< Levililər 5 >

1 Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu barədə şəhadət etməsə, cəzasını çəkər.
ונפש כי תחטא ושמעה קול אלה והוא עד או ראה או ידע אם לוא יגיד ונשא עונו׃
2 Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır.
או נפש אשר תגע בכל דבר טמא או בנבלת חיה טמאה או בנבלת בהמה טמאה או בנבלת שרץ טמא ונעלם ממנו והוא טמא ואשם׃
3 Birini murdarlayan ifrazata, insandan ifraz olan murdarlığa bilmədən toxunan kəs – nə cür murdarlıq olursa olsun – onu dərk edəndə təqsirkar sayılır.
או כי יגע בטמאת אדם לכל טמאתו אשר יטמא בה ונעלם ממנו והוא ידע ואשם׃
4 Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən hər kəs bunu biləndə təqsirkar sayılır.
או נפש כי תשבע לבטא בשפתים להרע או להיטיב לכל אשר יבטא האדם בשבעה ונעלם ממנו והוא ידע ואשם לאחת מאלה׃
5 Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını etiraf etsin
והיה כי יאשם לאחת מאלה והתודה אשר חטא עליה׃
6 və o, günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin.
והביא את אשמו ליהוה על חטאתו אשר חטא נקבה מן הצאן כשבה או שעירת עזים לחטאת וכפר עליו הכהן מחטאתו׃
7 Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı olaraq gətirsin
ואם לא תגיע ידו די שה והביא את אשמו אשר חטא שתי תרים או שני בני יונה ליהוה אחד לחטאת ואחד לעלה׃
8 və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən ayırmadan boynunu üzsün
והביא אתם אל הכהן והקריב את אשר לחטאת ראשונה ומלק את ראשו ממול ערפו ולא יבדיל׃
9 və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın digər hissəsini isə qurbangahın altlığına töksün. Bu, günah qurbanıdır.
והזה מדם החטאת על קיר המזבח והנשאר בדם ימצה אל יסוד המזבח חטאת הוא׃
10 İkinci quş da qayda-qanuna uyğun olaraq yandırma qurbanı kimi təqdim olunsun. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.
ואת השני יעשה עלה כמשפט וכפר עליו הכהן מחטאתו אשר חטא ונסלח לו׃
11 Əgər o adamın hətta iki qumru quşuna və yaxud iki göyərçinə gücü çatmırsa, qoy işlətdiyi günah üçün narın undan efanın onda birini günah qurbanı kimi təqdim etsin. Lakin qoy onun üstünə nə zeytun yağı, nə də kündür qoymasın, çünki bu günah qurbanıdır.
ואם לא תשיג ידו לשתי תרים או לשני בני יונה והביא את קרבנו אשר חטא עשירת האפה סלת לחטאת לא ישים עליה שמן ולא יתן עליה לבנה כי חטאת היא׃
12 Qoy bu adam onu kahinin yanına gətirsin. Kahin ondan xatirə təqdimi kimi bir ovuc götürüb qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülətsin. Bu, günah qurbanıdır.
והביאה אל הכהן וקמץ הכהן ממנה מלוא קמצו את אזכרתה והקטיר המזבחה על אשי יהוה חטאת הוא׃
13 Bununla kahin o adam üçün işlətdiyi hər hansı bir günahı kəffarə etsin ki, o adam bağışlansın. Qalan hissə taxıl təqdimi kimi kahinə məxsus olsun”».
וכפר עליו הכהן על חטאתו אשר חטא מאחת מאלה ונסלח לו והיתה לכהן כמנחה׃
14 Rəbb Musaya dedi:
וידבר יהוה אל משה לאמר׃
15 «Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir.
נפש כי תמעל מעל וחטאה בשגגה מקדשי יהוה והביא את אשמו ליהוה איל תמים מן הצאן בערכך כסף שקלים בשקל הקדש לאשם׃
16 Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın.
ואת אשר חטא מן הקדש ישלם ואת חמישתו יוסף עליו ונתן אתו לכהן והכהן יכפר עליו באיל האשם ונסלח לו׃
17 Əgər bir nəfər günah işlədib etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini pozarsa və bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir.
ואם נפש כי תחטא ועשתה אחת מכל מצות יהוה אשר לא תעשינה ולא ידע ואשם ונשא עונו׃
18 Qoy o, kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onun bilmədən törətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.
והביא איל תמים מן הצאן בערכך לאשם אל הכהן וכפר עליו הכהן על שגגתו אשר שגג והוא לא ידע ונסלח לו׃
19 Bu, təqsir qurbanıdır. Həmin adam Rəbbin qarşısında təqsirkar olmuşdur».
אשם הוא אשם אשם ליהוה׃

< Levililər 5 >