< Levililər 7 >

1 Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir.
"Ja tämä on laki vikauhrista. Se on korkeasti-pyhää.
2 Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin.
Siinä paikassa, missä polttouhri teurastetaan, teurastettakoon myös vikauhri, ja sen veri vihmottakoon alttarille ympärinsä.
3 Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi,
Ja kaikki sen rasva uhrattakoon, sekä rasvahäntä että sisälmyksiä peittävä rasva,
4 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
ja molemmat munuaiset ynnä niiden päällä lantiolihaksissa oleva rasva ja maksanlisäke, joka on irroitettava munuaisten luota.
5 Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır.
Ja pappi polttakoon ne alttarilla uhrina Herralle; se on vikauhri.
6 Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.
Jokainen miehenpuoli papeista saakoon sitä syödä. Se syötäköön pyhässä paikassa; se on korkeasti-pyhää.
7 Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun.
Mitä on säädetty syntiuhrista, koskee vikauhriakin; laki on sama molemmista. Se olkoon sen papin oma, joka sillä sovituksen toimittaa.
8 Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun.
Ja pappi, joka toimittaa jonkun puolesta polttouhrin, saakoon uhraamansa polttouhriteuraan nahan.
9 Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.
Ja jokainen ruokauhri, joka paistetaan uunissa, ja jokainen pannussa tai leivinlevyllä valmistettu, olkoon sen papin oma, joka uhrin toimittaa.
10 Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.
Mutta jokainen muu ruokauhri, olipa siihen sekoitettu öljyä tai olipa se kuiva, olkoon kaikkien Aaronin poikien oma, yhden niinkuin toisenkin.
11 Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur.
Ja tämä on laki yhteysuhrista, joka Herralle tuodaan:
12 Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin.
Jos joku tuo sen kiitokseksi, niin tuokoon kiitosuhriteuraan lisäksi öljyyn leivottuja happamattomia kakkuja, öljyllä voideltuja happamattomia ohukaisia ja sekoitettuja lestyjä jauhoja öljyyn leivottuina kakkuina.
13 Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin.
Hapatetusta taikinasta leivottujen kakkujen ohella hän tuokoon tämän uhrilahjansa kiitosuhrina uhratun yhteysuhriteuraan lisäksi.
14 Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun.
Ja hän tuokoon siitä yhden kutakin uhrilahja-lajia anniksi Herralle; se olkoon sen papin oma, joka vihmoo yhteysuhrin veren.
15 Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.
Ja kiitosuhrina uhratun yhteysuhriteuraan liha syötäköön sinä päivänä, jona se on uhrattu, älköönkä mitään siitä jätettäkö seuraavaan aamuun.
16 Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,
Mutta jos uhrilahjana tuotu teuras on lupausuhri tai vapaaehtoinen uhri, syötäköön se sinä päivänä, jona se on tuotu; jos kuitenkin jotakin siitä jää tähteeksi, saatakoon se syödä seuraavana päivänä.
17 lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın.
Mutta mitä uhrilihasta on tähteenä kolmantena päivänä, se poltettakoon tulessa.
18 Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.
Jos yhteysuhriteuraan lihaa syödään kolmantena päivänä, ei se ole otollinen eikä sitä lueta tuojan hyväksi, vaan se on saastaista; jokainen, joka sitä syö, joutuu syynalaiseksi.
19 Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər;
Sitä lihaa, joka on sattunut saastaiseen, mihin tahansa, älköön syötäkö, vaan se poltettakoon tulessa; muuten saakoon jokainen, joka on puhdas, syödä yhteysuhriteuraan lihaa.
20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.
Mutta jokainen, joka saastaisena ollessaan syö yhteysuhriteuraan lihaa, joka on Herran oma, hävitettäköön kansastansa.
21 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
Jos joku koskee johonkin saastaiseen, mihin tahansa, joko ihmisen saastaan tahi saastaiseen karjaeläimeen tai mihin inhottavaan saastaan tahansa, ja syö yhteysuhriteuraan lihaa, joka on Herran oma, hänet hävitettäköön kansastansa."
22 Rəbb Musaya dedi:
Ja Herra puhui Moosekselle sanoen:
23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.
"Puhu israelilaisille ja sano: Älkää syökö mitään härän, lampaan tai vuohen rasvaa.
24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.
Itsestään kuolleen tai kuoliaaksi raadellun eläimen rasva käytettäköön kaikkinaisiin tarpeisiin; mutta älkää sitä syökö.
25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.
Sillä jokainen, joka syö sen eläimen rasvaa, josta tuodaan Herralle uhri, hävitettäköön kansastansa.
26 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;
Älkää myöskään, missä asuttekin, syökö mitään verta, ei lintujen eikä karjaeläinten.
27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
Jokainen, joka syö verta, minkälaista hyvänsä, hävitettäköön kansastansa."
28 Rəbb Musaya dedi:
Ja Herra puhui Moosekselle sanoen:
29 «İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin.
"Puhu israelilaisille ja sano: Joka tuo Herralle yhteysuhrinsa, tuokoon Herralle uhrilahjan tästä yhteysuhristaan.
30 Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin.
Omin käsin hän tuokoon Herran uhrit; tuokoon rasvan ynnä rintalihan, ja toimitettakoon niiden heilutus Herran edessä.
31 Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun.
Ja pappi polttakoon rasvan alttarilla, mutta rintaliha olkoon Aaronin ja hänen poikiensa oma.
32 Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;
Ja oikea reisi antakaa papille anniksi yhteysuhriteuraistanne.
33 həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.
Se Aaronin pojista, joka uhraa yhteysuhrin veren ja rasvan, saakoon oikean reiden osaksensa.
34 Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.
Sillä minä olen ottanut heilutus-rintalihan ja anniksi annetun reiden israelilaisilta heidän yhteysuhriteuraistansa ja antanut ne pappi Aaronille ja hänen pojillensa ikuiseksi osuudeksi israelilaisilta."
35 Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır;
Tämä on Aaronin ja hänen poikiensa osa Herran uhreista, joka heille määrättiin sinä päivänä, jona hän toi heidät pappeina palvelemaan Herraa;
36 Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər».
sen osan Herra käski sinä päivänä, jona hän heidät voiteli, israelilaisten antaa heille ikuiseksi osuudeksi sukupolvesta sukupolveen.
37 Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan
Tämä on se laki polttouhrista, ruokauhrista, syntiuhrista, vikauhrista, vihkiäisuhrista ja yhteysuhrista,
38 Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi.
jonka lain Herra antoi Moosekselle Siinain vuorella sinä päivänä, jona hän antoi israelilaisille käskyn tuoda uhrilahjansa Herralle Siinain erämaassa.

< Levililər 7 >