< Luka 12 >

1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin.
tadānīṁ lokāḥ sahasraṁ sahasram āgatya samupasthitāstata ekaiko 'nyeṣāmupari patitum upacakrame; tadā yīśuḥ śiṣyān babhāṣe, yūyaṁ phirūśināṁ kiṇvarūpakāpaṭye viśeṣeṇa sāvadhānāstiṣṭhata|
2 Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.
yato yanna prakāśayiṣyate tadācchannaṁ vastu kimapi nāsti; tathā yanna jñāsyate tad guptaṁ vastu kimapi nāsti|
3 Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.
andhakāre tiṣṭhanato yāḥ kathā akathayata tāḥ sarvvāḥ kathā dīptau śroṣyante nirjane karṇe ca yadakathayata gṛhapṛṣṭhāt tat pracārayiṣyate|
4 Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın.
he bandhavo yuṣmānahaṁ vadāmi, ye śarīrasya nāśaṁ vinā kimapyaparaṁ karttuṁ na śakruvanti tebhyo mā bhaiṣṭa|
5 Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! (Geenna g1067)
tarhi kasmād bhetavyam ityahaṁ vadāmi, yaḥ śarīraṁ nāśayitvā narakaṁ nikṣeptuṁ śaknoti tasmādeva bhayaṁ kuruta, punarapi vadāmi tasmādeva bhayaṁ kuruta| (Geenna g1067)
6 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır.
pañca caṭakapakṣiṇaḥ kiṁ dvābhyāṁ tāmrakhaṇḍābhyāṁ na vikrīyante? tathāpīśvarasteṣām ekamapi na vismarati|
7 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
yuṣmākaṁ śiraḥkeśā api gaṇitāḥ santi tasmāt mā vibhīta bahucaṭakapakṣibhyopi yūyaṁ bahumūlyāḥ|
8 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək.
aparaṁ yuṣmabhyaṁ kathayāmi yaḥ kaścin mānuṣāṇāṁ sākṣān māṁ svīkaroti manuṣyaputra īśvaradūtānāṁ sākṣāt taṁ svīkariṣyati|
9 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq.
kintu yaḥ kaścinmānuṣāṇāṁ sākṣānmām asvīkaroti tam īśvarasya dūtānāṁ sākṣād aham asvīkariṣyāmi|
10 Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.
anyacca yaḥ kaścin manujasutasya nindābhāvena kāñcit kathāṁ kathayati tasya tatpāpasya mocanaṁ bhaviṣyati kintu yadi kaścit pavitram ātmānaṁ nindati tarhi tasya tatpāpasya mocanaṁ na bhaviṣyati|
11 Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin.
yadā lokā yuṣmān bhajanagehaṁ vicārakartṛrājyakartṛṇāṁ sammukhañca neṣyanti tadā kena prakāreṇa kimuttaraṁ vadiṣyatha kiṁ kathayiṣyatha cetyatra mā cintayata;
12 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
yato yuṣmābhiryad yad vaktavyaṁ tat tasmin samayaeva pavitra ātmā yuṣmān śikṣayiṣyati|
13 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün».
tataḥ paraṁ janatāmadhyasthaḥ kaścijjanastaṁ jagāda he guro mayā saha paitṛkaṁ dhanaṁ vibhaktuṁ mama bhrātaramājñāpayatu bhavān|
14 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?»
kintu sa tamavadat he manuṣya yuvayo rvicāraṁ vibhāgañca karttuṁ māṁ ko niyuktavān?
15 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».
anantaraṁ sa lokānavadat lobhe sāvadhānāḥ satarkāśca tiṣṭhata, yato bahusampattiprāptyā manuṣyasyāyu rna bhavati|
16 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi.
paścād dṛṣṭāntakathāmutthāpya kathayāmāsa, ekasya dhanino bhūmau bahūni śasyāni jātāni|
17 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?”
tataḥ sa manasā cintayitvā kathayāmbabhūva mamaitāni samutpannāni dravyāṇi sthāpayituṁ sthānaṁ nāsti kiṁ kariṣyāmi?
18 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram.
tatovadad itthaṁ kariṣyāmi, mama sarvvabhāṇḍāgārāṇi bhaṅktvā bṛhadbhāṇḍāgārāṇi nirmmāya tanmadhye sarvvaphalāni dravyāṇi ca sthāpayiṣyāmi|
19 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”.
aparaṁ nijamano vadiṣyāmi, he mano bahuvatsarārthaṁ nānādravyāṇi sañcitāni santi viśrāmaṁ kuru bhuktvā pītvā kautukañca kuru| kintvīśvarastam avadat,
20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”
re nirbodha adya rātrau tava prāṇāstvatto neṣyante tata etāni yāni dravyāṇi tvayāsāditāni tāni kasya bhaviṣyanti?
