< Yeşua 7 >

1 Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı.
以色列子民在應毀滅之物上犯了罪;那是因為猶大支派中,則辣黑的曾孫,匝貝狄的孫子,加爾米的兒子阿干,取了應毀滅之物,上主對以色列子民發了大怒。
2 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.
若蘇厄從耶利哥派人到哈依去,──這城位於貝特耳東方貝特阿文附近──吩咐他們說:「你們上去,偵察那地。」那些人便上去偵察了哈衣。
3 Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».
他們回來對若蘇厄說:「不需要眾百姓都上去,只派兩三人去攻打哈依就夠了,不必勞動全體百姓,因為他們人數不多。」
4 Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar.
這樣百姓中約有三千人上去攻打哈依,不料他們由哈依人面前避跑了。
5 Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.
哈依人出擊,殺了他們約有三十六人,從城門前追擊他們,直追到舍巴陵,在斜坡上又殺敗了他們,因此百姓的勇氣像水一樣消散了。
6 Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər.
若蘇厄撕破自己自己的衣服,和以色列的長老,在上主約櫃前俯伏在地,一直到晚上,各在頭上撒上灰土。
7 Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq.
若蘇厄說:「唉,我主上主! 你為什麼領這百姓渡過約旦河,是為將我們交於阿摩黎人手中,讓我們消滅嗎﹖巴不得我們住在約旦河那邊倒好!
8 Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm?
唉我主! 以色列人既然由敵人前轉身逃跑,我還說什麼呢﹖
9 Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?»
當客納罕人和這地方所有的居民聽說這事,必來圍攻我們,從地上將我們的名字抹去,那時你對你的大名要怎樣辦呢。」
10 Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?»
上主對若蘇厄說:「起來,為什麼老是伏在地上﹖
11 İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular.
以色列犯了罪,違背了我在盟約上給他們規定的,取了應毀滅之物,又偷又騙,並將應毀滅之物放在自己行囊裏。
12 Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam.
以色列所以扺擋不了敵人,由敵人前轉身逃跑,是因為他們成了應詛咒,除非你們將那應毀滅之物,由你們中間除掉,我不再與你們同在。
13 Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz.
起來,叫百姓聖潔自己,吩咐他們說:你們明天要聖潔自己,因為上主以色列的天主這樣說:以色列! 你們中間有應毀滅之物,除非將應毀滅之物,由你們中間除掉,你們決抵擋不住敵人
14 Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq.
所以明早你們應按支派前來。上主使那支派中籤,這支派的宗族都應前來;上主使那宗族中籤,這家族的宗族都應前來;上主使那家室中籤,這家的男子應一個一個地前來。
15 Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”».
若藏有應毀滅之物火人中了籤,他和他所有的一切都應用火焚燒,因為他違犯了上主的約定,在以色列中間做了糊塗的事。」
16 Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi.
若蘇厄清早起來,命以色列按著支派一一前來,猶大支派中了籤。
17 Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi.
他叫猶大支派前來,則辣黑宗族中了籤;遂叫則辣黑宗族前來,則貝狄家室前來,宗族中了籤;
18 Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi.
此後,又叫他的家室前來,叫男丁一個一個地前來,阿干中了籤──阿干是加爾米的兒子,加爾米是匝貝狄的兒子,匝貝狄是則辣黑的兒子,屬猶大支派。
19 Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə».
若蘇厄遂對阿干說:「我兒,你應歸光榮於上主,以色列的天主,向衪認罪。請告訴我,你作了什麼事,不要隱瞞我。」
20 Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim:
阿干回答若蘇厄說:「我實在得罪了上主,以色列的天主。我是如此這般作的;
21 talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam».
我在戰利品中,見了一件美麗的史納爾外氅,二百「協刻耳」銀子,一條重五十「協刻耳」的金條,我因貪愛便拿走了,現在藏在我帳幕中的地下,銀子在這些東西的下面。」
22 Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi.
若蘇厄即刻派差役跑到他帳幕裏面,果然那些東西在帳幕內藏著,銀子在下面。
23 Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular.
差役便從帳幕裏拿出來,帶到若蘇厄和所有以色列子民那裏,擺在上主面前。
24 Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar.
若蘇厄和所有以色列人,將則辣黑的曾孫阿干和那銀子、外氅、金條,並他的子女、牛、驢、羊、帳幕,以及他所有的一切,都帶到阿苛爾山谷。
25 Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar.
若蘇厄說:「你為什麼給我們招來禍患﹖今天上主必要叫你招禍。」以色列民眾於是用石頭將他砸死。眾人用石頭砸死以後,將一切用火燒了。
26 Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir.
以後,又在阿干身上堆上了一大堆石頭,這堆石頭一直存到今日;上主於是撤回了盛怒,因此那地方直到今日叫做阿苛爾山谷。

< Yeşua 7 >