< Mərsiyələr 2 >
1 Xudavənd Sion qızına qəzəblənərkən Onu hər tərəfdən qara bulud aldı. İsrailin əzəmətini göydən yerə tulladı, Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı.
How has the LORD covered the daughter of Zion with a cloud in his anger, and cast down from heaven to the earth the beauty of Israel, and remembered not his footstool in the day of his anger!
2 Xudavənd aman vermədən Yaqub nəslinin bütün məskənlərini dağıtdı, Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı, Padşahlığı, başçıları yerlə yeksan etdi.
The LORD has swallowed up all the habitations of Jacob, and has not pitied: he has thrown down in his wrath the strong holds of the daughter of Judah; he has brought them down to the ground: he has polluted the kingdom and the princes thereof.
3 Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.
He has cut off in his fierce anger all the horn of Israel: he has drawn back his right hand from before the enemy, and he burned against Jacob like a flaming fire, which devours round about.
4 Düşmən kimi kamanının yayını dartdı, Yağı kimi sağ əlini qaldırdı, Gözə xoş görünənləri tamamilə öldürdü. Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.
He has bent his bow like an enemy: he stood with his right hand as an adversary, and slew all that were pleasant to the eye in the tabernacle of the daughter of Zion: he poured out his fury like fire.
5 Xudavənd İsraili uddu, Onunla düşmən kimi rəftar etdi. Bütün saraylarını yerlə yeksan etdi, Qalalarını viran qoydu, Yəhudanın fəryadını, fəğanını daha da artırdı.
The LORD was as an enemy: he has swallowed up Israel, he has swallowed up all her palaces: he has destroyed his strong holds, and has increased in the daughter of Judah mourning and lamentation.
6 Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı.
And he has violently taken away his tabernacle, as if it were of a garden: he has destroyed his places of the assembly: the LORD has caused the solemn feasts and sabbaths to be forgotten in Zion, and has despised in the indignation of his anger the king and the priest.
7 Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı.
The LORD has cast off his altar, he has abhorred his sanctuary, he has given up into the hand of the enemy the walls of her palaces; they have made a noise in the house of the LORD, as in the day of a solemn feast.
8 Rəbb niyyət etdi ki, Sion qızının divarlarını dağıtsın. Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək. Qala divarını, səddini, matəmə bürüyüb, Hamısı qüvvələrini itirib.
The LORD has purposed to destroy the wall of the daughter of Zion: he has stretched out a line, he has not withdrawn his hand from destroying: therefore he made the rampart and the wall to lament; they languished together.
9 Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.
Her gates are sunk into the ground; he has destroyed and broken her bars: her king and her princes are among the Gentiles: the law is no more; her prophets also find no vision from the LORD.
10 Sion qızının ağsaqqalları susub-dinmir, Onlar toz-torpaq içində əyləşib, Başlarına toz töküb, çul geyib, Yerusəlimin bakirə qızları başlarını yerə dikib.
The elders of the daughter of Zion sit on the ground, and keep silence: they have cast up dust on their heads; they have girded themselves with sackcloth: the virgins of Jerusalem hang down their heads to the ground.
11 Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.
My eyes do fail with tears, my bowels are troubled, my liver is poured on the earth, for the destruction of the daughter of my people; because the children and the sucklings swoon in the streets of the city.
12 Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər, Ana qucağında can verirlər. Analarından soruşurlar: «Hanı çörək, hanı şərab?»
They say to their mothers, Where is corn and wine? when they swooned as the wounded in the streets of the city, when their soul was poured out into their mothers’ bosom.
13 Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər?
What thing shall I take to witness for you? what thing shall I liken to you, O daughter of Jerusalem? what shall I equal to you, that I may comfort you, O virgin daughter of Zion? for your breach is great like the sea: who can heal you?
14 Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü.
Your prophets have seen vain and foolish things for you: and they have not discovered your iniquity, to turn away your captivity; but have seen for you false burdens and causes of banishment.
15 Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»
All that pass by clap their hands at you; they hiss and wag their head at the daughter of Jerusalem, saying, Is this the city that men call The perfection of beauty, The joy of the whole earth?
16 Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.
All your enemies have opened their mouth against you: they hiss and gnash the teeth: they say, We have swallowed her up: certainly this is the day that we looked for; we have found, we have seen it.
17 Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi.
The LORD has done that which he had devised; he has fulfilled his word that he had commanded in the days of old: he has thrown down, and has not pitied: and he has caused your enemy to rejoice over you, he has set up the horn of your adversaries.
18 Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın.
Their heart cried to the LORD, O wall of the daughter of Zion, let tears run down like a river day and night: give yourself no rest; let not the apple of your eye cease.
19 Qalx, gecə fəryad etməyə, Gecə növbələri başlayarkən Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök. Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə, Onlar hər tin başında acından huşunu itirir.
Arise, cry out in the night: in the beginning of the watches pour out your heart like water before the face of the LORD: lift up your hands toward him for the life of your young children, that faint for hunger in the top of every street.
20 Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?
Behold, O LORD, and consider to whom you have done this. Shall the women eat their fruit, and children of a span long? shall the priest and the prophet be slain in the sanctuary of the Lord?
21 Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan.
The young and the old lie on the ground in the streets: my virgins and my young men are fallen by the sword; you have slain them in the day of your anger; you have killed, and not pitied.
22 Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.
You have called as in a solemn day my terrors round about, so that in the day of the LORD’s anger none escaped nor remained: those that I have swaddled and brought up has my enemy consumed.