< Yeşua 8 >

1 Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm.
And Jehovah said to Joshua, Fear not, neither be dismayed. Take with thee all the people of war, and arise, go up to Ai. See, I have given into thy hand the king of Ai, and his people, and his city, and his land.
2 Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun».
And thou shalt do to Ai and to its king as thou didst to Jericho and to its king; only, the spoil thereof and the cattle thereof shall ye take as prey for yourselves. Set an ambush against the city behind it.
3 Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:
And Joshua arose, and all the people of war, to go up to Ai. And Joshua chose thirty thousand valiant men, and sent them away by night.
4 «Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun.
And he commanded them, saying, See, ye shall be in ambush against the city, behind the city: go not very far from the city, and be all of you ready.
5 Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq.
And I and all the people that are with me will approach to the city; and it shall come to pass when they come out against us, as at the first, that we will flee before them.
6 Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq.
And they will come out after us till we have drawn them from the city; for they will say, They flee before us, as at the first; and we will flee before them.
7 O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək.
And ye shall rise up from the ambush and take possession of the city; and Jehovah your God will deliver it into your hand.
8 Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm».
And it shall be when ye have taken the city, that ye shall set the city on fire; according to the word of Jehovah shall ye do. See, I have commanded you.
9 Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.
And Joshua sent them forth; and they went to lie in ambush, and abode between Bethel and Ai, on the west of Ai. And Joshua lodged that night among the people.
10 Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər.
And Joshua rose early in the morning, and inspected the people, and went up, he and the elders of Israel, before the people to Ai.
11 Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi.
And all the people of war that were with him went up, and drew near, and came before the city; and they encamped on the north of Ai; and the valley was between them and Ai.
12 Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.
Now he had taken about five thousand men, and set them in ambush between Bethel and Ai, on the west of the city.
13 Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi.
And when they had set the people, the whole camp on the north of the city, and their ambush on the west of the city, Joshua went that night into the midst of the valley.
14 Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub.
And it came to pass when the king of Ai saw it, that the men of the city hasted and rose early, and went out against Israel to battle, he and all his people, at the appointed place before the plain. But he knew not that there was an ambush against him behind the city.
15 Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar.
And Joshua and all Israel let themselves be beaten before them; and they fled by the way of the wilderness.
16 Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar.
And all the people that were in the city were called together to pursue after them; and they pursued after Joshua, and were drawn away from the city.
17 Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.
And not a man remained in Ai and Bethel that went not out after Israel; and they left the city open, and pursued after Israel.
18 Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.
And Jehovah said to Joshua, Stretch out the javelin that is in thy hand toward Ai; for I will give it into thy hand. And Joshua stretched out the javelin that he had in his hand toward the city.
19 Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular.
And the ambush arose quickly from their place, and they ran when he stretched out his hand, and came into the city, and took it, and hasted and set the city on fire.
20 Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü.
And the men of Ai turned and saw, and behold, the smoke of the city went up to heaven, and they had no power to flee this way or that way; and the people that fled to the wilderness turned upon the pursuers.
21 Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar.
When Joshua and all Israel saw that the ambush had taken the city, and that the smoke of the city went up, they turned again, and slew the men of Ai.
22 O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar.
And the others went out of the city against them; so they were in the midst of Israel, some on this side, and some on that side; and they smote them, until they let none of them escape or flee away.
23 Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər.
And the king of Ai they took alive, and brought him to Joshua.
24 İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər.
And it came to pass when Israel had ended slaying all the inhabitants of Ai in the field, in the wilderness wherein they had chased them, and they had all fallen by the edge of the sword, until they were consumed, that all Israel returned to Ai, and smote it with the edge of the sword.
25 O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi.
And so it was, that all who fell that day, men as well as women, were twelve thousand, all the people of Ai.
26 Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi.
And Joshua did not draw back his hand, which he had stretched out with the javelin, until they had utterly destroyed all the inhabitants of Ai.
27 Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər.
Only, the cattle and the spoil of the city Israel took as prey to themselves, according to the word of Jehovah which he had commanded Joshua.
28 Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır.
And Joshua burned Ai, and made it an everlasting heap of desolation to this day.
29 O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar.
And the king of Ai he hanged on a tree until the evening; and at the going down of the sun Joshua commanded, and they took his carcase down from the tree, and threw it down at the entrance of the gate of the city, and raised upon it a great heap of stones, [which remains] to this day.
30 O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.
Then Joshua built an altar to Jehovah the God of Israel, in mount Ebal,
31 O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər.
as Moses the servant of Jehovah had commanded the children of Israel, as it is written in the book of the law of Moses, an altar of whole stones, over which iron had not been lifted up. And they offered up burnt-offerings on it to Jehovah, and sacrificed peace-offerings.
32 Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı.
And he wrote there on the stones a copy of the law of Moses, which he had written before the children of Israel.
33 Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu.
And all Israel, and their elders, and their officers and judges, stood on this side and on that side of the ark before the priests the Levites, who bore the ark of the covenant of Jehovah, as well the stranger as the home-born [Israelite]; half of them toward mount Gerizim, and the other half of them toward mount Ebal; as Moses the servant of Jehovah had commanded, that they should bless the people of Israel, in the beginning.
34 Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu.
And afterwards he read all the words of the law, the blessing and the curse, according to all that is written in the book of the law.
35 Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı.
There was not a word of all that Moses had commanded which Joshua read not before the whole congregation of Israel, and the women, and the children, and the strangers that lived among them.

< Yeşua 8 >