< Hakimlər 21 >

1 İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər.
以色列人曾在米茲帕起誓說:「我們中誰也不可把自己的女兒嫁給本雅明人為妻。」
2 Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı.
民眾來到貝特耳,在天主面前,坐在那裏,放聲大哭,直到晚上;
3 Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?»
然後說:「上主以色列的天主! 為什麼在以色列中間發生了這事,今日竟使以色列中少了一支派﹖」
4 Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.
次日,百姓一早起來,在那裏築了一座祭壇,獻了全燔祭與和平祭。
5 İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər.
以後,以色列子民問說:「以色列眾支派中,有誰沒有上到上主面前,參加集會呢﹖」因為他們先前對於那些凡不上米茲帕到上主面前來的人,曾發過嚴誓說:「死無赦! 」
6 İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi.
以色列子民對他們的弟兄本雅明起了憐憫之心說:「今天以色列絕了一支派。
7 Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik».
我們曾指著上主起過誓,決不將我們的女兒給他們為妻,那麼,我們怎樣給所剩下的人娶妻呢﹖」
8 Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər,
他們又問說:「以色列眾支派中,有那一支派沒有上米茲帕來到上主面前呢﹖」看,由基肋阿得雅貝士中沒有一人入營,參加集會。
9 çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu.
的確,檢閱百姓的時候,沒有一個基肋阿得雅貝士的居民在場。
10 İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin.
因此會眾打發一萬二千勇士到那裏去,吩咐他們說:「你們去用刀屠殺基肋阿得雅貝士的居民,連婦女孩子都在內。
11 Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin».
你們要這樣作;所以男子和與男子同過房的婦女,盡行殺掉,但要保留處女。」他們就這樣作了。
12 Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər.
他們在基肋阿得雅貝士居民中,尋得了四百個未曾認識過男子,也未曾與男子同過房的少年處女,就把她們帶到客納罕地史羅營裏。
13 Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı.
全會眾又打發人往黎孟岩石去,與住在那裏的本雅明子孫談判,與他們講和。
14 O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı.
本雅明子孫當時就回來了,會眾就把基肋阿得雅貝士女子中所保留的少女,給他們為妻,但是數目不足。史羅搶妻
15 Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı.
民眾仍為本雅明人傷心難過,因為上主使以色列支派中有了缺陷。
16 İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu».
會中的長老說:「本雅明的婦女既然都消滅了,我們怎樣給所剩下的人娶妻呢﹖」
17 Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır.
又說:「本雅民的遺民該有承嗣,免得以色列中泯沒一支。
18 Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər».
但是,我們不能將自己的女兒給他們為妻,因為以色列曾起誓說:誰把女兒給本雅明人是可詛咒的! 」
19 Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur».
有人說:「看,年年在史羅舉行上主的慶節。」─使羅位於貝特耳之北,貝特耳至舍根大路之東,肋波納之南。
20 Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun,
於是他們給本雅明子孫出主意說:「你們往葡萄園去,藏在那裏。
21 baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın.
等到你們看見史羅的童女出來列隊跳舞,你們就從葡萄園中出來,從史羅的女兒中,各搶一個為妻,然後回本雅明地方去。
22 Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”».
她們的父親或兄弟若是出來與我們爭論,我們就說:求你們看我們的情面,恩待這些人,因為他們戰場上沒有得到女子為妻;況且又不是你們將女兒交給他們;若是你們給的,那就有罪了。」
23 Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar.
本雅明子孫就這樣作了:按數目搶跳舞的女子,各娶一個為妻;以後他們就走了,回到自己的地業,重建城邑,住在那裏。
24 O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi.
以後以色列子民從那裏各回自己的支派和家族,從那裏各回自己的家鄉。
25 O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.
那時,在以色列沒有君王,各人任意行事。

< Hakimlər 21 >