21 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
ataeva yaḥ kaścid īśvarasya samīpe dhanasañcayamakṛtvā kevalaṁ svanikaṭe sañcayaṁ karoti sopi tādṛśaḥ|
22 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.
atha sa śiṣyebhyaḥ kathayāmāsa, yuṣmānahaṁ vadāmi, kiṁ khādiṣyāmaḥ? kiṁ paridhāsyāmaḥ? ityuktvā jīvanasya śarīrasya cārthaṁ cintāṁ mā kārṣṭa|
23 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir.
bhakṣyājjīvanaṁ bhūṣaṇāccharīrañca śreṣṭhaṁ bhavati|
24 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz!
kākapakṣiṇāṁ kāryyaṁ vicārayata, te na vapanti śasyāni ca na chindanti, teṣāṁ bhāṇḍāgārāṇi na santi koṣāśca na santi, tathāpīśvarastebhyo bhakṣyāṇi dadāti, yūyaṁ pakṣibhyaḥ śreṣṭhatarā na kiṁ?
25 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
aparañca bhāvayitvā nijāyuṣaḥ kṣaṇamātraṁ varddhayituṁ śaknoti, etādṛśo lāko yuṣmākaṁ madhye kosti?
26 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz?
ataeva kṣudraṁ kāryyaṁ sādhayitum asamarthā yūyam anyasmin kāryye kuto bhāvayatha?
27 Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.
anyacca kāmpilapuṣpaṁ kathaṁ varddhate tadāpi vicārayata, tat kañcana śramaṁ na karoti tantūṁśca na janayati kintu yuṣmabhyaṁ yathārthaṁ kathayāmi sulemān bahvaiśvaryyānvitopi puṣpasyāsya sadṛśo vibhūṣito nāsīt|
28 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir!
adya kṣetre varttamānaṁ śvaścūllyāṁ kṣepsyamānaṁ yat tṛṇaṁ, tasmai yadīśvara itthaṁ bhūṣayati tarhi he alpapratyayino yuṣmāna kiṁ na paridhāpayiṣyati?
29 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın.
ataeva kiṁ khādiṣyāmaḥ? kiṁ paridhāsyāmaḥ? etadarthaṁ mā ceṣṭadhvaṁ mā saṁdigdhvañca|
30 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir.
jagato devārccakā etāni sarvvāṇi ceṣṭanate; eṣu vastuṣu yuṣmākaṁ prayojanamāste iti yuṣmākaṁ pitā jānāti|
31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.
ataeveśvarasya rājyārthaṁ saceṣṭā bhavata tathā kṛte sarvvāṇyetāni dravyāṇi yuṣmabhyaṁ pradāyiṣyante|
32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
he kṣudrameṣavraja yūyaṁ mā bhaiṣṭa yuṣmabhyaṁ rājyaṁ dātuṁ yuṣmākaṁ pituḥ sammatirasti|
33 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər.
ataeva yuṣmākaṁ yā yā sampattirasti tāṁ tāṁ vikrīya vitarata, yat sthānaṁ caurā nāgacchanti, kīṭāśca na kṣāyayanti tādṛśe svarge nijārtham ajare sampuṭake 'kṣayaṁ dhanaṁ sañcinuta ca;
34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
yato yatra yuṣmākaṁ dhanaṁ varttate tatreva yuṣmākaṁ manaḥ|
35 «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.
aparañca yūyaṁ pradīpaṁ jvālayitvā baddhakaṭayastiṣṭhata;
36 Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar.
prabhu rvivāhādāgatya yadaiva dvāramāhanti tadaiva dvāraṁ mocayituṁ yathā bhṛtyā apekṣya tiṣṭhanti tathā yūyamapi tiṣṭhata|
37 Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək.
yataḥ prabhurāgatya yān dāsān sacetanān tiṣṭhato drakṣyati taeva dhanyāḥ; ahaṁ yuṣmān yathārthaṁ vadāmi prabhustān bhojanārtham upaveśya svayaṁ baddhakaṭiḥ samīpametya pariveṣayiṣyati|
38 Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!
yadi dvitīye tṛtīye vā prahare samāgatya tathaiva paśyati, tarhi taeva dāsā dhanyāḥ|
39 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi.
aparañca kasmin kṣaṇe caurā āgamiṣyanti iti yadi gṛhapati rjñātuṁ śaknoti tadāvaśyaṁ jāgran nijagṛhe sandhiṁ karttayituṁ vārayati yūyametad vitta|
40 Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».
ataeva yūyamapi sajjamānāstiṣṭhata yato yasmin kṣaṇe taṁ nāprekṣadhve tasminneva kṣaṇe manuṣyaputra āgamiṣyati|
41 Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?»
tadā pitaraḥ papraccha, he prabho bhavān kimasmān uddiśya kiṁ sarvvān uddiśya dṛṣṭāntakathāmimāṁ vadati?
