< Levililər 19 >

1 Rəbb Musaya dedi:
上主訓示梅瑟說:」
2 «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.
你告訴以色列子民全會眾說:你們應該是聖的,因為我,上主,你們的天主是聖的。
3 Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm.
你們每人應孝敬母親和父親,應遵守我的安息日。我,上主是你們的天主。
4 Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.
你們不要歸依偶像,也不要為自己鑄造神像:我,上主是你們的天主。
5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.
若你們給上主獻祭和平祭,要奉獻可蒙受悅納的。
6 Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.
祭肉,應在你們祭獻的當天或第二天吃盡;有剩下的,到第三天應用火燒了。
7 Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar.
若還有人在第三天吃,這肉已不潔,必不蒙悅納。
8 O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.
那吃的人,必負罪債,因為他褻瀆了上主的聖物;這人應由民間剷除。
9 Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın.
當你們收割田地的莊稼時,你不可割到地邊;收穫後剩下的穗子,不可再拾。
10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.
葡萄摘後不應去搜;葡萄園內掉下的,不應拾取,應留給窮人和外方人:我,上主是你們的天主。
11 Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.
你們不要偷竊,不要詐欺,不要彼此哄騙;
12 Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.
不要奉我的名妄發虛誓,而褻瀆你天主的名字:我是上主。
13 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.
你不要欺壓剝削你的近人,傭人的工錢不可在你處過夜,留到第二天早晨。
14 Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.
不可咒罵聾子;不可將障礙物放在瞎子面前;但應敬畏你的天主:我是天主。
15 Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.
審判時,你們不要違背正義;不可袒護窮人,也不可重視有權勢的人,只依正義審判你的同胞。
16 Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.
不可去毀謗你本族人,也不可危害人的性命:我是上主。
17 Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən.
不可心存懷恨你的兄弟,應坦白勸戒你的同胞,免得為了他而負罪債。
18 Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.
不可復仇,對你本國人,不可心懷怨恨;但應愛人如己:我是上主。
19 Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.
你們應遵守我的法令:不可使你的家畜與不同類配合;一快田內,不可播上不同的種子;用兩種織成的衣服,不可穿在你的身上。
20 Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil,
若人同以許配於人,尚未贖回,或沒有獲得自由的卑女同寢,應受處罰,但不該死,因為她還沒有自由。
21 o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin.
但是,這人卻應把一隻贖過祭的公綿羊,牽到會幕門口,獻給上主,作為他的贖過祭。
22 Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.
司祭用這贖過祭的公綿羊,上主面前,代他為他所犯的罪行贖罪禮;他犯的罪最方可得赦。
23 Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin.
幾時你們進了那地方,栽種了什麼果樹,樹上的果子,你們應視為不潔;三年以內你們算是不潔,不可以吃;
24 Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın.
到第四年,結的一切果實,都是聖的,應做讚頌上主的禮品;
25 Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.
到第五年,才可吃樹上結的果實,使樹為你們增加出產;我,上主是你們的天主。
26 Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin.
你們不可吃任何帶血的食物,不可占普,不可念咒;
27 Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin.
不可將兩邊的頭髮剃圓;兩邊得鬍鬚,也不可修剪。
28 Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.
不可為死者割傷你們的身體,也不可在你們身上刺花紋:我是上主。
29 Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın.
不可褻瀆你的女兒,令她賣淫,免得這地方成為淫場,充滿淫亂。
30 Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.
應遵守我的安息日,應敬畏我的聖所:我是上主。
31 Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.
不可去探詢亡魂,亦不可詢問占普者,而為他們所玷汙:我,上主是你們的天主。
32 Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm.
在白髮老人前,應起立;對老年人要尊敬,應敬畏你的天主:我是上主。
33 Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin.
若外方人在你們地域內,與你住在一起,不可欺壓他;
34 Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm.
對與你們住在一起的外方人,應看作你們中的一個同鄉,愛他如愛你自己,因為你們在埃及地也作過外方人:我,上主是你們的天主。
35 Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin.
再審斷度、量、衡上,不可不公平;
36 Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.
天平、法碼、升、勺,都應正確。我是領你們出離埃及地的上主你們的天主。
37 Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”».
你們應遵守我的一切法令和我的一切規定,一一依照執行:我是上主。」

< Levililər 19 >