< Luka 7 >
1 İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu.
Ἐπειδὴ ἐπλήρωσεν πάντα τὰ ῥήματα αὐτοῦ εἰς τὰς ἀκοὰς τοῦ λαοῦ, εἰσῆλθεν εἰς Καφαρναούμ.
2 Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü.
Ἑκατοντάρχου δέ τινος δοῦλος κακῶς ἔχων, ἤμελλεν τελευτᾶν, ὃς ἦν αὐτῷ ἔντιμος.
3 Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi.
Ἀκούσας δὲ περὶ τοῦ ˚Ἰησοῦ, ἀπέστειλεν πρὸς αὐτὸν πρεσβυτέρους τῶν Ἰουδαίων, ἐρωτῶν αὐτὸν ὅπως ἐλθὼν διασώσῃ τὸν δοῦλον αὐτοῦ.
4 Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir.
Οἱ δὲ παραγενόμενοι πρὸς τὸν ˚Ἰησοῦν, παρεκάλουν αὐτὸν σπουδαίως λέγοντες ὅτι “Ἄξιός ἐστιν ᾧ παρέξῃ τοῦτο,
5 Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib».
ἀγαπᾷ γὰρ τὸ ἔθνος ἡμῶν, καὶ τὴν συναγωγὴν αὐτὸς ᾠκοδόμησεν ἡμῖν.”
6 İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən.
Ὁ δὲ ˚Ἰησοῦς ἐπορεύετο σὺν αὐτοῖς. Ἤδη δὲ αὐτοῦ οὐ μακρὰν ἀπέχοντος ἀπὸ τῆς οἰκίας, ἔπεμψεν ὁ ἑκατόνταρχος φίλους λέγων αὐτῷ, “˚Κύριε, μὴ σκύλλου, οὐ γὰρ ἱκανός εἰμι ἵνα ὑπὸ τὴν στέγην μου εἰσέλθῃς·
7 Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın.
διὸ οὐδὲ ἐμαυτὸν ἠξίωσα πρὸς σὲ ἐλθεῖν· ἀλλὰ εἰπὲ λόγῳ, καὶ ἰαθήτω ὁ παῖς μου.
8 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
Καὶ γὰρ ἐγὼ ἄνθρωπός εἰμι ὑπὸ ἐξουσίαν τασσόμενος, ἔχων ὑπʼ ἐμαυτὸν στρατιώτας, καὶ λέγω τούτῳ, ‘Πορεύθητι’, καὶ πορεύεται, καὶ ἄλλῳ, ‘Ἔρχου’, καὶ ἔρχεται, καὶ τῷ δούλῳ μου, ‘Ποίησον τοῦτο’, καὶ ποιεῖ.”
9 Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim».
Ἀκούσας δὲ ταῦτα ὁ ˚Ἰησοῦς, ἐθαύμασεν αὐτόν, καὶ στραφεὶς τῷ ἀκολουθοῦντι αὐτῷ ὄχλῳ εἶπεν, “Λέγω ὑμῖν, οὐδὲ ἐν τῷ Ἰσραὴλ τοσαύτην πίστιν εὗρον.”
10 Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
Καὶ ὑποστρέψαντες εἰς τὸν οἶκον οἱ πεμφθέντες, εὗρον τὸν δοῦλον ὑγιαίνοντα.
11 Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi.
Καὶ ἐγένετο ἐν τῷ ἑξῆς, ἐπορεύθη εἰς πόλιν καλουμένην Ναΐν, καὶ συνεπορεύοντο αὐτῷ οἱ μαθηταὶ αὐτοῦ καὶ ὄχλος πολύς.
12 O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.
Ὡς δὲ ἤγγισεν τῇ πύλῃ τῆς πόλεως, καὶ ἰδοὺ ἐξεκομίζετο τεθνηκὼς μονογενὴς υἱὸς τῇ μητρὶ αὐτοῦ, καὶ αὐτὴ ἦν χήρα, καὶ ὄχλος τῆς πόλεως ἱκανὸς ἦν σὺν αὐτῇ.
13 Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!»
Καὶ ἰδὼν αὐτὴν, ὁ ˚Κύριος ἐσπλαγχνίσθη ἐπʼ αὐτῇ, καὶ εἶπεν αὐτῇ, “Μὴ κλαῖε.”
14 Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!»
Καὶ προσελθὼν, ἥψατο τῆς σοροῦ, οἱ δὲ βαστάζοντες ἔστησαν, καὶ εἶπεν, “Νεανίσκε, σοὶ λέγω, ‘Ἐγέρθητι!’”
15 Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.
Καὶ ἀνεκάθισεν ὁ νεκρὸς καὶ ἤρξατο λαλεῖν, καὶ ἔδωκεν αὐτὸν τῇ μητρὶ αὐτοῦ.
16 Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər.
Ἔλαβεν δὲ φόβος πάντας, καὶ ἐδόξαζον τὸν ˚Θεὸν λέγοντες, ὅτι “Προφήτης μέγας ἠγέρθη ἐν ἡμῖν!” Καὶ, ὅτι “Ἐπεσκέψατο ὁ ˚Θεὸς τὸν λαὸν αὐτοῦ!”