42 Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir?
tataḥ prabhuḥ provāca, prabhuḥ samucitakāle nijaparivārārthaṁ bhojyapariveṣaṇāya yaṁ tatpade niyokṣyati tādṛśo viśvāsyo boddhā karmmādhīśaḥ kosti?
43 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!
prabhurāgatya yam etādṛśe karmmaṇi pravṛttaṁ drakṣyati saeva dāso dhanyaḥ|
44 Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.
ahaṁ yuṣmān yathārthaṁ vadāmi sa taṁ nijasarvvasvasyādhipatiṁ kariṣyati|
45 Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa,
kintu prabhurvilambenāgamiṣyati, iti vicintya sa dāso yadi tadanyadāsīdāsān praharttum bhoktuṁ pātuṁ madituñca prārabhate,
46 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.
tarhi yadā prabhuṁ nāpekṣiṣyate yasmin kṣaṇe so'cetanaśca sthāsyati tasminneva kṣaṇe tasya prabhurāgatya taṁ padabhraṣṭaṁ kṛtvā viśvāsahīnaiḥ saha tasya aṁśaṁ nirūpayiṣyati|
47 Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək.
yo dāsaḥ prabherājñāṁ jñātvāpi sajjito na tiṣṭhati tadājñānusāreṇa ca kāryyaṁ na karoti sonekān prahārān prāpsyati;
48 Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.
kintu yo jano'jñātvā prahārārhaṁ karmma karoti solpaprahārān prāpsyati| yato yasmai bāhulyena dattaṁ tasmādeva bāhulyena grahīṣyate, mānuṣā yasya nikaṭe bahu samarpayanti tasmād bahu yācante|
49 Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!
ahaṁ pṛthivyām anaikyarūpaṁ vahni nikṣeptum āgatosmi, sa ced idānīmeva prajvalati tatra mama kā cintā?
50 Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm!
kintu yena majjanenāhaṁ magno bhaviṣyāmi yāvatkālaṁ tasya siddhi rna bhaviṣyati tāvadahaṁ katikaṣṭaṁ prāpsyāmi|
51 Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm!
melanaṁ karttuṁ jagad āgatosmi yūyaṁ kimitthaṁ bodhadhve? yuṣmān vadāmi na tathā, kintvahaṁ melanābhāvaṁ karttuṁm āgatosmi|
52 Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq.
yasmādetatkālamārabhya ekatrasthaparijanānāṁ madhye pañcajanāḥ pṛthag bhūtvā trayo janā dvayorjanayoḥ pratikūlā dvau janau ca trayāṇāṁ janānāṁ pratikūlau bhaviṣyanti|
53 Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».
pitā putrasya vipakṣaḥ putraśca pitu rvipakṣo bhaviṣyati mātā kanyāyā vipakṣā kanyā ca mātu rvipakṣā bhaviṣyati, tathā śvaśrūrbadhvā vipakṣā badhūśca śvaśrvā vipakṣā bhaviṣyati|
54 İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur.
sa lokebhyoparamapi kathayāmāsa, paścimadiśi meghodgamaṁ dṛṣṭvā yūyaṁ haṭhād vadatha vṛṣṭi rbhaviṣyati tatastathaiva jāyate|
55 Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur.
aparaṁ dakṣiṇato vāyau vāti sati vadatha nidāgho bhaviṣyati tataḥ sopi jāyate|
56 Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?
re re kapaṭina ākāśasya bhūmyāśca lakṣaṇaṁ boddhuṁ śaknutha,
57 Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz?
kintu kālasyāsya lakṣaṇaṁ kuto boddhuṁ na śaknutha? yūyañca svayaṁ kuto na nyāṣyaṁ vicārayatha?
58 Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar.
aparañca vivādinā sārddhaṁ vicārayituḥ samīpaṁ gacchan pathi tasmāduddhāraṁ prāptuṁ yatasva nocet sa tvāṁ dhṛtvā vicārayituḥ samīpaṁ nayati| vicārayitā yadi tvāṁ praharttuḥ samīpaṁ samarpayati praharttā tvāṁ kārāyāṁ badhnāti
59 Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».
tarhi tvāmahaṁ vadāmi tvayā niḥśeṣaṁ kapardakeṣu na pariśodhiteṣu tvaṁ tato muktiṁ prāptuṁ na śakṣyasi|

< Luka 12 >