< Hakimlər 1 >

1 Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?»
و بعد از وفات یوشع واقع شد که بنی‌اسرائیل از خداوند سوال کرده، گفتند: «کیست که برای ما بر کنعانیان، اول برآید و باایشان جنگ نماید؟»۱
2 Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm».
خداوند گفت: «یهودابرآید، اینک زمین را به‌دست او تسلیم کرده‌ام.»۲
3 Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq».
و یهودا به برادر خود شمعون گفت: «به قرعه من همراه من برآی، و با کنعانیان جنگ کنیم، و من نیزهمراه تو به قرعه تو خواهم آمد.» پس شمعون همراه او رفت.۳
4 Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı.
و یهودا برآمد، و خداوندکنعانیان و فرزیان را به‌دست ایشان تسلیم نمود، وده هزار نفر از ایشان را در بازق کشتند.۴
5 Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar.
و ادونی بازق را در بازق یافته، با او جنگ کردند، وکنعانیان و فرزیان را شکست دادند.۵
6 Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər.
و ادونی بازق فرار کرد و او را تعاقب نموده، گرفتندش، وشستهای دست و پایش را بریدند.۶
7 Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü.
و ادونی بازق گفت: «هفتاد ملک با شستهای دست و پا بریده زیر سفره من خورده‌ها برمی چیدند، موافق آنچه من کردم خدا به من مکافات رسانیده است.» پس او را به اورشلیم آوردند و در آنجامرد.۷
8 Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar.
و بنی یهودا با اورشلیم جنگ کرده، آن راگرفتند، و آن را به دم شمشیر زده، شهر را به آتش سوزانیدند.۸
9 Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər.
و بعد از آن بنی یهودا فرود شدند تابا کنعانیانی که در کوهستان و جنوب و بیابان ساکن بودند، جنگ کنند.۹
10 Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər.
و یهودا بر کنعانیانی که در حبرون ساکن بودند برآمد، و اسم حبرون قبل از آن قریه اربع بود، و شیشای و اخیمان وتلمای را کشتند.۱۰
11 Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər.
و از آنجا بر ساکنان دبیر برآمد و اسم دبیرقبل از آن، قریه سفیر بود.۱۱
12 Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».
و کالیب گفت: «آنکه قریه سفیر را زده، فتح نماید، دختر خود عکسه رابه او به زنی خواهم داد.»۱۲
13 Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi.
و عتنیئیل بن قنازبرادر کوچک کالیب آن را گرفت، پس دختر خودعکسه را به او به زنی داد.۱۳
14 Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
و چون دختر نزد وی آمد او را ترغیب کرد که از پدرش زمینی طلب کند و آن دختر از الاغ خود پیاده شده، کالیب وی را گفت: «چه می‌خواهی؟»۱۴
15 Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
به وی گفت: «مرابرکت ده زیرا که مرا در زمین جنوب ساکن گردانیدی، پس مرا چشمه های آب بده.» وکالیب چشمه های بالا و چشمه های پایین را به اوداد.۱۵
16 Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda çölündə xalqın arasında məskunlaşdılar.
و پسران قینی پدر زن موسی از شهرنخلستان همراه بنی یهودا به صحرای یهودا که به جنوب عراد است برآمده، رفتند و با قوم ساکن شدند.۱۶
17 Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma adlandırıldı.
و یهودا همراه برادر خود شمعون رفت، و کنعانیانی را که در صفت ساکن بودند، شکست دادند، و آن را خراب کرده، اسم شهر راحرما نامیدند.۱۷
18 Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar.
و یهودا غزه و نواحی‌اش واشقلون و نواحی‌اش و عقرون و نواحی‌اش راگرفت.۱۸
19 Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi.
و خداوند با یهودا می‌بود، و او اهل کوهستان را بیرون کرد، لیکن ساکنان وادی رانتوانست بیرون کند، زیرا که ارابه های آهنین داشتند.۱۹
20 Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu.
و حبرون را برحسب قول موسی به کالیب دادند، و او سه پسر عناق را از آنجا بیرون کرد.۲۰
21 Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar.
و بنی بنیامین یبوسیان را که در اورشلیم ساکن بودند بیرون نکردند، و یبوسیان بابنی بنیامین تا امروز در اورشلیم ساکنند.۲۱
22 Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi.
و خاندان یوسف نیز به بیت ئیل برآمدند، وخداوند با ایشان بود.۲۲
23 Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi.
و خاندان یوسف بیت ئیل را جاسوسی کردند، و نام آن شهر قبل ازآن لوز بود.۲۳
24 Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik».
و کشیکچیان مردی را که از شهربیرون می‌آمد دیده، به وی گفتند: «مدخل شهر رابه ما نشان بده که با تو احسان خواهیم نمود.»۲۴
25 Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər.
پس مدخل شهر را به ایشان نشان داده، پس شهر را به دم شمشیر زدند، و آن مرد را با تمامی خاندانش رها کردند.۲۵
26 Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir.
و آن مرد به زمین حتیان رفته، شهری بنا نمود و آن را لوز نامید که تا امروزاسمش همان است.۲۶
27 Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi.
و منسی اهل بیت‌شان و دهات آن را و اهل تعنک و دهات آن و ساکنان دور و دهات آن وساکنان یبلعام و دهات آن و ساکنان مجدو ودهات آن را بیرون نکرد، و کنعانیان عزیمت داشتند که در آن زمین ساکن باشند.۲۷
28 İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar.
و چون اسرائیل قوی شدند، بر کنعانیان جزیه نهادند، لیکن ایشان را تمام بیرون نکردند.۲۸
29 Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı.
و افرایم کنعانیانی را که در جازر ساکن بودند، بیرون نکرد، پس کنعانیان در میان ایشان درجازر ساکن ماندند.۲۹
30 Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular.
و زبولون ساکنان فطرون وساکنان نهلول را بیرون نکرد، پس کنعانیان در میان ایشان ساکن ماندند، و جزیه بر آنها گذارده شد.۳۰
31 Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı.
و اشیر ساکنان عکو و ساکنان صیدون واحلب و اکزیب و حلبه و عفیق و رحوب را بیرون نکرد.۳۱
32 Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı.
پس اشیریان در میان کنعانیانی که ساکن آن زمین بودند سکونت گرفتند، زیرا که ایشان را بیرون نکردند.۳۲
33 Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu.
و نفتالی ساکنان بیت شمس و ساکنان بیت عنات را بیرون نکرد، پس در میان کنعانیانی که ساکن آن زمین بودند، سکونت گرفت. لیکن ساکنان بیت شمس و بیت عنات به ایشان جزیه می‌دادند.۳۳
34 Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı.
و اموریان بنی دان را به کوهستان مسدودساختند زیرا که نگذاشتند که به بیابان فرود آیند.۳۴
35 Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu.
پس اموریان عزیمت داشتند که در ایلون وشعلبیم در کوه حارس ساکن باشند، و لیکن چون دست خاندان یوسف قوت گرفت، جزیه برایشان گذارده شد.۳۵
36 Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı.
و حد اموریان از سر بالای عقربیم و از سالع تا بالاتر بود.۳۶

< Hakimlər 1 >