17 İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
Καὶ ἐξῆλθεν ὁ λόγος οὗτος ἐν ὅλῃ τῇ Ἰουδαίᾳ περὶ αὐτοῦ, καὶ πάσῃ τῇ περιχώρῳ.
18 Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb
Καὶ ἀπήγγειλαν Ἰωάννῃ οἱ μαθηταὶ αὐτοῦ περὶ πάντων τούτων. Καὶ προσκαλεσάμενος δύο τινὰς τῶν μαθητῶν αὐτοῦ, ὁ Ἰωάννης
19 göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
ἔπεμψεν πρὸς τὸν ˚Ἰησοῦν λέγων, “Σὺ εἶ ὁ ἐρχόμενος ἢ ἕτερον προσδοκῶμεν;”
20 Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»
Παραγενόμενοι δὲ πρὸς αὐτὸν, οἱ ἄνδρες εἶπαν, “Ἰωάννης ὁ Βαπτιστὴς ἀπέστειλεν ἡμᾶς πρὸς σὲ λέγων, ‘Σὺ εἶ ὁ ἐρχόμενος ἢ ἄλλον προσδοκῶμεν;’”
21 Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı.
Ἐν ἐκείνῃ τῇ ὥρᾳ, ἐθεράπευσεν πολλοὺς ἀπὸ νόσων, καὶ μαστίγων, καὶ πνευμάτων πονηρῶν καὶ τυφλοῖς πολλοῖς ἐχαρίσατο βλέπειν.
22 İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
Καὶ ἀποκριθεὶς εἶπεν αὐτοῖς, “Πορευθέντες, ἀπαγγείλατε Ἰωάννῃ ἃ εἴδετε καὶ ἠκούσατε: ‘τυφλοὶ ἀναβλέπουσιν’, χωλοὶ περιπατοῦσιν, λεπροὶ καθαρίζονται, καὶ κωφοὶ ἀκούουσιν, νεκροὶ ἐγείρονται, ‘πτωχοὶ εὐαγγελίζονται’.
23 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
Καὶ μακάριός ἐστιν ὃς ἐὰν μὴ σκανδαλισθῇ ἐν ἐμοί.”
24 Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
Ἀπελθόντων δὲ τῶν ἀγγέλων Ἰωάννου, ἤρξατο λέγειν πρὸς τοὺς ὄχλους περὶ Ἰωάννου, “Τί ἐξήλθατε εἰς τὴν ἔρημον θεάσασθαι; Κάλαμον ὑπὸ ἀνέμου σαλευόμενον;
25 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar.
Ἀλλὰ τί ἐξήλθατε ἰδεῖν; Ἄνθρωπον ἐν μαλακοῖς ἱματίοις ἠμφιεσμένον; Ἰδοὺ, οἱ ἐν ἱματισμῷ ἐνδόξῳ καὶ τρυφῇ ὑπάρχοντες ἐν τοῖς βασιλείοις εἰσίν.
26 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
Ἀλλὰ τί ἐξήλθατε ἰδεῖν; Προφήτην; Ναί, λέγω ὑμῖν, καὶ περισσότερον προφήτου.
27 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”.
Οὗτός ἐστιν περὶ οὗ γέγραπται, ‘Ἰδοὺ, ἀποστέλλω τὸν ἄγγελόν μου πρὸ προσώπου σου, ὃς κατασκευάσει τὴν ὁδόν σου ἔμπροσθέν σου.’
28 Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
Λέγω ὑμῖν, μείζων ἐν γεννητοῖς γυναικῶν Ἰωάννου οὐδείς ἐστιν· ὁ δὲ μικρότερος ἐν τῇ Βασιλείᾳ τοῦ ˚Θεοῦ μείζων αὐτοῦ ἐστιν.”
29 Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər.
(Καὶ πᾶς ὁ λαὸς ἀκούσας καὶ οἱ τελῶναι, ἐδικαίωσαν τὸν ˚Θεόν, βαπτισθέντες τὸ βάπτισμα Ἰωάννου·
30 Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
οἱ δὲ Φαρισαῖοι καὶ οἱ νομικοὶ, τὴν βουλὴν τοῦ ˚Θεοῦ ἠθέτησαν εἰς ἑαυτούς, μὴ βαπτισθέντες ὑπʼ αὐτοῦ.)
31 İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir?
“Τίνι οὖν ὁμοιώσω τοὺς ἀνθρώπους τῆς γενεᾶς ταύτης, καὶ τίνι εἰσὶν ὅμοιοι;
32 Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər.
Ὅμοιοί εἰσιν παιδίοις τοῖς ἐν ἀγορᾷ καθημένοις, καὶ προσφωνοῦσιν ἀλλήλοις, ἃ λέγει, ‘Ηὐλήσαμεν ὑμῖν καὶ οὐκ ὠρχήσασθε· ἐθρηνήσαμεν καὶ οὐκ ἐκλαύσατε.’
33 Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”.
Ἐλήλυθεν γὰρ Ἰωάννης ὁ Βαπτιστὴς, μὴ ἐσθίων ἄρτον μήτε πίνων οἶνον, καὶ λέγετε, ‘Δαιμόνιον ἔχει.’
