɛ sɛ sikakɔkɔɔ ne dwetɛ. Afei Awurade benya mmarima a wɔde ayɛyɛde bɛba wɔ kronkronyɛ mu,
4 Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək.
na afɔrebɔde a efi Yuda ne Yerusalem bɛyɛ nea ɛsɔ Awurade ani sɛnea na ɛte wɔ nna ne mfe a atwa mu no.
5 Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.
“Enti metwiw abɛn mo, abebu atɛn. Mɛyɛ ntɛm adi adanse atia ntafowayifo, aguamammɔ ne atorofo, wɔn a wosisi adwumayɛfo wɔ wɔn akatua ho, wɔn a wɔhyɛ akunafo ne ayisaa so na wobu ntɛnkyew tia ahɔho na wonsuro me,” sɛnea Asafo Awurade se ni.
6 «Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!
“Meyɛ Awurade a mennsakra. Ɛno nti na mo Yakob asefo, wɔnsɛee mo no.
7 Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz.
Efi mo nenanom bere so moatwe mo ho afi me mmara ho, moanni so. Monsan mmra me nkyɛn, na me nso mɛba mo nkyɛn,” sɛnea Asafo Awurade se ni. “Nanso mubisa se, ‘Ɔkwan bɛn so na yɛmfa nsan mmra?’
8 İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız.
“Onipa betumi abɔ Onyankopɔn korɔn ana? Nanso, mobɔ me korɔn! Na mubebisa se, ‘ɔkwan bɛn so na yɛfa bɔɔ wo korɔn?’ “Wɔ ntotoso du du ne afɔrebɔde mu.
9 Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız.
Nnome aba mo so, ɔman mu no nyinaa, efisɛ, morebɔ me korɔn.
10 Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam.
Momfa ntotoso du du no nyinaa mmra adekoradan no mu, na aduan mmra me fi. Monsɔ me nhwɛ wɔ saa ɔkwan yi so, na monhwɛ sɛ meremmue ɔsoro mfɛnsere na merenhwie nhyira bebree ngu mo so a, morennya baabi nkora ne nyinaa mpo,” sɛnea Asafo Awurade se ni.
11 Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi.
“Meremma mmoa mmɛsɛe mo nnɔbae na borɔdɔma aba rentew ngu wɔ bere a ɛmmeree ɛ,” sɛnea Asafo Awurade se ni.
12 «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi.
“Na aman no nyinaa bɛka se wɔahyira mo, efisɛ mo asase so bɛyɛ anigye,” sɛnea Asafo Awurade se ni.
13 «Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz.
“Moaka nsɛm a ɛmfata atia me, nanso mubisa se, ‘Asɛm bɛn na yɛaka atia wo?’ Sɛnea Asafo Awurade se ni.
14 Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu?
“Moaka se, ‘Onyankopɔn som yɛ ɔbrɛgu, na yedii nʼahyɛde so na yɛkɔɔ Asafo Awurade anim te sɛ wɔn a wɔredi awerɛhow no, mfaso bɛn na yenyae?
15 İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».
Afei, wɔfrɛ ɔhantanni no nea wɔahyira no. Nokware ni, nnebɔneyɛfo di yiye, na mpo wɔn a wɔne Onyankopɔn di asi no, wɔfa wɔn ho di.’”
16 O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı.
Na wɔn a wosuro Awurade no ne wɔn ho wɔn ho kasae, na Awurade tiei, na ogyee wɔn so. Wɔn a wosuro Awurade na wodi ne din ni no, wɔkyerɛw wɔn din wɔ nhoma mmobɔwee so wɔ nʼanim de yɛɛ nkae ade.
17 Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm.
“Wɔbɛyɛ me dea,” sɛnea, Asafo Awurade se ni. Da a mɛkeka me ho no, wɔbɛyɛ mʼahode a ɛsom bo. Mede wɔn ho bɛkyɛ wɔn, sɛnea agya nya ayamhyehye de ɔba a ɔyɛ osetie ho kyɛ no no.
18 O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz».
Na mubehu nsonoe a ɛda atreneefo ne amumɔyɛfo ntam, ne wɔn a wɔsom Onyankopɔn ne wɔn a wɔnsom Onyankopɔn no ntam.