< Yeşua 5 >
1 İordan çayının qərb tərəfində olan bütün Emorluların padşahları və dəniz kənarında yaşayan bütün Kənan padşahları biz İordan çayını keçərkən, Rəbbin İsrail övladlarının qarşısında suları necə qurutduğunu eşidərkən ürəkləri qorxuya düşdü. İsrail övladlarının vahiməsindən onlarda taqət qalmadı.
约旦河西亚摩利人的诸王和靠海迦南人的诸王,听见耶和华在以色列人前面使约旦河的水干了,等到我们过去,他们的心因以色列人的缘故就消化了,不再有胆气。
2 O zaman Rəbb Yeşuaya dedi: «Özün üçün çaxmaq daşından bıçaqlar düzəlt və İsrail övladlarını ikinci dəfə sən sünnət et».
那时,耶和华吩咐约书亚说:“你制造火石刀,第二次给以色列人行割礼。”
3 Yeşua özü üçün çaxmaq daşından bıçaqlar düzəldib Giveat-Haaralotda İsrail övladlarını sünnət etdi.
约书亚就制造了火石刀,在“除皮山”那里给以色列人行割礼。
4 Yeşuanın sünnət etməsinin səbəbi budur: bütün döyüş qabiliyyəti olan kişilər Misirdən çıxandan sonra səhrada – yolda öldülər.
约书亚行割礼的缘故,是因为从埃及出来的众民,就是一切能打仗的男丁,出了埃及以后,都死在旷野的路上。
5 Oradan çıxan xalqın hamısı sünnətli idi, ancaq Misirdən çıxandan sonra səhrada – yolda doğulanların heç biri sünnət olunmamışdı.
因为出来的众民都受过割礼;惟独出埃及以后、在旷野的路上所生的众民都没有受过割礼。
6 Misirdən çıxan döyüş qabiliyyəti olan adamların hamısı ölüb qurtarana qədər İsrail övladları qırx il səhrada dolaşdı, çünki onlar Rəbbin sözünə qulaq asmamışdı. Rəbb bizə vermək üçün atalarımıza and içdiyi süd və bal axan torpağı itaətsizlərə göstərməmək üçün də and içdi.
以色列人在旷野走了四十年,等到国民,就是出埃及的兵丁,都消灭了,因为他们没有听从耶和华的话。耶和华曾向他们起誓,必不容他们看见耶和华向他们列祖起誓、应许赐给我们的地,就是流奶与蜜之地。
7 Bunun əvəzinə Rəbb onların övladlarını yetişdirdi və Yeşua onları sünnət etdi. Çünki onlar sünnətsiz idilər və yolda onları heç kim sünnət etməmişdi.
他们的子孙,就是耶和华所兴起来接续他们的,都没有受过割礼;因为在路上没有给他们行割礼,约书亚这才给他们行了。
8 Bütün İsraillilərin sünnət olunması qurtardıqdan sonra onlar sağalana qədər ordugahda öz yerlərində qaldılar.
国民都受完了割礼,就住在营中自己的地方,等到痊愈了。
9 Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqal deyilir.
耶和华对约书亚说:“我今日将埃及的羞辱从你们身上滚去了。”因此,那地方名叫吉甲,直到今日。
10 İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər.
以色列人在吉甲安营。正月十四日晚上,在耶利哥的平原守逾越节。
11 Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər.
逾越节的次日,他们就吃了那地的出产;正当那日吃无酵饼和烘的谷。
12 Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.
他们吃了那地的出产,第二日吗哪就止住了,以色列人也不再有吗哪了。那一年,他们却吃迦南地的出产。
13 Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində sıyrılmış qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu.
约书亚靠近耶利哥的时候,举目观看,不料,有一个人手里有拔出来的刀,对面站立。约书亚到他那里,问他说:“你是帮助我们呢,是帮助我们敌人呢?”
14 O dedi: «Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm». Yeşua üzüstə yerə yıxıldı və ona səcdə edib dedi: «Ağamın quluna nə sözü var?»
他回答说:“不是的,我来是要作耶和华军队的元帅。”约书亚就俯伏在地下拜,说:“我主有什么话吩咐仆人。”
15 Rəbbin ordusunun başçısı Yeşuaya dedi: «Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir». Yeşua belə də etdi.
耶和华军队的元帅对约书亚说:“把你脚上的鞋脱下来,因为你所站的地方是圣的。”约书亚就照着行了。