< Levililər 8 >
2 «Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.
“你将亚伦和他儿子一同带来,并将圣衣、膏油,与赎罪祭的一只公牛、两只公绵羊、一筐无酵饼都带来,
3 Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».
又招聚会众到会幕门口。”
4 Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda
摩西就照耶和华所吩咐的行了;于是会众聚集在会幕门口。
5 Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur».
摩西告诉会众说:“这就是耶和华所吩咐当行的事。”
6 Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.
摩西带了亚伦和他儿子来,用水洗了他们。
7 Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.
给亚伦穿上内袍,束上腰带,穿上外袍,又加上以弗得,用其上巧工织的带子把以弗得系在他身上,
8 Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.
又给他戴上胸牌,把乌陵和土明放在胸牌内,
9 Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
把冠冕戴在他头上,在冠冕的前面钉上金牌,就是圣冠,都是照耶和华所吩咐摩西的。
10 Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.
摩西用膏油抹帐幕和其中所有的,使它成圣;
11 Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi.
又用膏油在坛上弹了七次,又抹了坛和坛的一切器皿,并洗濯盆和盆座,使它成圣;
12 Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh etdi.
又把膏油倒在亚伦的头上膏他,使他成圣。
13 Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
摩西带了亚伦的儿子来,给他们穿上内袍,束上腰带,包上裹头巾,都是照耶和华所吩咐摩西的。
14 Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular.
他牵了赎罪祭的公牛来,亚伦和他儿子按手在赎罪祭公牛的头上,
15 Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.
就宰了公牛。摩西用指头蘸血,抹在坛上四角的周围,使坛洁净,把血倒在坛的脚那里,使坛成圣,坛就洁净了;
16 Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı.
又取脏上所有的脂油和肝上的网子,并两个腰子与腰子上的脂油,都烧在坛上;
17 Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
惟有公牛,连皮带肉并粪,用火烧在营外,都是照耶和华所吩咐摩西的。
18 Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular.
他奉上燔祭的公绵羊;亚伦和他儿子按手在羊的头上,
19 Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.
就宰了公羊。摩西把血洒在坛的周围,
20 Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.
把羊切成块子,把头和肉块并脂油都烧了。
21 Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
用水洗了脏腑和腿,就把全羊烧在坛上为馨香的燔祭,是献给耶和华的火祭,都是照耶和华所吩咐摩西的。
22 Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.
他又奉上第二只公绵羊,就是承接圣职之礼的羊;亚伦和他儿子按手在羊的头上,
23 Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi.
就宰了羊。摩西把些血抹在亚伦的右耳垂上和右手的大拇指上,并右脚的大拇指上,
24 Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.
又带了亚伦的儿子来,把些血抹在他们的右耳垂上和右手的大拇指上,并右脚的大拇指上,又把血洒在坛的周围。
25 Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.
取脂油和肥尾巴,并脏上一切的脂油与肝上的网子,两个腰子和腰子上的脂油,并右腿,
26 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.
再从耶和华面前、盛无酵饼的筐子里取出一个无酵饼,一个油饼,一个薄饼,都放在脂油和右腿上,
27 O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.
把这一切放在亚伦的手上和他儿子的手上作摇祭,在耶和华面前摇一摇。
28 Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
摩西从他们的手上拿下来,烧在坛上的燔祭上,都是为承接圣职献给耶和华馨香的火祭。
29 Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
摩西拿羊的胸作为摇祭,在耶和华面前摇一摇,是承接圣职之礼,归摩西的分,都是照耶和华所吩咐摩西的。
30 Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis etdi.
摩西取点膏油和坛上的血,弹在亚伦和他的衣服上,并他儿子和他儿子的衣服上,使他和他们的衣服一同成圣。
31 Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin.
摩西对亚伦和他儿子说:“把肉煮在会幕门口,在那里吃,又吃承接圣职筐子里的饼,按我所吩咐的说:‘这是亚伦和他儿子要吃的。’
32 Çörəyin və ətin qalan hissələrini yandırın.
剩下的肉和饼,你们要用火焚烧。
33 Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.
你们七天不可出会幕的门,等到你们承接圣职的日子满了,因为主叫你们七天承接圣职。
34 Bu gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi.
像今天所行的都是耶和华吩咐行的,为你们赎罪。
35 Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib».
七天你们要昼夜住在会幕门口,遵守耶和华的吩咐,免得你们死亡,因为所吩咐我的就是这样。”
36 Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər.
于是亚伦和他儿子行了耶和华借着摩西所吩咐的一切事。