< Yeşua 23 >
1 Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu.
耶和华使以色列人安静,不与四围的一切仇敌争战,已经多日。约书亚年纪老迈,
2 O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur.
就把以色列众人的长老、族长、审判官,并官长都召了来,对他们说:“我年纪已经老迈。
3 Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü.
耶和华—你们的 神因你们的缘故向那些国所行的一切事,你们亲眼看见了,因那为你们争战的是耶和华—你们的 神。
4 Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım.
我所剪除和所剩下的各国,从约旦河起到日落之处的大海,我已经拈阄分给你们各支派为业。
5 Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız.
耶和华—你们的 神必将他们从你们面前赶出去,使他们离开你们,你们就必得他们的地为业,正如耶和华—你们的 神所应许的。
6 Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz.
所以,你们要大大壮胆,谨守遵行写在摩西律法书上的一切话,不可偏离左右。
7 Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın.
不可与你们中间所剩下的这些国民搀杂。他们的神,你们不可提他的名,不可指着他起誓,也不可事奉、叩拜;
8 Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin.
只要照着你们到今日所行的,专靠耶和华—你们的 神。
9 Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi.
因为耶和华已经把又大又强的国民从你们面前赶出;直到今日,没有一人在你们面前站立得住。
10 Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü.
你们一人必追赶千人,因耶和华—你们的 神照他所应许的,为你们争战。
11 Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin.
你们要分外谨慎,爱耶和华—你们的 神。
12 Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız,
你们若稍微转去,与你们中间所剩下的这些国民联络,彼此结亲,互相往来,
13 yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq.
你们要确实知道,耶和华—你们的 神必不再将他们从你们眼前赶出;他们却要成为你们的网罗、机槛、肋上的鞭、眼中的刺,直到你们在耶和华—你们 神所赐的这美地上灭亡。
14 Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.
“我现在要走世人必走的路。你们是一心一意地知道,耶和华—你们 神所应许赐福与你们的话没有一句落空,都应验在你们身上了。
15 Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək.
耶和华—你们 神所应许的一切福气怎样临到你们身上,耶和华也必照样使各样祸患临到你们身上,直到把你们从耶和华—你们 神所赐的这美地上除灭。
16 Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız».
你们若违背耶和华—你们 神吩咐你们所守的约,去事奉别神,叩拜他,耶和华的怒气必向你们发作,使你们在他所赐的美地上速速灭亡。”