< Yeşua 3 >

1 Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar.
And Joshua rose early in the morning; and they removed from Shittim, and came to the Jordan, he and all the children of Israel, and lodged there before they passed over.
2 Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər.
And it came to pass at the end of three days, that the officers went through the camp;
3 Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin.
and they commanded the people, saying, When ye see the ark of the covenant of Jehovah your God, and the priests the Levites bearing it, then remove from your place, and go after it;
4 Ancaq sizinlə onun arasında iki min qulaca qədər məsafə olmalıdır. Ona yaxınlaşmayın ki, hansı yolla gedəcəyinizi biləsiniz, çünki siz əvvəllər heç vaxt bu yoldan keçməmisiniz».
yet there shall be a distance between you and it, about two thousand cubits by measure. Ye shall not come near it, that ye may know the way by which ye must go; for ye have not passed this way heretofore.
5 Yeşua xalqa dedi: «Özünüzü təqdis edin, çünki sabah Rəbb aranızda möcüzələr göstərəcək».
And Joshua said to the people, Hallow yourselves; for to-morrow Jehovah will do wonders in your midst.
6 Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər.
And Joshua spoke to the priests, saying, Take up the ark of the covenant, and go over before the people. And they took up the ark of the covenant, and went before the people.
7 Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər.
And Jehovah said to Joshua, This day will I begin to magnify thee in the sight of all Israel, that they may know that as I was with Moses, so will I be with thee.
8 Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”».
And thou shalt command the priests who bear the ark of the covenant, saying, When ye come to the edge of the waters of the Jordan, stand still in the Jordan.
9 Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin».
And Joshua said to the children of Israel, Come hither, and hear the words of Jehovah your God.
10 Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq.
And Joshua said, Hereby shall ye know that the living God is in your midst, and [that] he will without fail dispossess from before you the Canaanites, and the Hittites, and the Hivites, and the Perizzites, and the Girgashites, and the Amorites, and the Jebusites.
11 Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək.
Behold, the ark of the covenant of the Lord of all the earth is going over before you into the Jordan.
12 İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün.
And now take you twelve men out of the tribes of Israel, one man for each tribe.
13 Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq».
And it shall come to pass, when the soles of the feet of the priests who bear the ark of Jehovah, the Lord of all the earth, rest in the waters of the Jordan, the waters of the Jordan, the waters flowing down from above, shall be cut off, and shall stand up in a heap.
14 Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər.
And it came to pass when the people removed from their tents, to pass over the Jordan, that the priests bearing the ark of the covenant were before the people;
15 Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə
and when they that bore the ark were come to the Jordan, and the feet of the priests who bore the ark dipped in the edge of the water (and the Jordan is full over all its banks throughout the days of harvest),
16 yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi.
the waters which flowed down from above stood [and] rose up in a heap, very far, by Adam, the city that is beside Zaretan; and those that flowed down towards the sea of the plain, the salt sea, were completely cut off. And the people went over opposite to Jericho.
17 Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər.
And the priests who bore the ark of the covenant of Jehovah stood firm on dry ground in the midst of the Jordan. And all Israel went over on dry ground, until all the nation had completely gone over the Jordan.

< Yeşua 3 >