< Levililər 14 >

1 Rəbb Musaya dedi:
上主訓示梅瑟說:「
2 «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə
關於癩病人取潔之日應守的法律如下:應引他去見司祭,
3 kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın; onun dərisindəki əlamətlər sağalıbsa,
司祭應到營外查看,如見癩病人的病症痊愈了,
4 onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin.
就吩咐人為那取潔者,拿兩隻潔淨的活鳥、香柏木、朱紅線和牛膝草來;
5 Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin.
然後吩咐人在盛著活水的陶器上,宰殺一隻鳥。
6 Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın.
司祭拿另外一隻活鳥同香柏木、朱紅線和牛膝草,連同活鳥一起浸在殺於活水上的鳥血內,
7 Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın.
向那取潔的癩病人灑血七次,使他潔淨;然後放那隻活鳥飛向田野,
8 Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın.
那取潔的人洗滌自己的衣服,剃去身上所有的毛,用水洗澡,這樣就算潔淨了。此後,他方可入營內,但仍應在自己的帳幕外居住七天。
9 Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın.
到了第七天,他應剃去身上所有的毛:頭髮、鬍鬚和眉毛;身上所有的毛都應剃去,然後洗滌衣服,用水洗身,就算完全潔淨了。
10 Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin.
到第八天,他應帶兩隻無暇的公羔羊,一隻一歲的無暇母羔羊,作素祭用的十分之三」厄法「油調的細麵,和一「羅格」│。
11 Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gətirsin.
取潔禮的司祭,應叫取潔的人拿著這一切,站在會幕門口,上主面前。
12 Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin.
司祭取一隻公羔羊同一」羅格「油,一起現作贖過祭,在上主前行奉獻的搖禮。
13 Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir.
然後在宰殺贖罪祭和全番祭犧牲的聖地方,宰殺這隻公羔羊,因為贖過祭犧牲,如贖罪祭犧牲一樣,應歸司祭:這是至聖之物。
14 Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin.
司祭取些贖過祭犧牲的血,抹在取潔者的右耳垂,右手拇指和右腳大趾;
15 Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və
再由那「羅格」油中,取些油倒在自己的左手掌中,
16 sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
將自己的一個右手指,浸在左手掌的油內,用手指在上主前灑油七次;
17 Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün.
然後將掌中盛下的油,抹在取潔者的右耳垂,右手拇指和右腳大趾上,即在抹贖過祭犧牲血的地方。
18 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.
以後將掌中剩下的油,都抹在取潔者的頭上:如此司祭載上主面前為那人行了贖罪禮。
19 Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib
此後,司祭應奉獻贖罪祭,為取潔者贖罪除去不潔;最後應宰殺全番祭犧牲,
20 onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın.
在祭壇上奉獻全番祭和素祭。司祭這樣為他行了贖罪禮,他就潔淨了。
21 Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı,
但是,如果他貧窮,手中財力不足,可拿一隻公羔羊作贖過祭,行搖禮為他贖罪;十分之一「厄法」油調的細麵作素祭,一「羅格」油,
22 biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar.
和財力所能備辦的兩隻斑鳩或兩之雛鴿:一隻做贖罪祭,一隻做全番祭。
23 Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.
他應在第八天,將這一切送交司祭,再會幕門口於上主面前為自己取潔。
24 Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və
司祭便取那隻作贖過祭的公羔羊和一「羅格」油,在上主面前行奉獻的搖禮;
25 təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.
然後宰殺作贖過祭的公羔羊,取些贖過祭犧牲的血,抹在取潔者的右耳垂,右手拇指和右腳大趾上;
26 Kahin zeytun yağından bir az sol ovcuna töksün
然後倒些油在自己的左手掌中,
27 və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
用一隻右手指蘸些左手掌中的油,在上主面前灑七次;
28 Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.
再將掌中盛的油抹在取潔者的右耳垂,右手拇指和右腳大趾上,即在抹贖過祭犧牲血的地方;
29 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.
掌中還有剩下的油,都抹在取潔者的頭上,為他在上主面前行贖罪禮。
30 Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.
取潔的人,按自己的財力,所能備辦的兩隻斑鳩或兩之雛鴿,
31 Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».
按他的財力所能獻的,其中一隻獻作贖罪祭,一隻獻作全番祭,同素祭一起獻上。司祭應這樣為取潔的人在上主面前型贖罪禮。
32 Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.
這是關於身患癩病而財力不足備辦取潔祭品者的法律。
33 Rəbb Musaya və Haruna dedi:
上主訓示梅瑟和亞郎說:「
34 «Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,
當你們進入了我賜給你們作產業的客納罕地,在你們佔有的地方,我令房屋發生癩病現象時,
35 qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin.
屋主應去告訴司祭說:我看在我房屋內出現了一些相似癩病的斑痕。
36 Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.
司祭進去查看斑痕以前,應吩咐人先搬空房屋,免得屋內的一切染上不潔;然後司祭進去查看房屋。
37 Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,
司祭查看斑痕時,如見屋內牆上的斑痕帶些發綠或發紅的小孔,似乎深過牆皮,
38 kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.
就應由屋內出來,到房門口,將房屋封鎖七天。
39 Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa,
到第七天,司祭再來查看,如見斑痕在屋內牆上蔓延開了,
40 onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın.
就應命人拔出有斑痕的石頭,丟在城外不潔的地方;
41 Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər.
且叫人刮淨屋內四周,將刮下的灰土,倒在城外不潔的地方,
42 Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar.
再拿別的石頭嵌進拔出的石頭處,拿別的灰土,粉刷房屋。
43 Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,
在拔出石頭,刮掃,粉刷房屋以後,如斑痕又在屋內出現,
44 kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın.
司祭還應來查看,如見斑痕在屋內蔓延開了,這就是房屋上的腐蝕性癩病;這房屋即是不潔的,
45 Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə atılsın.
應拆毀這座房屋;房屋的石頭、木材和所有灰土,都應運到城外不潔的地方。
46 Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın.
整個封鎖日期內,如有人進屋內,直到晚上成為不潔的;
47 O evdə yeyən yaxud yatan adam geyimlərini yusun.
如有人在這屋內睡覺,應洗滌自己的衣服;如有人在這屋內吃飯,應洗滌自己的衣服。
48 Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan etsin, çünki kif keçib gedib.
但是,如果司祭來查看,見房屋刷新以後,斑痕沒有在屋內蔓延,就應聲明房屋是潔淨的因為患處已經好了。
49 O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa otunu götürüb
司祭應拿兩隻飛鳥、香柏木、朱紅線和牛膝草來為房屋取潔;
50 quşların birini saxsı qabda axar su üzərində kəssin.
一隻飛鳥,應在盛有活水的陶器上宰殺,
51 Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın, evə yeddi dəfə çiləyərək
然後拿香柏木、牛膝草、朱紅線和那隻活鳥,一同浸在那已殺的鳥血及活水內,向房屋連灑七次。
52 quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al rəngli iplə o evi pak etsin.
用鳥血、活鳥、香柏木、牛膝草、朱紅線為房屋取潔以後,
53 Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın».
司祭應放那活鳥飛向城外的田野:他這樣為房屋行取潔禮,房屋就潔淨了。
54 Bu, hər cür cüzam, qotur,
這是有關各種癩病症象、癬疥、
55 geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif,
衣癩、`屋癩、
56 şiş, səpki və ləkə,
腫瘤、瘡節和斑痕,
57 belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.
使人知道幾時不潔,幾時潔淨的法律。這是關於癩病所定的法律。」

< Levililər 14 >