34 Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!”
Ἐλήλυθεν ὁ Υἱὸς τοῦ Ἀνθρώπου, ἐσθίων καὶ πίνων, καὶ λέγετε, ‘Ἰδοὺ, ἄνθρωπος φάγος καὶ οἰνοπότης, φίλος τελωνῶν καὶ ἁμαρτωλῶν.’
35 Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
Καὶ ἐδικαιώθη ἡ σοφία ἀπὸ πάντων τῶν τέκνων αὐτῆς.”
36 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu.
Ἠρώτα δέ τις αὐτὸν τῶν Φαρισαίων ἵνα φάγῃ μετʼ αὐτοῦ· καὶ εἰσελθὼν εἰς τὸν οἶκον τοῦ Φαρισαίου, κατεκλίθη.
37 Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi.
Καὶ ἰδοὺ γυνὴ ἥτις ἦν ἐν τῇ πόλει ἁμαρτωλός, καὶ ἐπιγνοῦσα ὅτι κατάκειται ἐν τῇ οἰκίᾳ τοῦ Φαρισαίου, κομίσασα ἀλάβαστρον μύρου,
38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
καὶ στᾶσα ὀπίσω παρὰ τοὺς πόδας αὐτοῦ κλαίουσα, τοῖς δάκρυσιν ἤρξατο βρέχειν τοὺς πόδας αὐτοῦ, καὶ ταῖς θριξὶν τῆς κεφαλῆς αὐτῆς ἐξέμασσεν, καὶ κατεφίλει τοὺς πόδας αὐτοῦ, καὶ ἤλειφεν τῷ μύρῳ.
39 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır».
Ἰδὼν δὲ ὁ Φαρισαῖος, ὁ καλέσας αὐτὸν, εἶπεν ἐν ἑαυτῷ λέγων, “Οὗτος εἰ ἦν προφήτης, ἐγίνωσκεν ἂν τίς καὶ ποταπὴ ἡ γυνὴ, ἥτις ἅπτεται αὐτοῦ, ὅτι ἁμαρτωλός ἐστιν.”
40 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur».
Καὶ ἀποκριθεὶς ὁ ˚Ἰησοῦς εἶπεν πρὸς αὐτόν, “Σίμων, ἔχω σοί τι εἰπεῖν.” Ὁ δέ, “Διδάσκαλε, εἰπέ”, φησίν.
41 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi.
“Δύο χρεοφειλέται ἦσαν δανιστῇ τινι: ὁ εἷς ὤφειλεν δηνάρια πεντακόσια, ὁ δὲ ἕτερος πεντήκοντα.
42 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?»
Μὴ ἐχόντων δὲ αὐτῶν ἀποδοῦναι, ἀμφοτέροις ἐχαρίσατο. Τίς οὖν αὐτῶν, πλεῖον ἀγαπήσει αὐτόν;”
43 Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi.
Ἀποκριθεὶς δὲ Σίμων εἶπεν, “Ὑπολαμβάνω ὅτι ᾧ τὸ πλεῖον ἐχαρίσατο.” Ὁ δὲ εἶπεν αὐτῷ, “Ὀρθῶς ἔκρινας.”
44 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi.
Καὶ στραφεὶς πρὸς τὴν γυναῖκα, τῷ Σίμωνι ἔφη, “Βλέπεις ταύτην τὴν γυναῖκα; Εἰσῆλθόν σου εἰς τὴν οἰκίαν, ὕδωρ μοι ἐπὶ πόδας οὐκ ἔδωκας· αὕτη δὲ τοῖς δάκρυσιν ἔβρεξέν μου τοὺς πόδας, καὶ ταῖς θριξὶν αὐτῆς ἐξέμαξεν.
45 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür.
Φίλημά μοι οὐκ ἔδωκας· αὕτη δὲ ἀφʼ ἧς εἰσῆλθον, οὐ διέλιπεν καταφιλοῦσά μου τοὺς πόδας.
46 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi.
Ἐλαίῳ τὴν κεφαλήν μου οὐκ ἤλειψας· αὕτη δὲ μύρῳ ἤλειψεν τοὺς πόδας μου.
47 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».
Οὗ χάριν, λέγω σοι, ἀφέωνται αἱ ἁμαρτίαι αὐτῆς αἱ πολλαί, ὅτι ἠγάπησεν πολύ· ᾧ δὲ ὀλίγον ἀφίεται, ὀλίγον ἀγαπᾷ.”
48 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı».
Εἶπεν δὲ αὐτῇ, “Ἀφέωνταί σου αἱ ἁμαρτίαι.”
49 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?»
Καὶ ἤρξαντο οἱ συνανακείμενοι λέγειν ἐν ἑαυτοῖς, “Τίς οὗτός ἐστιν ὃς καὶ ἁμαρτίας ἀφίησιν;”
50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».
Εἶπεν δὲ πρὸς τὴν γυναῖκα, “Ἡ πίστις σου σέσωκέν σε· πορεύου εἰς εἰρήνην.”